Medqar Evers

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Medqar Evers
ing. Medgar Evers
Doğum tarixi 2 iyul 1925(1925-07-02)[1][2]
Doğum yeri
Vəfat tarixi 12 iyun 1963(1963-06-12)[1][2] (37 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşağı 3
Təhsili
  • Alkorn Ştat Universiteti[d]
Fəaliyyəti siyasətçi, insan hüquqları fəalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Medqar Evers (ing. Medgar Wiley Evers; 2 iyul 1925[1][2], Dekeyter[d], Missisipi ştatı[3]12 iyun 1963[1][2], Cekson[3]) — Missisipi sakini, qaradərili vətəndaş hüquqları müdafiəçisi.

Seqreqasiya siyasətini aparan yerli firmalarını boykot etmək üçün kampaniya keçirtmək, afroamerikalıların Mississippi Universitetinə girməsi üçün mübarizə aparmaq və 14 yaşlı Emmett Tillin qətli ilə əlaqədar ictimai istintaqa qatılmaq qızğın altmışlı illərin əvvəllərində Eversi döyüşün ön sıralarına qoydu. 12 iyun 1963-cü ildə Evers evinin ağzında ağ irqçi Bayron de la Bekvit tərəfindən güllələndi. Xəstəxanaya aparılarkən Evers yolda öldü. Bayron de la Bekvit daha sonra inandırıcı dəlillərə baxmayaraq ağ münsif tərəfindən iki dəfə bəraət qazandı və yalnız 1994-cü ildə qətlə görə cəzalandırıldı.

Eversin xatirəsi mahnı və filmlərdə əbədiləşdirilib, Nyu York Universitetinin kolleclərindən biri və Cekson Beynəlxalq Hava Limanının onun adını daşıyır, Cekson şəhərində ona abidə ucaldılıb, Eversin evi isə muzeyə çevrilir.