Nurməmməd Məmmədov
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Nurməmməd Məmmədov | |
---|---|
Nurməmməd Yaşar oğlu Məmmədov | |
Doğum adı | Nurməmməd Yaşar oğlu Məmmədov |
Doğum tarixi | 7 sentyabr 1951 (73 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Məmmədova Məlahət Əziz qızı |
Uşaqları | Nigar, Vüqar |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yerləri | |
Təhsili |
Nurməmməd Yaşar oğlu Məmmədov (7 sentyabr 1951, Baş Zəyzid, Nuxa rayonu) — texnika elmləri namizədi, dosent, Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəxri professoru,[1] "Mühəndis sistemləri və qurğularının tikintisi" kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika Akademiyasının və Beynəlxalq Kadrlar Akademiyasının professoru,[2][3][4] BMT-nin enerji səmərəliliyi və alternativ bərpa olunan enerji mənbələri üzrə milli eksperti,[4] "Ekoogiya və həyat fəaliyyətinin təhlükəsizliyi" Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü-akademiki,[5] "Ekologiya və Su təsərrüfatı" Elmi-texniki və İstehsalat jurnalının baş redaktoru.[6]
Həyatı
[redaktə | mənbəni redaktə et]Nurməmməd Məmmədov 7 sentyabr 1951-ci il tarixdə Nuxa rayonunun Baş Zəyzid kəndində anadan olub. Orta təhsilə Baş Zəyzid kənd səkkizillik məktəbində başlamış və 1968-ci ildə Orta Zəyzid kənd orta məktəbində tamamlamışdır. 1973-cü ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini yüksək nəticələrlə başa vurmuş və "İstilik-qaz təchizatı və ventilyasiya" ixtisası üzrə inşaatçı-mühəndis peşəsinə yiyələnmişdir.[3]
Əmək fəaliyyətinə 1973-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun, sonradan yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun nəzdinə keçmiş birləşmiş qazanxanada növbə rəisi kimi başlamış və 1977-ci ilədək həmin vəzifədə işləmişdir. 1977-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedoqoji fəaliyyətlə məşğuldur.[4]
Ailəlidir. İki övladı və altı nəvəsi var.[4]
Pedaqoji fəaliyyəti
[redaktə | mənbəni redaktə et]22 sentyabr 1977-ci ildə müsabiqə yolu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İstilik-qaz təchizatı və ventilyasiya" kafedrasında assistent vəzifəsinə seçilib.
1993–2013-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "İstilik-qaz təchizatı və ventilyasiya kafedrası"nda əvvəlcə baş müəllim, sonra isə dosent vəzifəsində çalışıb.
1994–2001-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Sanitariya texnikası" fakültəsinin dekanı olub.
2013-cü ilin may ayından "İstilik-qaz təchizatı və ventilyasiya kafedrası"nın ictimai əsaslarla müdir əvəzi vəzifəsində çalışıb.
2014-cü ilin mart ayında müsabiqə yolu ilə həmin kafedranın müdiri vəzifəsinə seçilib.
2016-cı ilin sentyabr ayından yeni yaradılan "Mühəndis sistemləri və qurğularının tikintisi" kafedrasının müdiridir.[4]
Tədris etdiyi əsas fənlər:[7]
- Enerji effektivliyi
- Alternativ bərpa olunan enerji mənbələri
- Ventilyasiya və kondisioner sistemləri
- İnşaat istilik fizikası.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1985-ci ilin may ayında V.V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunda (indiki Moskva Dövlət İnşaat Universiteti) "İqlim göstəricilərinə görə qaz tələbatı rejimlərinin proqnoz edilməsi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alıb.[3]
Dünyanın bir sıra ölkələrində (Türkiyə, Almaniya, Fransa, İtaliya, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və s.) enerji səmərəliliyinə həsr olunmuş beynəlxalq seminar və konfranslarda məruzələrlə çıxış edib.[4]
Yerli və nüfuzlu beynəlxalq jurnallarda çap olunmuş 220 elmi əsərin,[7] o cümlədən 9 dərslik və 12 dərs vəsaitinin müəllifidir.[4]
Əsas elmi nailiyyəti
[redaktə | mənbəni redaktə et]N.Y. Məmmədovun elmi tədqiqatlarının nəticələri Azəriqaz İstehsalat Birliyində yüksək iqtisadi səmərə ilə geniş tətbiq olunur.[3]
Beynəlxalq seminar və konfranslarda iştirakı
