Kiro Qliqorov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kiro Qliqorov (1969)

Kiro Qliqorov[1] (mak. Киро Глигоров; d. 3 may 1917, İştip, Serbiya Krallığı - ö. 1 yanvar 2012, Skopye, Makedoniya) — Makedon siyasətçi; Makedoniyada demokratik seçkilərlə hakimiyyətə gəlmiş ilk prezident.

3 may 1917-ci ildə İştipdə anadan olmuşdur[2].

Belqrad Universitetinin Hüquq fakültəsini bitirmişdir[2].

Keçmiş Yuqoslaviya Kommunist Partiyasının üzvü olaraq federal səviyyədə müxtəlif vəzifələrdə çalışmış Qliqorov, 1974-1978-ci illərdə parlament spikeri vəzifəsini icra etmişdir[2].

1990-cı ilin dekabrında Makedoniya Parlamenti tərəfindən prezident seçilmiş, demokratik seçkilərlə 27 yanvar 1991-ci ildə Makedoniya Respublikasının ilk prezidenti olmuşdur[2].

1994-cü ildə ikinci dəfə prezident seçilmişdir.

3 oktyabr 1995-ci ildəki sui-qəsd

1990-cı illərdə Balkanları əhatə edən döyüşlərdən ölkəsini uzaq tutmaq istəyən Qliqorov 1995-ci ilin oktyabrın 3-də öz evindən igamətgahına kedərkən, avtomobilinə bombalı hücum edilmişdir. Nəticədə sürücüsü həyatını itirmiş, özünün isə sağ gözündə davamlı görmə maneəsi meydana gəlmişdir[2].

2000-ci ildə dünyanın ən yaşlı prezidenti kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür[2].

1 yanvar 2012-ci ildə Skopyedə vəfat etmişdir. Skopyedəki aile məzarlığında dəfn edilmişdir[2].

Ailəsinin istəyi ilə dövlət səviyyəsində rəsmi dəfn mərasimi keçirilməmişdir[2]. Lakin ölkədə 1 günlük yas elan edilmişdir[2].

  1. AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN MAKEDONİYA PREZİDENTİ KİRO QLİQOROV İLƏ GÖRÜŞÜ[ölü keçid]. azertag.gov.az, 12.05.1995  (az.)
  2. 1 2 3 4 5 6 7 8 9 Kiro Gligorov Üsküp'te toprağa verildi Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine. haber7.com, 03.01.2012  (türk.)
  3. "daily.mk". 2015-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  4. "sitel.com.mk". 2018-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  5. "vest.mk". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]