Mark Sayks
Mark Sayks | |
---|---|
ing. Mark Sykes | |
Doğum tarixi | 16 mart 1879[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 fevral 1919[1][2][…] (39 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qrip, sianoz, İspan qripi |
Fəaliyyəti | siyasətçi, diplomat, yazıçı, tədqiqatçı-səyyah[d], coğrafiyaşünas, romançı, səyyah |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Mark Sayks (ing. Mark Sykes; 1879 — 1919, Paris) — Britaniya diplomatı, hərbçisi və səyyah.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ser Mark Sayks İngiltərənin Yaxın və orta şərq mütəxəssisi olaraq 1916-cı ildə adına Sayks-Pikot sazişinə verən İngilis Mühafizəkar Partiyanın üzvü idi.
Bu anlaşma Sevr sazişinin ön versiyası olaraq qəbul edilməkdədir.Ərəb yarımadasının şimalında və Türkiyənin şərqində gəzərək bölgələrin etnik və dini quruluşunu, coğrafi məlumatlarını öyrənmişdir. Bölgənin öndə gələn mənsublarıyla danışıqlar apararaq bölgə ilə bağlı təəssüratlarını kitablarında əks etdirmişdir. Görüşdüyü şəxslərdən biri də Milli tayfasının o dövrdəki rəisi İbrahim Paşadır.
Birinci Dünya Müharibəsində İngilis hökumətinin orta şərq mövzusunda tövsiyələri olan Bunsen Komitəsinin əsas bir üzvü idi. Bir ara İstanbulda Fəxri Attaşe vəzifəsində çalışmışdı.
Osmanlı dövlətinə qarşı müstəqillik qazanmaq üçün qiyam qaldıran ərəb xalqlarının sərhədləri bu komitə tərəfindən cədvəllə cizilmişdi. Bu ölkələrə qoyulan Fələstin,Suriya,İraq kimi adlar antik yunan və roma qaynaqlarından ilhamlanlaraq çıxarılmışdı.Osmanlıya qarşı müqavimətin simvolu olaraq cədvəllə çəkilən ərəb bayraqlarının hazırlayıcısı yenə Mark Sayks idi.Yeni yaradılan bayraqlar hamısının ortaq yanı uc üfüqi lentdən meydana gəlmələri idi. Üfüqi zolaqlar biri Abbasi xəlifələrini,digəri Əməvi xəlifələrini, üçüncüsü isə Fatimi xəlifələrini təmsil edirdi.Bayrağın ortasında qırmızı üçbucaq isə peyğəmbərin sülaləsi olan Haşimiləri ifadə edirdi ..
Fələstin Qurtuluş Təşkilatı Osmanlıya qarşı müqaviməti ifadə edən o simvolu 1964-ci ildə özünə bayraq olararaq seçdi. 1988-ci ildə da yeni qurulan Fələstin Dövlətinin rəsmi bayrağı olaraq qəbul edildi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Lundy D. R. Sir Tatton Benvenuto Mark Sykes, 6th Bt. // The Peerage (ing.).
- ↑ 1 2 Lundy D. R. Tatton Benvenuto Mark Sykes, 6th Bt. // The Peerage (ing.).