[redaktə | mənbəni redaktə et]İştirak etdiyi Beynəlxalq seminar və konfranslar:[7]
- Bişkek, Beynəlxalq seminar, 2007
- Ştutqart, Beynəlxalq konfrans, 2009
- Kiyev, BMT-nin Beynəlxalq seminarı, 2011
- Berlin, RENAC Akademiyası, Beynəlxalq seminar, 2012, 2013, 2014
- Brandenburq, Beynəlxalq seminar, 2018
- Tbilisi, BMT-nin Beynəlxalq seminarı, 2019
Əsas elmi əsərləri
[redaktə | mənbəni redaktə et]Kitabları
[redaktə | mənbəni redaktə et]- Məmmədov N.Y., Məhərrəmov R.Ə. Müasir isitmə sistemləri. Bakı, 2006. -596 səh.[8]
- Məmmədov N.Y., Aslanzadə N.R. Ventilyasiya və kondisioner sistemləri. I hissə. Dərslik. Bakı, 2008. -540 səh.[9]
- Əliyev F.Q., Məmmədov N.Y., Əkbərova S.M. Su və hava hövzələrinin çirklənmələrdən qorunması. III hissə, Dərs vəsaiti, "Tİ-Media", Bakı. 2008. -341 səh.[10]
- Hacıyev Y.Z., Məmmədov N.Y., Aslanzadə N.R. Ventilyasiya və kondisioner sistemləri. II hissə. Dərslik. Bakı, 2010. -455 səh.[11][12]
- Məmmədov N.Y., Əkbərova S.M., Aslanzadə N.R., Abdullayev N.M. Döşəmə isitmə sistemləri. Dərs vəsaiti. Bakı. NPM "Təhsil", 2011. -305 səh.[13]
- N.Y. Məmmədov, Y.Z. Hacıyev, S.M. Əkbərova. Ventilyasiya və kondisioner sistemləri fənnindən laboratoriya praktikumu. Bakı, 2015. -150 səh.[14]
- N.Y. Məmmədov, Y.Z. Hacıyev, S.M. Əkbərova. Ventilyasiya və kondisioner sistemləri fənnindən kurs layihəsini yerinə yetirmək üçün Dərs vəsaiti. Bakı, 2017.
- Məmmədov N.Y. İstilik texnikası, istilik təchizatı, ventilyasiya, havanın kondisiyalaşdırılması, ekologiya, su və hava hövzələrinin qorunmasına aid terminlərin izahlı lüğəti. Bakı, 2013. -409 səh.[15]
- Nurməmməd Məmmədov. İstilik təchizatı, ventilyasiya və ekologiya terminlərinin izahlı lüğəti. Bakı, 2014. -341 səh.[16]
- N.Y. Məmmədov. İstilik təchizatı və ekologiya terminlərinin izahlı lüğəti. Bakı, 2015.[17]
- İ.Ə. Şabanbəyov, N.Y. Məmmədov, O.X. Cavadova. "İstilik texnikası, istilik-qaz təhcizatı və ventilyasiya" fənni üzrə metodik göstərişlər - qızdırıcı cihazların EHM-də hesablanması. Bakı, 1989. –62 səh.[18]
Scopus bazasında olan məqalələri
[redaktə | mənbəni redaktə et]Scopus bazasına 8 məqaləsi daxildir:[19]
- Mammadov, N., Byba, V. Centralized Management of Thermal Energy Consumption Mode of Cities //Lecture Notes in Civil Engineering, 2023, 299, p. 741–747
- Byba, V., Pinchuk, N., Mammadov, N. Experimental Studies of Compressed Reinforced Concrete Elements with Tape Reinforcement //Lecture Notes in Civil Engineering, 2023, 299, p. 25–33
- Mammadov, N., Akbarova, S., Rustamov, V. Evaluatıon of thermal energy productıon by solar panels for Karabakh green energy zone //Reliability: Theory and Applications, 2022, 17, p. 200–204
- Mammadov, N., Akbarova, S., Feyzieva, G. Analysıs of the possıbılıtıes of applyıng modern ınformatıon technologıes ın energy effıcıent urban development (on the example of Karabakh region) //Reliability: Theory and Applications, 2022, 17, p. 361–366
- Mammadov, N.Y., Akbarova, S.M. Analysıs of thermal stabılıty of wall enclosıng structure of buıldıng for clımatıc condıtıons //International Journal on Technical and Physical Problems of Engineering, 2022, 14(1), p. 136–141
- Yurin, O., Mammadov, N., Semko, P., Mahas, N. Analysis of the Humidity Condition of Wall Enclosing Structures of Cooling Warehouses and Possible Ways to Improve It //Lecture Notes in Civil Engineering, 2022, 181, p. 439–448
- Mammadov, N., Yurin, O. Control of Thermal Energy Consumption Mode for Multifunctional Buildings // Lecture Notes in Civil Engineering, 2022, 181, p. 273–281
- Mammadova, G.H., Mammadov, N.Y., Akbarova, S.M., Feyzieva, G.H. Expert Recommendations for Energy Improvements in Educational Facilities: Case Study-School Buildings in Azerbaijan //IOP Conference Series: Materials Science and Engineering, 2021, 1030(1), 012063.
