Nina Simone

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
NINA SIMONE
Eunice Kathleen Waymon
1982-ci ildə Fransada verdiyi konsert zamanı
1982-ci ildə Fransada verdiyi konsert zamanı
Ümumi məlumatlar
Doğum adı Eunice Kathleen Waymon
Ləqəbləri Nina Simone, The Songstress[1]
Doğum tarixi
Doğum yeri Tryon, Şimali Koralina ABŞ ABŞ
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Carry-le-Rouet, Bouches-du-Rhône Fransa Fransa
Vəfat səbəbi süd vəzi xərçəngi
Milliyyəti ABŞ ABŞ
Musiqiçi məlumatları
Fəaliyyəti Musiqiçi, Bəstəkar, Aktivist
Fəaliyyət illəri 1954-2003
Janrlar Caz, blues, r&b, folk
Musiqi alətləri piano[2]
Səs tembri kontralto
Albom şirkətləri RCA, Colpix Records, Philips Records
Təhsili
İmzanın şəkli
ninasimone.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eunice Kathleen Waymon (Yuunis Kətlin Veymn), səhnə adı ilə Nina Simone (d. 21 fevral 1933, Tryon, Şimali Koralina — ö. 21 aprel 2003 Carry-le-Rouet, Bouches-du-Rhône) — ABŞ müğənnisi, bəstəkar, ictimai fəal, antirasist.

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Caz, Blues, R&B (ritm və blues), Folk musiqi tərzlərində unudulmaz və əfsənələşən Simone, musiqi ilə iç-içə olan bir ailədə dünyaya gəldi. İlkin musiqi təhsilini anasının dəstəyilə mənimsəyən sənətçi, uşaq yaşlarında kilsə xorlarında mahnılar oxuyarkən, yardımsevər birinin köməyilə piano dərsləri aldı. 10 yaşında New York Juilliard musiqi məktəbində təhsilinə davam etməyə başladı. O zamanların gərgin irqçi basqıları ilə bərabər maddi sıxıntılar səbəbilə Philadelphia`ya köçdülər. 1954-cü illər müxtəlif barlarda musiqi istedadını göstərməyə başladı.

1958-ci ildə ilk albomu yayımlandı. Elə həmin il adını ispan dilində "qız" anlamına gələn Nina və pərəstişkarı olduğu aktrisa Simone Signoretin adından götürərək bildiyimiz Nina Simone təxəllüsünə keçdi. Zənci hüquqları və vətəndaş hüququ mövzularında şüurlu bir aktivist olaraq bunu həyatına yeridən Simone, satış rəqəmləri bir milyonu aşan albomlara imza atdı. Müvəffəqiyyət nərdivanının pillələrinə çox qısa müddətdə yüksələrək məşhurlaşdı. Klassiklər arasında iştirak edən albomdakı My Baby Just For Me adlı parçası 30 il sonra belə məşhurluğunu qoruyaraq "Chanel No: 5" adlı ətirin reklam filmində istifadə edildi. Bir şirkətlə müqavilə izlayaraq ard arda müvəffəqiyyətli albomlar çıxaran Nina Simone, 1961-ci ildə meneceri Endryu Stroudla evləndi.

1964-cü ildə Philips şirkəti ilə müqaviləyə imza ataraq məşhur "Dont Let Me Be Misunderstood" mahnısını çıxardı. 1966-cı ildə yenə şirkət dəyişdirərək RCA ilə işə başladı. Reytinqlərin zirvələrində olan mahnılarını qısa müddətə edən Simone, eyni zaman kəsimində Martin Luther Kinglə yaxınlaşaraq siyasi xəttini dəqiqləşdirdi. İrqçilik və döyüş əleyhdarı dünyagörüşü üzündən ABŞ-yə mənfi jest olaraq Avropaya keçdi. Liberiya, İsveçrə, Hollandiya, Belçika, İngiltərə kimi ölkələr gəzdikdən sonra Fransaya yerləşdi. 1978-ci ildə Vyetnam müharibəsinə etiraz məqsədiylə vergi ödəməkdən imtina edərək, həbs olundu. ABŞ-dəki dinləyici kütləsinə gələn həddindən artıq tələb üzərinə 2001-ci ildə Carnegie Hall konseriyle yenə Amerikada səhnəyə çıxdı. Aretha Franklin, Dasti Sprinqfild kimi sənətçilərin yetişməsinə təşəbbüskar olan, The Beatles, Bob Dylan, Leonard Cohen kimi sənətçilərin mahnılarını fərqli şərhləriylə rəngləndirən Nina Simone, Türkiyədə ölümünün beşinci ildə 15-ci Beynəlxalq İstanbul Caz Festivalında Sibel Kosa tərəfindən şərh olundu.

