Kayzu
Kayzu | |
---|---|
yap. | |
35°13′00″ şm. e. 136°38′00″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Region | [[Çubu regionu]] |
Prefektura | [[Gifu prefekturası]] |
Mer | Kiyohiko Matsunaqa[1] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 28 mart 2005 |
Sahəsi | 112,31 km² |
Saat qurşağı | UTC+9 |
Əhalisi | |
Əhalisi | 36 030 nəfər (2014) |
Sıxlığı | 320,81 nəf./km² |
Milli tərkibi | yaponlar |
Rəsmi dili | yapon dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 〒503-0695 |
Digər | |
city.kaizu.lg.jp/index.html (yap.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Kayzu (
1 iyul 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 36.030 nəfərdir, hər km² ərazidə 321 nəfər yaşayır. Şəhərin sahəsi 112,31 km²-dir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Şəhər Yaponiyanın Honşu adasında, Çubu regionunun Gifu prefekturasında yerləşir. Şəhər dambaları ilə məşhurdur. Şəhərin qərb hissəsi Gifu və Mie prefekturalarının sərhədində yerləşir. Burada şimaldan cənuba Yoro dağları uzanır və Nobi düzənliyində 3 çay — İbi, Naqara və Kiso çayları birləşir. Şəhərin içi ilə Tsuya, Oqure və Oe çayları axır.
Tarix
[redaktə | mənbəni redaktə et]Comon dövrü
[redaktə | mənbəni redaktə et]Kayzu şəhərində Dzyomon dövrünə aid balıqqulaqları, alətlər və insan izləri tapılmışdır. Ərazidə tapılmış artifaktlar buranın 2.500 il məskunlaşıldığını göstərir. Bu dövrdə Kayzu okeana daha yaxın idi və şəhərdə Corbiculidae molyusklarını tez-tez tapmaq olardı.
Kamakura dövrü
[redaktə | mənbəni redaktə et]1319-cu ildə — Kamakura dövrünün sonlarına yaxın şəhərdə ilk dairəvi damba tamamlanmışdır. Əvvəllər, dambalar ancaq şəhərin şimal hissəsində yerləşirdi. Buna görə də şəhərin aşağı hissəsində tez-tez sel təhlükəsi baş verirdi. İlk dairəvi dambanının tikilməsindən sonra ətraf ərazilərdə çoxlu sayda dairəvi damba tikilmişdir.
Əhali
[redaktə | mənbəni redaktə et]2014-cü ilin məlumatına görə şəhərin əhalisi 36.030 nəfərdir, hər km² ərazidə 320,81 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi:[3]
|
Sənaye
[redaktə | mənbəni redaktə et]Şəhər əsasən pomidor və satsuma məhsulları ilə tanınır. Kayzu Yaponiyanın şimal nöqtəsində satsumanın geniş yetişdirildiyi yerdir.
Görməli yerlər
[redaktə | mənbəni redaktə et]Kayzu şəhərində Kisosansen parkı yerləşir. Şəhərdə Naqara, İbi və Kiso çayları bir-biri ilə görüşür. Bura idman fəaliyyətləri və illik çiçək festivalını keçirmək üçün əla yerdir. Şəhərin panoramasına Kisosansen parkında yerləşən müşahidə qülləsindən tamaşa etmək mümkündür.
Simvolika
[redaktə | mənbəni redaktə et]Şəhərin simvolik ağacı şam ağacı, simvolik gülü Satsuma hesab olunur.[4]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
İbi çayı üzərində Fukuoka körpüsü.
-
Kayzu Şəhər Muzeyi.
-
Kayzu Polis Stansiyası.
-
Kisosansen çayı.
-
Oe çayı.
-
Kayzu Meysey Ali Məktəbi.
-
Gifu prefekturasında yerləşməsi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Mayor's Greeting". Kaizu official website. 15 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 August 2011.
- ↑ "
海津 町 ・平田 町 ・南濃 町 合併 の記録 " (PDF). Kaizu official website (Japanese). November 15, 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: August 18, 2011. - ↑ Əhalinin sayı buradakı mənbəyə əsaslanır: 1980, 1985, 1990, 1995, 2000 və 2005 illəri üçün.
- ↑ "まちの
紹介 " (jp). Kayzu şəhəri. 2010-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-19.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rəsmi sayt (yap.)