Springer nəşriyyatında
[redaktə | mənbəni redaktə et]Məqalə sayı – 4:[20]
- Byba, V., Pinchuk, N., Mammadov, N. (2023). Experimental Studies of Compressed Reinforced Concrete Elements with Tape Reinforcement. In: Onyshchenko, V., Mammadova, G., Sivitska, S., Gasimov, A. (eds) Proceedings of the 4th International Conference on Building Innovations. ICBI 2022. Lecture Notes in Civil Engineering, vol 299. Springer, Cham. https://doi.org/10.1007/978-3-031-17385-1_3.[21]
- Mammadov, N., Byba, V. (2023). Centralized Management of Thermal Energy Consumption Mode of Cities. In: Onyshchenko, V., Mammadova, G., Sivitska, S., Gasimov, A. (eds) Proceedings of the 4th International Conference on Building Innovations. ICBI 2022. Lecture Notes in Civil Engineering, vol 299. Springer, Cham. https://doi.org/10.1007/978-3-031-17385-1_62.[22]
- Yurin, O., Mammadov, N., Semko, P., Mahas, N. (2022). Analysis of the Humidity Condition of Wall Enclosing Structures of Cooling Warehouses and Possible Ways to Improve It. In: Onyshchenko, V., Mammadova, G., Sivitska, S., Gasimov, A. (eds) Proceedings of the 3rd International Conference on Building Innovations. ICBI 2020. Lecture Notes in Civil Engineering, vol 181. Springer, Cham. https://doi.org/10.1007/978-3-030-85043-2_41.[23]
- Mammadov, N., Yurin, O. (2022). Control of Thermal Energy Consumption Mode for Multifunctional Buildings. In: Onyshchenko, V., Mammadova, G., Sivitska, S., Gasimov, A. (eds) Proceedings of the 3rd International Conference on Building Innovations. ICBI 2020. Lecture Notes in Civil Engineering, vol 181. Springer, Cham. https://doi.org/10.1007/978-3-030-85043-2_26.[24]
Digər fəaliyyətləri
[redaktə | mənbəni redaktə et]Akademik qurumlarda
[redaktə | mənbəni redaktə et]"Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi" Beynəlxalq Elmlər Akademiyasının (Sankt-Peterburq şəhəri) həqiqi üzvü - akademikidir (2022).[5][6]
Beynəlxalq Kadrlar Akademiyasının (1999) professorudur.[2][4][3]
Beynəlxalq Ekoenergetika Akademiyasının professorudur.[4][3]
Elmi və elmi-texniki şuralarda
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Energetika Nazirliyi[4] və Azərbaycan Memarlıq və İnşaat Universitetinin[25] elmi şuralarının, "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi-texniki şurasının üzvüdür.[4][26]
Layihələrdə
[redaktə | mənbəni redaktə et]Alternativ bərpa olunan enerji mənbələri və Enerji səmərəliliyi qanun layihələrinin hazırlanmasında iştirak etmişdir.