Mahnı sözləri də yazan sənətçi, Four Woman adlı əsərində zənci qadınların çəkdiyi işgəncəni izah etdi. Mississippi Goddam adlı mahnısı növündəki əsərləri, Medgar Evers adlı irqçiliyə müqavimət göstərən qəhrəmanının öldürülməsi, bir zənci kilsəsi bombalanarak dörd kiçik zənci uşağın ölməsi kimi hadisələri etiraz etmək üçün yazılmışdı.

Əfsanəvi caz vokalisti olaraq tarixə keçən sənətçi, protest şəxsiyyəti, sakitləşdirici səsi, 10 dəqiqə uzunluğundakı Sinnerman mahnısıyla, çox xarakteristikasını çəkən mahnı sözlərilə beyinlərə həkk olundu. Müasir caz sənətçisi Lyambikonun Saffronia albomunu adına həsr etdiyi Simone, keçirdiyi döş xərçənginin ardından, yeddi il sonra 70 yaşındaykən yuxusunda həyatını itirdi.

Diskoqrafiyası

[redaktə | mənbəni redaktə et]
Year Album Type Label Billboard
1958 Little Girl Blue Studio Bethlehem Records
1959 Nina Simone and Her Friends Studio Bethlehem
1959 The Amazing Nina Simone Studio Colpix Records
1959 Nina Simone at Town Hall Live and studio Colpix
1960 Nina Simone at Newport Live Colpix 23 (pop)
1960 Forbidden Fruit Studio Colpix
1962 Nina at the Village Gate Live Colpix
1962 Nina Simone Sings Ellington Live Colpix
1963 Nina's Choice Compilation Colpix
1963 Nina Simone at Carnegie Hall Live Colpix
1964 Folksy Nina Live Colpix
1964 Nina Simone in Concert Live Philips Records 102 (pop)
1964 Broadway-Blues-Ballads Studio Philips
1965 I Put a Spell on You Studio Philips 99 (pop)
1965 Pastel Blues Studio Philips 8 (black)
1966 Nina Simone with Strings Studio (strings added) Colpix
1966 Let It All Out Live and studio Philips 19 (black)
1966 Wild Is the Wind Studio Philips 12 (black)
1967 High Priestess of Soul Studio Philips 29 (black)
1967 Nina Simone Sings the Blues Studio RCA Records 29 (black)
1967 Silk & Soul Studio RCA 24 (black)
1968 Nuff Said Live and studio RCA 44 (black)
1969 Nina Simone and Piano Studio RCA
1969 To Love Somebody Studio RCA
1970 Black Gold Live RCA 29 (black)
1971 Here Comes the Sun Studio RCA 190 (pop)
1972 Emergency Ward Live and Studio RCA
1974 It Is Finished Live RCA
1978 Baltimore Studio CTI Records 12 (Caz)
1980 The Rising Sun Collection ? Enja
1982 Fodder on My Wings Studio Carrere
1984 Backlash (Nina Simone album) Live StarJazz
1985 Nina's Back Studio VPI
1985 Live & Kickin Live VPI
1987 Let It Be Me ? Verve
1987 Live at Ronnie Scott's Live Hendring-Wadham
1993 A Single Woman Studio Elektra Records 3 (top jazz)
Additional
1969 A Very Rare Evening Live ?
1975 The Great Show Live In Paris Live RCA?
2003 Gold Studio Remastered Universal/UCJ
2003 Anthology Compilation RCA/BMG Heritage
2004 Nina Simone's Finest Hour Compilation Verve/Universal
2005 The Soul of Nina Simone ? RCA DualDisc
2006 The Very Best of Nina Simone Compilation Sony BMG
2006 Remixed and Reimagined Remix Legacy/SBMG 5 (contemp.jazz)
2006 Songs to Sing: the Best of Nina Simone Compilation/Live Compilation Deluxe
2006 Forever Young, Gifted & Black: Songs of Freedom and Spirit Remix RCA

Film soundtrack-ləri

[redaktə | mənbəni redaktə et]

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Nina Simone // Discogs (ing.). 2000.
  2. Montreux Jazz Festival Database.