Mariya Zankovetska
Mariya Zankovetska | |
---|---|
ukr. Марія Костянтинівна Заньковецька | |
Doğum adı | Adosovska |
Doğum tarixi | 23 iyul (4 avqust) 1854 |
Doğum yeri |
|
Vəfat tarixi | 4 oktyabr 1934 (80 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm[1], Nefrit (xəstəlik)[1] |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | teatr aktrisası, kino aktrisası, aktrisa |
Fəaliyyət illəri | 1882–1934 |
Teatr |
Nejin Xalq Teatrı Ukrayna Dram Teatrı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Mariya Zankovetska (tam adı: Mariya Konstantinivna Zankovetska, ukr. Марія Костянтинівна Заньковецька, rus. Мари́я Константи́новна Занькове́цкая təxəllüsü: Adosovska, ukr. Адасовська, rus. Адасо́вская; 23 iyul (4 avqust) 1854, Zanki[d], Çerniqov quberniyası[d], Rusiya imperiyası – 4 oktyabr 1934, Kiyev, Ukrayna SSR, SSRİ) — Ukrayna və SSRİ aktrisası, USSR-nın xalq artisti.[2].
Həyatı
[redaktə | mənbəni redaktə et]Mariya Konstantinivna Zankovetska 4 avqust 1854-cü ildə Rusiya imperiyasının Çerniqov quberniyasının ərazisində yerləşən Nejin mahalında, tanınmış mülkiyyətçi və vəkil olan Konstantin Konstantinoviç Adasovskinin ailəsində anadan olmuşdur.[2] O, Çerniqov şəhərindəki bir gimnaziyadan məzun olmuşdur.
Uşaq yaşlarından o, həvəskar tamaşalarda aktrisa kimi çıxış etmişdir. 1882-ci ildə o, peşəkar səhnədəki debütünü etmişdir – Yelizavetqrad şəhərində "Natalka Poltavka" operası.[3] Onun vokal səsi (messo-soprano) səhnədəki uğuruna böyük təsir göstərmişdir.[2] O, müxtəlif zamanlarda Marko Lukiç Kropivitski, Mixail Petroviç Staritski, Mikola Karpoviç Sadovski, Panas Karpoviç Saksaqanski və İvan Karpoviç Karpenko-Karinin rəhbərliyində olmuş Ukraynanın ən böyük truppalarında iştirak etmişdir. 1907-ci ildə Sadovski ilə birlikdə o, Kiyev şəhərində Ukraynanın ilk stasionar teatrını təsis etmişdir. Oktyabr inqilabından sonra Zankovetska Kiyev şəhərindəki Milli Teatra (1918, indiki Mariya Zankovetska adına Ukrayna Dram Teatrı) başçılıq etmişdir.
Zankovetskanın ən uğurlu dövrü M. L. Kropivitskinin və M. K. Sadovskinin truppalarında çıxış etdiyi vaxtlar idi. Dövrün tənqidçiləri Zankovetskanın bədii bacarığını çox yüksək qiymətləndirirdilər. Moskva və Sankt-Peterburq şəhərlərinə keçirdiyi qastrol səfərləri ona böyük şöhrət qazandırmışdır.[4]
Zankovetska müxtəlif rolları canlandırmışdır. Məsəlüçün, o, "Priski" kimi gülməli və "Naymıçka" kimi dramatik rolları böyük müvəffəqiyyətlə canlandıra bilmişdir. Zankovetska Sankt-Peterburq şəhərində ikən Rusiya yazıçısı Aleksey Sergeyeviç Suvorinin "Tatyana Repina" pyesindəki bir personajı uğurla canlandırdı.[4]
Onun səhnəyə olan ləyaqətini anlayan getman Pavlo Petroviç Skoropadski 1918-ci ilin iyun ayında Nazirlər Şurasının qəbul etdiyi onu həyatı boyunca pensiya ilə təmin etmək qərarını təsdiqləmişdir.[5]
Mariya Konstantinivna Zankovetska 4 oktyabr 1934-cü ildə Ukrayna SSR-nin paytaxtı Kiyev şəhərində vəfat etmiş, meyiti isə Baykovo qəbiristanlığında dəfn edilmişdir.
İrsi
[redaktə | mənbəni redaktə et]Lvov şəhərindəki Ukrayna Dram Teatrı onun adını daşıyır. Kiyev şəhərindəki parklardan birində onun heykəli ucaldırılmışdır. Kiyev, Ujqorod, Çerniqov, Nejin və Lutskda onun adını daşıyan küçələr var. 1960-cı ildə Kiyevdə onun ev muzeyi, 1964-cü ildə isə Zanki kəndində ona həsr olunmuş bir muzey açılmışdır. 1971-ci ildə Ukrayna yazıçısı İvan Raboklyaç "Mariya Zankovetska" adlı bir pyes yazmışdır. 1989-cu ildə Kiyev şəhərində ona həsr olunmuş bir muzey açılmışdır. 2004-cü ildə Ukrayna Mərkəzi Bankı Mariya Zankovetskanın 150-ci ildönümü şərəfinə xatirə sikkəsi buraxmışdır.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- 1909 – Natalka (Natalka Poltavka)
- 1923 – Ana (Ostap Bandura)
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ölüm haqqında şəhadətnamə.
- ↑ 1 2 3 Mariya Zankovetska // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- ↑ "«Цариця української сцени»: М. К. Заньковецька — 160 років від дня народження". www.nbuv.gov.ua (ukrayna). Ukrayna Milli Kitabxanası. 12 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2019.
- ↑ 1 2 Мария Заньковецкая // [[Brokhauz və Efronun ensiklopedik lüğəti|Энциклопедический словарь Брокгауза и Ефрона]] (rus) (XII). Sankt-Peterburq. 1894. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
- ↑ "Гордость Кировограда: сегодня родилась путеводная звезда украинского театра". topnews.kr.ua (ukrayna). Новостей Кропивницкого. 4 avqust 2015. 22 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2019.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Koltonovskaya, Yelena. «Женские силуэты». Sankt-Peterburq. 1912.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Lazanska, Tamara. ЗАНЬКОВЕЦЬКА Марія Костянтинівна // [[Ukrayna Tarixi Ensiklopediyası|Енциклопедія історії України]] (ukrayna). Ukrayna Milli Elmlər Akademiyası. Ukrayna Tarix İnstitutu.
- Mariya Zankovetska — Biografija.ru saytında. (rus.)
- Mariya Zankovetska — Histpol.pl.ua saytında. (ukr.)
- 4 avqustda doğulanlar
- 1854-cü ildə doğulanlar
- Çerniqov quberniyasında doğulanlar
- 4 oktyabrda vəfat edənlər
- 1934-cü ildə vəfat edənlər
- 80 yaşında vəfat edənlər
- Kiyevdə vəfat edənlər
- Baykovo qəbiristanlığında dəfn olunanlar
- Ukrayna SSR xalq artistləri
- Əlifba sırasına görə teatr xadimləri
- SSRİ aktrisaları
- Ukrayna aktrisaları
- Poçt markalarında şəxslər