Mərkəzi Asiya İttifaqı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Mərkəzi Asiya İttifaqı — Qazaxıstan Respublikası Prezidenti Nursultan Nazarbayev tərəfindən 26 aprel 2007-ci ildə təklif edilən ancaq reallaşmayan siyasi-iqtisadi layihə[1]. İttifaqın tərkibinə Qazaxıstan, Qırğızıstan, Tacikistan, TürkmənistanÖzbəkistan daxil olmalı idi. Layihənin gerçəkləşdirilməsi Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında «Əbədi dostluq» haqqında müqavilə və Azad ticarət zonasının yaradılmasından o yana keçmədi. Layihə Özbəkistan Prezidenti İslam Kərimovun dəstək verməməsi səbəbindən yarımçıq qalır[2][3].

Mümkün imkanlar

[redaktə | mənbəni redaktə et]
Ölkə Əhali Sahəsi, km² ÜDM Adam başına düşən ÜDM
Qazaxıstan Qazaxıstan 18050488 2,724,900 $196,4 mld. $11772
Qırğızıstan Qırğızıstan 6000000 199,900 $6,4 mld. $1152
Özbəkistan Özbəkistan 32121000 447,400 $52 mld. $1780
Tacikistan Tacikistan 8610000 143,100 $7,2 mld. $903
Türkmənistan Türkmənistan 5171943 488,100 $29,9 mld. $5330
Ümumi 69957431 4003400 $292 mld. $5234
  • Bu təşklilatın tərəfdarları onun təşkil edəcəyi təqdirdə turizm, təhlükəsizlik, viza verijimi kimi məsələlərdə üstünlüklərin əldə olunacağını düşünürdülər. Üstəlik bu birliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Çin-Rusiyanın təşkil etdiyi Şanxay Əməkdaşlığı Təşkilatına altenativ hesab edirdilər[4]. Qazaxıstan Prezidentinin qənayətinə görə Mərkəzi Asiyanın beş dövləti iqtisadi baxımdan vahid bazar və vahid valyutaya kecəcəkləri təqdirdə bu Avropa İttifaqından daha əlverişli bir qurum olacaqdır. Üstəlik burada Qazaxıstanın liderliyidə inkar edilirdi[5].
  • Bu layihənin əlehdarları beş ölkənin birləşdirilməsini üçün vahid düşüncənin olmamasını bildirirdilər. Üstəlik hec kəs birinci addım atmaq istəmir. Beynəlxalq reytiqdə siyasi sabitlik və iqtisadi güç baxımından bu beş ölkə yüksək yerlərdə getmir[6]. Tacikistanda layihə Orta Asiya İqtisadi Birliyini canlandırmaq üçün uğursuz bir cəhd olmasını hesab edirdilər[7].
  1. "Россия лишь реагирует на чужие вызовы": Таджикистан за неделю Arxivləşdirilib 2022-07-14 at the Wayback Machine (rus.)
  2. "Features - Radio Free Europe / Radio Liberty". Rferl.org. 2008-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-24.
  3. Казахстанский политолог: Ислам Каримов отказался "подыграть" Нурсултану Назарбаеву Arxivləşdirilib 2022-07-14 at the Wayback Machine (rus.)
  4. Socor, Vladimir. "Eurasia Daily Monitor | The Jamestown Foundation". Jamestown.org. 2007-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-24.
  5. Казахстанский эксперт: Основной смысл идеи Центральноазиатского союза - прагматизм Arxivləşdirilib 2022-07-14 at the Wayback Machine  (rus.)
  6. Центрально-Азиатский союз. Возможен ли он? - Бахыт Усенбеков[ölü keçid]  (rus.)
  7. Эксперт ЦСИ Таджикистана: Идея центральноазиатского союза - это возврат в прошлое Arxivləşdirilib 2022-07-14 at the Wayback Machine  (rus.)