BMT-nin enerji səmərəliliyi və alternativ bərpa olunan enerji mənbələri üzrə milli ekspertidir.[4]
Azərbaycanda enerji səmərəliliyi və enerji auditi sahəsində yerinə yetirilən 5 beynəlxalq layihənin koordinatoru və icraçısı olub.[4]
"Azərbaycanda karbon emissiyalarının azaldılmasını təmin edən milli fəaliyyət planları (NAMA)" layihəsinin müəllifidir (2020).[27]
Avropa İttifaqının INOGATE Proqramı.[28] Beynəlxalq layihənin Azərbaycan üzrə koordinatoru
Norveç Təbiəti Mühafizə Cəmiyyətinin Enerji və Resurslardan İstifadə üzrə Beynəlxalq Məktəbli Proqramı (SPARE).[29] Beynəlxalq layihənin Azərbaycan üzrə koordinatoru
İsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi (SİDA) tərəfindən maliyyələşdirilən RECONOMY proqramı çərçivəsində həyata keçirilən layihənin Azərbaycan üzrə kordinatorudur.[30]
Eimi-texniki nəşrlərdə
[redaktə | mənbəni redaktə et]"Ekologiya və Su təsərrüfatı" Elmi-texniki və İstehsalat jurnalının baş redaktorudur.[6] Jurnal CrossRef (ABŞ) beynəlxalq qeydiyyat agentliyinə daxildir.[31]
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının Texnika elmləri bölməsinin üzvüdür.[32]
"ECOENERGETİCS" jurnalının müşahidə şurasının üzvüdür (en. International Review Board).[33]
"İstilik təchizatı" dərsliyinin elmi redaktoru olmuşdur (2007).[34]
"İnşaat istilik fizikası" dərsliyinin elmi redaktoru olmuşdur (2009).[35]
Müsahibələri
[redaktə | mənbəni redaktə et]- Miriyev Anar. Günəş enerjisindən istifadənin yeni layihəsi hazırlanıb. Nurməmməd Məmmədov: “Alternativ regenerativ enerjinin hesabına Bakının bütün binalarının fasadlarını və magistral yolların işıqlandırılmasını təmin etmək mümkündür”. Palitra. -2009. -23 dekabr. -S.7.[36]
- Anar Miriyev. Azərbaycanda ali təhsilin səviyyəsi: problemlər, təkliflər. Layihə çərçivəsində müsahiblərimiz Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, Beynəlxalq ekoenergetika akademiyasının professoru Nurməmməd Məmmədov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, texnika elmləri doktoru, professor Mərdan Cəlilovdur: Palitra. -2011. -7 iyun. -S.6.[37]
- Lalə Musaqızı. Evlərimizi daha asan və daha ucuz qiymətə qızdıra bilərik. Professor Nurməmməd Məmmədov ev şəraitində enerjidən az istifadə etməklə çox istilik əldə etməyin yollarını açıqlayır. Kaspi. -2013. -30 aprel. -S.9.[38]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 25 avqust 2022-ci il tarixində "Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi" Beynəlxalq Elmlər Akademiyasının diplomu ilə təltif olunmuşdur.[39]
- Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının qərarına əsasən Məmmədov Nurməmməd Yaşar oğluna 2024-cü il fevral ayından "AzMİU-nun fəxri professoru" adı verilmişdir.[1]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- https://www.muallim.edu.az/news.php?id=23246
- https://azpressmedia.az/news2766
- http://www.anl.az/down/meqale/palitra/palitra_dekabr2009/100820.htm
- https://unikal.az/news/368421/azmiu-da-seminar-kecirildi-fotolar
Elmmetrik bazalarda profilləri: WoS[40] ; Research Gate[41] ; ORCID[42] ; Google Scholar.[43]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Arxivlənmiş surət". 2024-02-10 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ 1 2 "Nurməməd Məmmədov, Beynəlxalq Kadrlar Akademiyasının professoru". 2024-01-06 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ 1 2 3 4 5 6 "Məmmədov Nurməmməd Yaşar oğlu. Şəki. Alim və ziyalılar. Bakı, Bakı Universiteti Nəşriyyatı, 2002. -582 səh. -səh.396-397". İstifadə tarixi: 2023-11-13.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Nurməmməd Məmmədov". 2023-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-26.
- ↑ 1 2 ""Ekoogiya və həyat fəaliyyətinin təhlükəsizliyi" Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü – akademiki". 2024-01-06 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2023-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-26.
- ↑ 1 2 3 "Məmmədov Nurməmməd Yaşar oğlu" (PDF). 2023-11-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-14.
- ↑ "N.Y. Məmmədov, R.Ə. Məhərrəmov. Müasir isitmə sistemləri. Dərslik. Bakı, "YURD" NPB, 2006.-600 səh". 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-13.
- ↑ "N.Y. Məmmədov, N.R. Aslanzadə. Ventilyasiya və kondisioner sistemləri. I hissə. Dərslik. Bakı, "Elm" Nəşriyyatı, 2008. -540 səh". 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-13.
- ↑ "Əliyev F.Q., Məmmədov N.Y., Əkbərova S.M. Su və hava hövzələrinin çirklənmələrdən qorunması III hissə. 2008. -341 səh". 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
- ↑ "Hacıyev Y.Z., Məmmədov N.Y., Aslanzadə N.R. Ventilyasiya və kondisioner sistemləri. II hissə. Dərslik. Bakı, "Elm" Nəşriyyatı, 2010.-455 səh". 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-13.
- ↑ "Hacıyev Y.Z., Məmmədov N.Y., Aslanzadə N.R. Ventilyasiya və kondisioner sistemləri. II hissə. Dərslik. Bakı, "Elm" Nəşriyyatı, 2010. -455 səh". 2023-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-15.
