Kayli Kristen Cenner (ing.Kylie Kristen Jenner;10 avqust1997[1][2][…], Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ[5]) — amerikalı model və iş qadını. Kylie Cosmetics adlı makiyaj markası və KylieSkin adlı dəri qulluq məhsulları markasının qurucusu və sahibidir. E! televiziya kanalında göstərilən Keeping Up with the Kardashians ailə realiti şoularında rol alır. 2019-cu ildə Forbes jurnalının açıqladığı siyahıda 1 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olmuşdur.
Brus Cenner və Kris Cennerin qızıdır. Kendal Cennerin kiçik bacısıdır və Kourti Kardaşyan, Kim Kardaşyan, Kloi Kardaşyan və Rob Kardaşyan adında 4 ögey bacı və qardaşı, ata tərəfindən isə 4 ögey bacı və qardaşı var. Kayli də ailədəki digər üzvlər kimi məşhur amerikalı gənc media şəxsiyyəti və modeldir. Hər dönəm şou-biznesdə çox danışılan və dünya üzrə geniş kütlə tərəfindən izlənən Kim Kardaşyanın ögey bacısıdır.[9] Kayli ilk təhsilinə Sierra Canyon məktəbində başladı. O burada amiqo qrupunun ulduzlarından biri idi. Ponpon qız olaraq fəaliyyət göstərirdi. 2012-ci ildə təhsilinə Laurel Springs məktəbində davam edən Kayli 2015-ci ildə universitet diplomu ilə məzun oldu.
Kayli ilk olaraq bacısı Kendal və Paper Magazine jurnalının "Beautiful People" başlığı altında yer aldı.[10] 14 yaşında Cenner "Your Style Crush" Sears xətti ilə modellik karyerasına başladı və qohumu Nataşanın geyim firması üçün modellik etdi. OK! jurnalı ilə çəkilişlə həyata keçirtdi. 2011-ci ildə bacısı Kendal ilə birlikdə Seventeen jurnalı tərəfindən "Stil Elçiləri" olaraq seçildilər. Həmin ildə Nyu York Dəb Həftəsində müğənni Avril Lavicne tərəfindən qurulan geyim markası Abbey Daunun göstərişini etdi. 2013-cü ildə bacısı Kendal ilə "Kendall & Kylie" geyim kolleksiyasını yaratdılar.[11] 2014 fevral ayında bacısı Kendal ilə birlikdə "Setve Madden Madden Girl" markası üçün ayaqqabı və çanta dizaynına başladı. 2015 avqust ayında Cenner öz adını daşıyan "Kylie Lip Kit" pomada dəstinin bir hissəsi olaraq ilk pomada markasının istehsalına başladılacağını bildirdi. 2015-ci ildə Ceden Smit, Dreyk və Tyganın mahnı kliplərində yer alan model, 2016-cı ildə PartNextDoor-un "Come and See Me" mahnısı üçün yayımladığı klipdə sevgili rolunda yer almışdır.[12] 2014-c ildə qurduğu Kylie Cosmetics-in CEO-sudur.