6°06′07″ c. e. 105°25′23″ ş. u.HGYO

Krakatau vulkanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Krakatau vulkanı
ind. Krakatau
Ümumi məlumatlar
Növü Startovulkan
Kraterin diametri 120 m
Son püskürmə 2014
Mütləq hündürlüyü 813 m
Yerləşməsi
6°06′07″ c. e. 105°25′23″ ş. u.HGYO
Ölkə  İndoneziya

  • VOGRIPA865
  • GVP262000
  • GeoNames1639433
Krakatau vulkanı xəritədə
Krakatau vulkanı
Krakatau vulkanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krakatau (ind. Krakatau) — İndoneziya ərazisində fəaliyyətdə olan vulkan, Malay arxipelaqına daxil olan YavaSumatra adaları arasında Zond boğazında yerləşir.

Adanın sahəsi 10,5 km² təşkil edir. Hazır ki vulkanın hündürlüyü 813 metrdir. 1883-cü il püskürməsinə qədər vulkanın hündürlüyü daha böyük idi. Böyük ada yerləşən vulkan patlayışdan sonra tamamən dağılır və suya gömülmüşdür.

Krakatau stratovulkan olduğundan hər zaman püskürkələr və küll dumanları müşahidə edilir. Vulkonoloqların fikircə 535-ci ildə baş vermiş ən güçlü püskürmədir. Alimlər belə düşünür ki, bu püskürmə nəticəsində Zond boğazı yaranıb. Belə ki, Sumatra və Yava adaları bir birindən ayrılaraq iki müstəqil adalara çevrilmişlər.

Tarixə məlum olan ən məşhur püskürmələr 1680-1883-ci illərə təsadüf edir. Son püskürmə nəticəsində vulkanın yerləşdiyi ada tamamən dağılmışdır.

1883-cü il püskürməsi

[redaktə | mənbəni redaktə et]
Vulkanın inkişaf dinamikası

1883-ci ildə ən böyük püskürmə baş vermişdir.

Püskürmələr may ayından müşahidə edilirdi. 27 avqusta baş verən püskürmədə vulkan külləri hətta 30 km səmaya qədər qalxmışdı. Artıq 28 avqustda partlayış baş verir və ada dənizin dibinə gömülür.

Vulkandan səmaya qalxan kül 500 km radiusunda ətrafa yayılır. Hind okeanı ərazisində 4 milyon km² əraziyə kül səpələnmişdir. Püskürmə şkalası üzrə 6 balla qiymətləndirilmişdir (bu şkala üzrə cəmi 6 bal mövcuddur). Vulkanın güçü Herasima və Naqasakiyə atılan atom bombasından 10,000 dəfə güçlü olmuşdur.

Parlayışdan sonra böyük ada üç hissəyə nölünmüşdür: Rakata, Serqun və Rakata-Keçil.

Küll uzun illər səmanın rənginə öz təsirini göstərirdi. Püskürmədən sonra 30 m hündürlüyündə sunami baş verir. Bu zaman 295 şəhər və kənd yer üzündən silinmişdir. 36 min insan həlak olmuşdur. Bütün yer kürrəsinə səs dalğası yayılmışdı.

Anak-Krakatau

1927-ci ilin avqustunda artıq yeni vulkan yaranırdı. Bununla belə axan lava dəniz vastəsi ilə dagıdılırdı. Nəhayət 1930-cı ilə vulkan artın suyun səthinfə elə səviyəyə çatır ki, dəniz ona təsir göstərə bilmir. Artıq 1933-ci ildə vulkanın hüdürlüyü 67 m 1950-ci ildə 138 metr yükdəkliyə qədər qalxa bilir. İkinci konus dənizin səthindən qalxmağa bsşlayır. 1960 -30 m, 1968 -160 m, 1977 -181 m yüksəkliyə qalxır.

Anak-Krakatau 2013

Hazırkı vulkan Anak-Krakatau adlanır. 1950-ci ildən vulkan həftə ərzində 13 sm qalxır. 1994-ci ildən isə il ərzində hündürlük 6,8 m qalxır. Son zamanların ən uzun püskürməsi 2008-ci ilin aprelindən 2009-cu ilin sentyabrına qədər davam etmişdir.

Hazırda vulkanın hündürlüyü 813 m təşkil edir. İndoneziya hökuməti sakinlərə vulkanın üç km məsafəsində yaşayış yeri salmağı qadağan etmişdir[1].

15 fevral 2014 ci ildə vulkan yenidən aktivləşmişdir. Buna baxmayaraq bu püskürmələr 2 balla qiymətləndirilmişdir. Hazırda vulkanın 1,5 km məsafəsinə turistlərin və balıqçıların yaxınlaşması qadağan edilmişdir[2]. Sunda Boğazında baş verən sunami, 22 dekabr tarixinin gecə saatlarında Anak-Krakatau vulkanının su altı hissəsində baş vermiş torpaq sürüşməsindən qaynaqlanır. Sunami Banten və Lampunq əyalətinin sahil zolağına böyük ziyan vurmuşdur. Nəticədə 429 nəfər həlak olmuş, 150 nəfər isə itkin düşmüş, 72 min insan isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. 40 min insan yaşadığı ərazidən köçürülmüşdür[3][4].

  1. Indonesia’s Krakatau roars, dazzles with fireworks Arxivləşdirilib 2009-01-10 at the Wayback Machine", Reuters, 11
  2. "Anak-Krakatau vulkanı". 2014-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
  3. "İndoneziyada Anak-Krakatau vulkanı yenidən püskürüb". AZƏRTAC. 2019-01-03. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-03.
  4. "Indonesia tsunami: Flights rerouted, alert level raised for Anak Krakatoa volcano" (ingilis). Channel NewsAsia. 2018-12-27. 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-27.