Müzakirə:Mübahilə

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Bu məqaləyə mənbələr artırılmalıdır. Yoxsa yaxın zamanlarda silinəcək. Bir də dinlə bağlı məqalələrin ensiklopedikliyinə fikir vermək lazımdır. Burda biz mollalıq eləməmliyik. Bu nə cümlələrdir: "Nəcran xaçpərəstləri öz başçı, canişin və... ilə Peyğəmbərin (s) yanına gəlib dedilər: "Bizi nəyə dəvət edirsən?" Peyğəmbər buyurdu: "Allahdan başqa bir tanrının olmamasına, mənim Allahın elçisi olmağıma və İsanın Allahın yeyib-içən və ifrazat xaric olan... yaradılmış bir bəndəsi olmasına şəhadət verməyə... Buna görə də mənimlə mübahilə edin! Əgər mən doğru danışanamsa Lənət və nifrin sizi tutacaq və əgər yalançı olsam Lənət və nifrin məni tutacaq". Sırf İran mollalarının təfəkkür tərzinə uyğun dildə yazılıb. Birincisi, qarğış Məhəmməd peyğəmbərə yad olub, bu cümlə başdan-ayağa qarğışdır. İkincisi, İsa peyğəmbər haqqında da, Musa peyğəmbər haqqında da nə Quranda, nə həqiqi müsəlman dini kitablarında "yeyib-içən və ifrazat xaric olan" kimi cümlələr işlədilməyib. İslam peyğəmbəri və İslam dini digər təkallahlı dinlər və onların peyğəmbərləri haqqında yalnız xoş sözlər deyib. Bəli, bütpərəstlik pislənilib, bütə sitayiş günah sayılıb. Amma heç o pisləmədə də bu formada ifadələr yoxdur.--Sortilegus 22:02, 10 Oktyabr 2009 (UTC)

Sizin "qarğış Məhəmməd peyğəmbərə yad olub" fikrinizlə tamamilə razıyam. "Mübahilə" ayəsinin (Ali-İmran surəsi, 61) nazil olma səbəbini bildikdən sonra bu müzakirəyə ehtiyac qalmayacaq. Söhbət ondan gedir ki, Məhəmməd peyğəmbər (s) hamının başa düşəcəyi dildə onlara başa salmaq istəyib ki, İsa əleyhissəlam da bizi kimi bir bəşərdir (yeyir, içir və s.) onu Allahla tay tutmaq küfrdür. Yəni üçlük əqidəsi (ata, oğul, müqəddəs ruh) batildir. Bir də ki Allah özü Peyğəmbərə (s) əmr edir ki, onları mübahiləyə dəvət etsin. Nəticə də məlumdur: Xristianlar lənətləmək mərasiminə Mədinə camaatını gözlədikləri halda ora ancaq Peyğəmbər (s), Əli, Fatimə, HəsənHüseyn (ə) gəlir. Başcı digərlərindən Məhəmmədin yanındakıların qızı, nəfələri, və kürəkəninin olduğunu bildikdən sonra bildirir ki, əgər o özünə arxayın olmasa idi ki bizim lənətləməyimiz onları tutmayacaq, bura ən əziz adamlarını gətirməzdi və beləcə mübahilədən imtina edirlər. Peyğəmbərin (s) də, qeyd etdiyiniz kimi, onları lənətləməsinə ehtiyac qalmır. Bir də qeyd edim ki, mübahiləyə dəvət Allahın əmri idi və təbii ki Peyğəmbər (s) bu əmrləri yerinə yetirməyə məbus olunub!

Mənim biliklərim "İsa peyğəmbər haqqında da, "yeyib-içən və ifrazat xaric olan"" kimi işlənən bir mənbəni göstərməyə yetir. Ancaq qeyd edim ki, dövrümüzdə "bütün həqiqi müsəlman dini kitablarının" bilicisi olan bir nəfər haqqında eşıtmişəm. Vago 13:14, 12 Oktyabr 2009 (UTC)