Nil döyüşü (e.ə. 47)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nil döyüşü
Tarix e.ə. 47
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nil döyüşü — e.ə. 47-ci ildə Yuli SezarVII Kleopatranın birləşmiş RomaMisir qoşunları rəqib padşah IV ArsinoyaXIII Ptolemey arasında baş tutmuş döyüş. Döyüşün nəticəsində Arsinoya və Ptolemeyin qoşunları məğlub olmuşdur və Misir taxtı təmin edilmişdir.

Misirlilər Nil çayı boyunca güclü bir mövqedə düşərgə qurmuşdular və onları donanma müşayiət edirdi. Sezar çox keçməmiş, Ptolemey Mitridatın ordusuna hücum edə bilməmişdən əvvəl döyüş meydanına çatmışdır. Sezar və Mitridat Ptolemeyin mövqeyindən 7 mil aralıda qarşılaşmışdılar. Onlar Misir düşərgəsinə çatmaq üçün kiçik bir çayı keçməli olmuşdular. Ptolemey onların çayı keçməsinə mane olmaq üçün süvari və yüngül piyadalardan ibarət bir dəstə göndərmişdi, lakin Sezar əsas ordudan qabaq çayı keçmək üçün qallgerman süvarilərini irəli göndərmişdi. Onlar aşkar edilmədən çayı keçə bilmişdilər. Sezar gələndə adamlarına çayın üzərindən müvəqqəti körpülər tikdirmiş və misirlilərə hücum etmişdir. Bu zaman qall və german süvarilərini meydana çıxmış, Misir ordusunun cinahına və arxasına hücum etmişdilər. Misirlilər məğlub olmuş və Ptolemeyin düşərgəsinə qaçmışdılar. Ptolemeyin özü meydandan qaçmağa çalışan zaman onun gəmisi devrilmiş və nəticədə Ptolemey həlak olmuşdur.[1]

Misir artıq İsgəndəriyyənin mühasirəsini qaldıran Sezarın əlində idi və Kleopatranı başqa bir qardaşı, on iki yaşlı XIV Ptolemey ilə birgə hökmdar kimi taxta çıxarmışdır. Sezar daha sonra qeyri-adi şəkildə aprel ayına qədər Misirdə qalmış, gənc kraliça ilə təxminən iki ay əlaqə saxlamış və sonra vətəndaş müharibəsini davam etdirmək üçün yola düşmüşdür. Bu zaman Kleopatra Sezariondan hamilə qalmışdır.[2] Keçmiş kraliça IV Arsinoya məhbus kimi Romadan keçərək Efesdəki Artemida məbədinə sürgün edilmişdir. O, Sezarın ölümündən sonra Kleopatra və Mark Antoninin əmri ilə edam edilmişdir.[3]

  1. "Battle of the Nile, February 47 BC". www.historyofwar.org. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-19.
  2. "Caesarion | Biography & Facts | Britannica". www.britannica.com (ingilis). 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-19.
  3. Dio Cassius xlii. 39; Appian, Bell. civ. v. 9.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]