Lifli yukka

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Lifli yukka
Elmi təsnifat
Beynəlxalq elmi adı

Lifli yukka (lat. Yucca filamentosa) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.


Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şimali Amerikada Missisipi, Cənubi Karolina və Floridada geniş yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2-4 m-ə qədərdir. Gövdəsi yoxdur və ya çox zəif inkişaf etmişdir. Yarpaqları göyümtül-yaşıl rəngli, uzunluğu 70 sm-ə qədər, eni 4 sm olub, ucu biz xətvaridir, kənarlarında şoxsaylı ağ, nazik, buruq saplaqları, çoxlu yarpaq rozetləri vardır. Sarı və ya ağ yarpaqları olan alabəzək yarpaqlı formaları vardır. Çiçək süpürgəsinin hündürlüyü 1-3 m-ə çatır, süpürgə oxu çılpaqdır. Çiçəkləri sallaq, sarımtıl-ağ rəngdədir, 5-7 sm uzunluqdadır. Çiçəkləmə dövründə dekorativ görünür. Abşeronda iyun-iyul aylarında çiçək açır. Meyvəsi yumru qutucuqdur, diametri 5 sm-ə çatır. Süni tozlanma nəticəsində cücərmə qabiliyyətli toxumlar almaq olar. Bölünmüş gövdə ilə çoxaldılır.

Quraqlığa və istiyə davamlı kol bitkisidir. Kök sistemi torpağın dərinliyinə daxil olur. Tərkibində kalsium olan məhsuldar torpaq tələb edir. Abşeronun qısamüddətli şaxtalarına dözür.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Lənkəran, Gəncə, Abşeron,Kür-Araz düzənliyi və Zaqatalada mədəni şəraitdə becərilir.

Bağlarda və parklarda dekorativ bitki kimi becərilir.

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 319.
  2. Illustrated Handbook of Succulent Plants: Monocotyledons. / red. U. Eggli, R. Nyffeler 2 2020. S. 387. ISBN 978-3-662-56486-8 doi:10.1007/978-3-662-56486-8