Məmmədəli Məhzun

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məhəmmədəli Fəxrəddini
Məhəmmədəli Həsən oğlu
Doğum adı Məmmədəli Fəxrəddin Məhzun Hüseyni oğlu
Təxəllüsü Məhzun
Doğum tarixi
Doğum yeri Gədəbəy, Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Tehran
Uşaqları Fərhad Fəxrəddini, Fəxrəddin Fəxrəddini
Fəaliyyəti şair

Məmmədəli Məhzun (1899, Gədəbəy - 1986, Tehran) — Azərbaycan şairi. Məhzun təxəllüsü ilə yaradıb. Əsli Zunuzun Dərəq kəndi(Dərə Kəndi)ndən idi və Şeyx Fəxrəddin Dərəlinin nəvələrindən idi. Məhəmmədəli Fəxrəddini azərbaycan dilində şeirlər yazıb. "Hicran xəstəsi" şeir toplumu Tehranda çap olunub.[1]

Cənubi Azərbaycanda hökm sürən məşəqqətli həyat tərzi, aclıq və səfalət Məmmədəli Fəxrəddin Məhzunun da atası Hüseynini Şimali Azərbaycana üz tutmağa məcbur etmişdi. Çox gəzib-dolandıqdan sonra o, nəhayət, Gədəbəydə məskunlaşır. Məmmədəli Məhzun da 1899-cu ildə burada anadan olur. Məmmədəli Məhzun 1938-ci ildə Təbrizə gedir.
Məmmədəli Məhzun 1986-cı ildə Tehranda vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Gənc yaşlarından yazdığı kiçik şeirləri ilə Məmmədəli Məhzun oxucuların diqqətini cəlb edir. Sonralar o, yaradıcılığında daha çox qəzəl janrına üstünlük vermiş və bütün Azərbaycanda şöhrət qazanmışdır. Şairin ilk kitabı da 1945-ci ildə "Qəzəllər" adı ilə çap olunmuşdur.Şairin ``Hicran Xəstəsi`` kitabı isə 1979-cu ildə çap olunmuşdur.Bakıda çap olunan "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası" kitablarının üçüncü və dördüncü cildlərində Məmmədəli Məhzunun əsərlərindən nümunələr verilmişdir.

  1. İranın ənənəvi və müasir musiqi adamları, Həbibulla Nəsiri, İ cild, Tehran:Atiyə nəşrləri,193 səh