Manufaktura

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Manufaktura (latınca manus - əl, factura - hazırlamaq, düzəltmək) — əl işindən maşın istehsalına keçid arasında baş vermiş istehsal üsuludur.

Manufaktura şəxsi və ya dövlət xətti ilə baş vermir, əsasən aşağıda qeyd olunduğu kimi baş verir:

1. Müxtəlif peşəkarların bir evdə iş münasibətinə girməsi. Əvvəllər ayrı-ayrılıqda çalışan işçilər indi bir mərkəzdən idarə olunurlar. Məsələn, tornaçılar, çilingərlər, zərgərlər.

2. Hər hansı bir peşənin şaxələnməsi. Bu zaman əvvəllər bir işçinin gördüyü iş bir neçə yüksək ixtisaslı işçilər tərəfindən ayrı-ayrılıqda yerinə yetirilə bilir. Məsələn dərziçilikdə.