Narduqan
Nadurqan, türklərdə və islama qədər olan türklər ilə şumerlerde də eyni adla xatırlanan yeni il bayramıdır. Her il 22 dekabrdan sonra gələn ilk bütöv ayda qutlanır. Bunun səbəbi isə türklərin qədim inancına görə gecə ilə gündüz davamlı vuruşub və 21 dekabr günü ən uzun gecədir və ardından günlər uzanmağa başlarlar buna görə 22 dekabr günü türklər üçün çox əhəmiyyətlidir və bu günü taxıban (ay ili əsasına söykənən bir təqvim istifadə etdikləri üçün) ilk bütöv ayın çıxdığı ilk gün yeni ilin ilk günüdür. Bu gün içində bütün türklərcə, ölümsüzlüyün simvolu olan və bütün insanların törədiyi ağac olan Ağcaşam ağacları bəzənər və altında cür oyunlar oynanır, qopuz yoldaşlığında mahnılar deyilər və əyləncələr təşkil edilərdi.
Bu ənənənin yenə müxtəlif səbəblərlə mesopotamiyaya köçən şumerlərdən keçdiyi oradan da Anadolu vasitəsilə köhnə Romaya qədər uzandığı və günümüzə qədər gəlib günümüzdəki 1 Yanvar yeni il təməlini meydana gətirdiyi sanılmaqdadır.
Bundan başqa söz forması olaraq türklərdəki paktıqan və qoçaqan bayramlarıyla da uyğundur. Nar sözü günəş (günümüzdə monqolcada Nara) mənasını verər, dugan isə doğulmaq feli ilə əlaqəlidir. Türk xalqları buna Nardoqan, yəni «Gündoğan» bayramı da deyirlər.
Narduqan sözü monqol dilindəki «nar» (günəş), türk dilindəki «tuqan» (doğulan, doğan) sözlərindən meydana gəlmişdir. Tatarlar bu bayrama «Koyaş Tuğa», yəni «Günəş Doğan» günü deyirlər, başkortlar, udmurdlar «Narduqan», və ya «Marduqan», mişar tatarları «Raştua», çuvaşlar «Nartavan», ya da «Nartuken», zrizyalar «Nardava», mokşalar «Nardvan»[1] deyirlər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Milli Dəyərlərimizi Araşdırarkən Arxivləşdirilib 2012-01-19 at the Wayback Machine, Güllü Yoloğlu
Həmçinin baxın
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Nardugan Bayramı (türk.)
- Çam Süsleme (türk.)
- Nardugan, M. İlmiye Çığ Arxivləşdirilib 2011-10-27 at the Wayback Machine (türk.)
- Noel ve Nardugan, Haluk Berkmen (türk.)