Meri Somervill
Meri Somervill | |
---|---|
Mary Fairfax Somerville | |
Doğum adı | Mary Fairfax[1] |
Doğum tarixi | |
Doğum yeri | Mens, Şotlandiya |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Neapol, İtaliya |
Elm sahələri | riyaziyyat |
Tanınmış yetirməsi | Ada Lavleys |
Tanınır | Yazıçı |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Meri Ferfaks Somervill (26 dekabr 1780-ci il – 28 noyabr 1872-ci il) – şotland yazıçısı və alimi. Onun dövründə alim qadının mövcudluğu qeyri-adi bir məsələ idi. O riyaziyyat və astronomiyanı öyrənirdi. Karolina Gerşeldən sonra Birləşmiş Krallıqda şöhrət qazanmış ikinci qadın idi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Birinci həyat yoldaşının vəfatından qalan vəsaiti Meri Somervill elm öyrənməyə sərf etməyə başlayır. Onun bu həvəsini ikinci həyat yoldaşı da dəstəkləyir. O, dövrünün tanınmış elm insanları ilə tanış olur və onlar Meri Somervillin istedadına diqqət edirlər.
Elmi bilikləri yayma cəmiyyətindən bir sıra kitabların tərcüməsinə razılıq alır və 1831-ci ildə Şeytanın mexanizmi kitabını dərc etdirir. Kitab qısa zamanda onu məşhur edir. O bildirir ki, " mən Laplasın cəbr kitabını ümumi (sadə) dilə çevirdim". Onun digər kitabları Connexion fizika elmi(1834),Fiziki coğrafiya(1848) və Molekulyar və mikroskopik elm(1869) adlanır. Meri Somervill həmçinin cəbrdə dəyişənlər anlayışına xeyli yenilik gətirir.1835-ci ildə o və Karolina Gerşel Kral astronomik cəmiyyətinin birinci qadın üzvləri olurlar.
Onun populyarlığının səbəbi elmə dərindən bağlılığı və dəqiq üslubu idi. 1869-cu ildə o Kral coğrafiya cəmiyyətinin Viktoriya medalını alır.
28 noyabr 1872-ci ildə o Neapolda vəfat edir.[2]
Adının əbədiləşdirilməsi
[redaktə | mənbəni redaktə et]Oksfordda bir kollec onun şərəfinə Somervill kolleci adlandırılır..[3] (74 ° 44'N, 96 ° 10'W)də yerləşən ada Somervill adası adlandırılır. Onun şərəfinə astreoid -5771 Сомервилл, Ayda kraterlərdən biri onun şərəfinə adlandırılıb .
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Somerville, Martha. Personal Recollections, From Early Life to Old Age, of Mary Somerville. Boston: Roberts Brothers, 1874. (written by her daughter) Reprinted by AMS Press (January 1996), ISBN 0-404-56837-8 Fully accessible from Google Books project.
- Neeley, Kathryn A. Mary Somerville: Science, Illumination, and the Female Mind, Cambridge & New York: Cambridge University Press, 2001.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ Джанкарло Alisio, Ил Cimitero дельи Inglesi, Неаполь, 1993, ISBN 8843545205
- ↑ Somerville House Arxivləşdirilib 2010-11-09 at the Wayback Machine.
Haqqında materiallar
[redaktə | mənbəni redaktə et]- "Mary Fairfax Somerville", Biographies of Women Mathematicians, Agnes Scott College
- Mary Somerville Arxivləşdirilib 2015-03-23 at the Wayback Machine, an article by Maria Mitchell, Atlantic Monthly 5 (May 1860), 568-571.
- Mary Somerville's Biography – by M.T. Bruck, Journal of the British Astronomical Association, vol.106, no.4, 201-206.
- Women in Science
- Bibliography from the Astronomical Society of the Pacific