- ↑ "Məmmədov N.Y., Əkbərova S.M., Aslanzadə N.R. və baş. Döşəmə isitmə sistemləri. Bakı, 2011. -305 səh". 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
- ↑ "Məmmədov N.Y., Hacıyev Y.Z., Əkbərova S.M. Ventilyasiya və kondisioner sistemləri fənnindən laboratoriya praktikumu. Bakı, 2015. -150 səh". 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
- ↑ "Məmmədov N.Y. İstilik texnikası, istilik təchizatı, ventilyasiya, havanın kondisiyalaşdırılması, ekologiya, su və hava hövzələrinin qorunmasına aid terminlərin izahlı lüğəti. Bakı, 2013. -409 səh". 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
- ↑ "81.İstilik təchizatı, ventilyasiya və ekologiya terminlərinin izahlı lüğəti. Tərtibçi: Nurməmməd Məmmədov. Bakı, 2014. -341 səh". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
- ↑ "93.İstilik təchizatı və ekologiya terminlərinin izahlı lüğəti. Tərtibçi: N.Y. Məmmədov. Bakı, 2015". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
- ↑ "İ.Ə. Şabanbəyov, N.Y. Məmmədov, O.X. Cavadova. "İstilik texnikası, istilik-qaz təhcizatı və ventilyasiya" fənni üzrə metodik göstərişlər - qızdırıcı cihazların EHM-də hesablanması. Bakı, 1989. –62 səh". 2023-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-09.
- ↑ https://www.scopus.com/authid/detail.uri?authorId=57222124269 (#bare_url_missing_title). 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-01.
- ↑ "Arxivlənmiş surət". 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "Arxivlənmiş surət". 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "Arxivlənmiş surət". 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "Arxivlənmiş surət". 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "Arxivlənmiş surət". 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "AZMİU. Universitetin Elmi Şurasına seçilən əməkdaşların siyahısı:". 2023-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-26.
- ↑ ""Sukanal" Elmi-Tədqiqat və Layhə İnstitutunun Elmi-Texniki Şurası üzvlərinin SİYAHISI. 20. Məmmədov Nurməmməd Yaşar oğlu. AzMİU-nun Mühəndis sistem və qurğularının tikintisi kafedrasının müdiri,dos. t.ü.f.d., 3305.05". 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
- ↑ "BMT-nin Azərbaycan üzrə nümayəndəliyinin NAMA Qrant layihəsi". 2023-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-26.
- ↑ "Arxivlənmiş surət". 2023-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-09.
- ↑ "Arxivlənmiş surət". Archived from the original on 2019-09-15. İstifadə tarixi: 2023-12-09.
- ↑ "AzMİU-nun İnşaat Kollecində beynəlxalq proqram çərçivəsində təlim keçirilib (FOTO)". 2023-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-09.
- ↑ https://azmiu.edu.az/az/pages/196 (#bare_url_missing_title). 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-01.
- ↑ "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası. Terminologiya Komissiyası. Komissiyanın tərkibi. Texnika elmləri bölməsi. Texnika üzrə elmlər doktoru Nurməmməd Məmmədov - Azərbaycan Memarlıq və İnşaat Universiteti, kafedra müdiri". 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
- ↑ "ECOENERGETİCS. INTERNATIONAL REVIEW BOARD. Nurmammad Mammadov, Azerbaijan" (PDF). 2023-12-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-07.
- ↑ "H.Q. Feyziyev, M.F. Cəlilov. İstilik təchizatı. Dərslik. elmi redaktor. N.Y. Məmmədov". İstifadə tarixi: 2023-12-07.
- ↑ "Y.Z. Hacıyev. İnşaat istilik fizikası. Dərslik. Elmi redaktor. N.Y. Məmmədov". İstifadə tarixi: 2023-12-07.
- ↑ "Arxivlənmiş surət". 2023-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2023.
- ↑ "Arxivlənmiş surət". 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2023.
- ↑ "Arxivlənmiş surət". 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2023.
- ↑ ""Ekoogiya və həyat fəaliyyətinin təhlükəsizliyi" Beynəlxalq Elmlər Akademiyasının diplomu". 2024-01-06 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "WoS". İstifadə tarixi: 28 dekabr 2023.
- ↑ "Research Gate". İstifadə tarixi: 28 dekabr 2023.
- ↑ "ORCID". 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2023.
- ↑ "Google Scholar". İstifadə tarixi: 28 dekabr 2023.