Meybutsu
Meybutsu (
Çini qablar və keramika məmulatları regional üslub baxımından çox müxtəlif olduğu üçün onların çoxu meybutsu hesab olunur.[1] Məsələn, Arita dulusçuluq məmulatları Şimali Kyuşu regionuna, Satsuma dulusçuluq məmulatları isə Cənubi Kyuşu regionuna xas meybutsudur.[1] Meybutsular sadəcə suvenir yox, yemək formasında da ola bilər.[1] Soba Naqano prefekturasının, yaşıl çay Şizuoka prefekturasının meybutsusu hesab olunur.[1] Müxtəlif senbey və mancu növləri də meybutsudur.[1]
Şəhərlərin müxtəlif bölgələrinin də meybutsusu ola bilər.[1] Kioto şəhərinin Nişicin rayonu ipək parçaları, Tokio şəhərinin Yomoqi bölgəsi isə danbosu ilə məşhurdur.[1]
Hər meybutsu özünəməxsus xüsusiyyətə malik olduğu üçün və regionunun mədəniyyətini əks etdirdiyi üçün insanlar hansısa regiona səyahət edəndə həmin regionunun meybutsusunu ailə üzvlərinə, dostlarına, iş yoldaşlarına hədiyyə kimi gətirirlər.[1] Meybutsular ənənəvi xüsusiyyətlər daşısa da, marketinq strategiyaları müasirdir.[1] Yaponiyanın hər bir regionu meybutsusunu reklam etmək və onları onlayn şəkildə satmaq üçün sayt açıb.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Buckley, Sandra. Encyclopedia of Comtemporary Japanese Culture (ingiliscə). Routledge. 2002. səh. 307. ISBN 0-203-99634-8. İstifadə tarixi: 21 oktyabr 2021.