Mustafa bəy Behbudov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mustafa bəy Behbudov
Mustafa bəy Şahverən bəy oğlu Behbudov
Doğum tarixi 1841
Doğum yeri
Vəfat tarixi bilinmir
Fəaliyyəti şair

Mustafa bəy Behbudov (1841, Xındırıstan, Şuşa qəzası, Kaspi vilayəti, Rusiya imperiyasıbilinmir) — şair, məmur, Qasım bəy Zakirin qardaşıoğlu.

Mustafa bəy Şahverən bəy oğlu 1841-ci ildə Şuşa qəzasının Kəbirli sahəsinin Xındırstan kəndində dünyaya gəlmişdi. Şuşa qəza məktəbini bitirmişdi. Dövlət idarələrində məmur işləmişdi. Bir müddət Avşar obasının yüzbaşısı olmuşdu. Mustafa bəy şair idi. Təxəllüssüz, öz adıyla şeir yazırdı.

Gülməcələri

[redaktə | mənbəni redaktə et]

Mustafa bəy zərif, zarafatcıl bir adam olub. El içində, yazılı ədəbiyyatda gülməcələri yaşayır. Gülməcələrində gülləmələr.

Bir il Qarabağa qış pis gəlibmiş. Bu soyuq toyuğu təndirə təpibmiş. Mustafa bəy baxır ki, baqqal qışın çilləsində küçəyə paltosuz çıxıb. Ağzını açıb, gözünü yumur: Ə, filan-filan olmuş, ə, atası gorbagor olmuş, niyə bu soyuqda belə çılpaq evdən çölə çıxırsan? Ayıb deyil, utanmırsan? Qərəz, ağzına gələnin birini də qaytarmır. Camaat da qalır mat-məəttəl. Axır biri qayıdır ki, ay bəy, bu kişinin dərdi saa qalıbmı? Nə işinə qalıb ya paltar geydi, ya çılpaq çıxdı. Get öz dərdini çək. Mustafa bəy də qayıdır: -Rəhmətliyin uşağı, siz nə danışırsız? Bu kişi mənə xeyli pul borcludu. Birdən soyuq dəydi, sətəlcəm oldu, sonra borcu kim qaytaracaq?!.

Mustafa bəy divanxanada qulluq elədiyi vaxtlar tez-tez kəndləri yoxlamağa gedərmiş. Bir gün də qoca mirzəsini götür yan-yörə kəndləri təftişə yollanır. O zaman mirzələr künlüyü qara lakla örtülmüş şapka geyərmiş. Axşam onlar bir kəndə gecələməli olurlar. Yay günü olduğundan hamı damda yatmalı olur. Mustafa bəyin kefi qalxır, zarafat eləmək istəyir. Gecəyarısı mirzənin şapkasını başına qoyub gəlinin yatdığı yerə yaxınlaşır. Yorğanı qaldırıb gəlinin ayağını qıdıqlayır. Gəlin ayılıb baxır ki, bir şapkalı kişidir. Söyüb qovur. Mustafa bəy şapkanı orda qoyub yatağına girir. Səhər gəlin yatağının yanına düşmüş şapkanı götürüb, qaynatasına göstərir ki, bəs gecəyarısı bu şapkanın sahibi ona sataşmaq istədi. Ev yiyələri tökülüb mirzəni o qədər döyürlər ki, binəva kişi on gün xəstə yatır.

Bir kəndli Ağdam bazarına düşüb cəhrə üçün qır axtarırmış. Lotular onu göndərirlərr Mustafa bəyin yanına. Soruşa-soruşa gəlib Mustafa bəyi tapıb kamali-ədəblə salam verir. Əleyk alandan sonra qayıdır ki, bəs mənə qır lazımdır. Mustafa bəy də mətləbi anlayıb kəndliyə cavab verir: Qır var, amma pulunu verməlisən! Kəndlidən pulu alandan sonra, Mustafa bəy başlayır nazi-qəmzə, çəm-xəm eləməyə. Kəndli də mat-mat buna tamaşa edəndən sonra bildirir: Mənə qır lazımdır, ey mütrüf yox! Mustafa bəy də onu başa salır: Sən dedin, qır ver, mən də qır verirəm. Mənim qırım belə olur…

Mustafa bəyin Cabbar bəy, Şahvеrən bəy adlı oğulları vardı.