Müzakirə:Kaspi vilayəti

Vikipediya saytından
Ən son rəy:7 il öncə, Al.xonder tərəfindən "Məqalənin adı" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Məqalənin adı

[mənbəni redaktə et]

Salam. Hörmətli həmkar (Samral) mümkünsə izah edin nəyə görə məqalə adını dəyişdirməyi düzgün hesab etmisiz ?--Asparux Xan Bulqar (müzakirə) 06:03, 17 avqust 2015 (UTC)Cavabla

Aleykum salam Asparux Xan Bulqar bəy. Azərbaycan dilində olan məktəb dərsliklərində ad məhz belədir.--samral müzakirə 06:53, 17 avqust 2015 (UTC)Cavabla
Şəxsi fikrim belədir ki, keçmişdə mövcud olmuş inzibati vahidin adı dəyişdirilib təqdim edilməli deyil. Amma yeni ensiklopediyaya baxıb indi yazaram, orda da elədirsə müzakirəyə gərək olmayacaq əksi olsa köhnə adı bərpa etmək lazım gələcək.--Asparux Xan Bulqar (müzakirə) 08:12, 17 avqust 2015 (UTC)Cavabla
Milli ensiklopediyanın Azərbaycan cildinin 264-265-ci səhifələrində bəhs etdiyimiz vahidin adı Xəzər vilayəti yazılıb: ehtimal ki, rusca bütün hallarda ədəbi dildə Xəzər dənizinin Kaspiy adlandırıldığı nəzərə alınmış və bundan dolayı adı tərcümə edilmişdir.--Asparux Xan Bulqar (müzakirə) 21:27, 4 mart 2016 (UTC)Cavabla
Hörmətli dostlar. Kaspi vilayəti məqaləsinin adı Xəzər vilayəti kimi dəyişdirilib. Bu doğru deyil. Çünki bu vilayət Kaspi adıyla yaradılıb və cəmi 4-5 il mövcud olub. Lakin son illər nəşr olunmuş Azərbaycan Milli Ensiklopediyasında vilayətin adı Xəzər vilayəti kimi qeyd olunub. Milli Ensiklopediya etibarlı mənbə hesab edilsə də, etibarlı mənbə şərtlərinə cavab vermir. Hansı səhifəsində ki Kaspi vilayəti əvəzinə Xəzər vilayəti yazılıb, eyni yerdə xeyli kobud səhvlərə də yol verilir. Bildiyiniz kimi etibarlı mənbədə kobud səhvlər olmalı deyil və kobud səhvlər olan mənbə etibarlı hesab edilməməlidir. İndi Milli Ensiklopediyada Kaspi vilayəti əvəzinə Xəzər vilayəti yazılan kiçik bir hissədə nə qədər səhv olduğuna fikir verək:
  • 1844 ildə Qafqaz canişinliyi yaradıldı. Şimali Azərbaycanda keçmiş əyalətlərin yerində yaradılmış qəzalar, əsasən, Xəzər vilayətinin tərkibində birləşdirildi və Gürcüstan-İmeritiya quberniyasına qatıldı. 1846 ildə Xəzər vilayətinin yerində Şamaxı quderniyası, 1849-cu ildə isə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının yerində İrəvan quberniyası yaradıldı. Gəncə torpaqları Gürcüstan İmeretiya quberniyasının tərkibində qaldı. (Azərbaycan Milli Ensiklopediyası//Tarix// Azərbaycan 19 əsrin 30–cu illərində – 20 sərin əvvəllərində, səh. 264–265. Məsul katib akademik T. M. Nağıyev ).
    • Bu cəmi 2-3 cümlədə səhvlər bunlardır:
      • 1.Qafqaz canişinliyi 1844-cü ildə yox, 1785-ci ildə yaradılıb. 1796-cı ildə ləğv edilib və 1844-də bərpa edilib. Yəni 1844-cü ildə Qafqaz canişinliyi yaradılmayıb, bərpa edilib.
      • 2."Şimali Azərbaycanda keçmiş əyalətlərin yerində yaradılmış qəzalar, əsasən, " 1844-cü ildə Qafqaz canişinliyi bərpa edilərkən yox, 1840-cı ildə Kaspi vilayəti yaradılarkən Kaspi vilayətinin tərkibində birləşdirilib.
      • 3. Və bunlar 1844-cü ildə Gürcüstan-İmeritiya quberniyasının tərkibinə qatılmayıb. Kaspi vilayəti özü quberniya səviyyəli inzibati vahid idi. Yəni Kaspi vilayəti heç vaxt Gürcüstan-İmeritiya quberniyasının tərkibində olmayıb.
      • 4. Gəncə torpaqları "1849-cu ildə isə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının yerində İrəvan quberniyası yaradıl"arkən yox, Kaspi vilayəti yaradılarkən Gürcüstan-İmeritiya quberniyasının tərkibində qalıb. 1849-cu ildə isə Gürcüstan-İmeritiya quberniyası artıq yox idi. Bu quberniya 1846-cı ildə ləğv edilmişdi. Gəncə torpaqları, 1849-cu ildə Tiflis quberniyasının tərkibində olub.

Xahiş edirəm Bütün bunları nəzərə alınsın və Azərbaycan Milli ensiklopediyasındakı bu hissə yol verilmiş kobud səhvlərə görə etibarsız hesab edilsin və Xəzər vilayəti məqaləsinin adı yenidən Kaspi vilayəti edilsin. Göz qabağındadır ki həmin hissəni yazan adam mövzudan tamamilə bixəbər olub. Bir gün görə bilərik ki, belə "savadlı" adamlardan biri "Kaspi qəzeti" məqləsinin adını "Xəzər" qəzeti edib. Nə edəcəyik o zaman? Onun redaktəsi ilə razılaşacağıq? Al.xonder (müzakirə) 12:57, 11 iyul 2016 (UTC)Cavabla