Müzakirə:Müqəddəs Mələk qəsri

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Təklif var:
Salam. Müqəddəs Ancelo qəsri yerinə Müqəddəs Mələk qalası (və ya qəsri) yazsaq məqalənin adını daha yaxşı olmaz mı? Mələklər və Şeytanlar filminin Azərbaycan dilində dublajında bu cür etmişdilər. --sefer azeri 20:18, 9 İyun 2010 (UTC)

Hər hansı bir ortaq qərara gəlinərsə mən ona razı.--MrArifnajafov 17:26, 9 İyun 2010 (UTC)

Belə görünür ki, "Ancelo" şəxs adı deyil, yəni qəsr kiminsə şərəfinə adlandırılmayıb və digər vikilərdə də qəsrin adında məhz "mələk" sözünün həmin dillərə tərcüməsindən istifadə edilir. Məncə "Müqəddəs Mələk qəsri" adlandırmaq olar. Wertuose 06:05, 10 İyun 2010 (UTC)

Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori qəsrinin üzərində Mələk Mikayılı qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır. Bu fikirləri mən də bölüşürəm. Adın dəyişdirilməsinə etiraz etmirəm.--MrArifnajafov 10:47, 10 İyun 2010 (UTC)