Osman Batur

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Osman Batur İslambay oğlu
Оспан батыр Исламұлы
Doğum tarixi
Doğum yeri Göktoğay uyezdi, Altay dairəsi, Sincan, Sin sülaləsi
Vəfat tarixi
Vəfat yeri Urumçi, Çin
Vəfat səbəbi Edam edilmişdir
Vətəndaşlığı İkinci Şərqi Türkistan Respublikası
Monqolustan Xalq Respublikası
Çin Respublikası
Milliyyəti qazax
Fəaliyyəti siyasətçi, inqilabçı
Tanınır inqilabçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Osman Batur (qaz. Оспан батыр (Оспан Исламұлы) və ya وسپان باتىر  (çin.); bəzən Uthmān/Osman Bātūr, Osman Batir və ya Osman Batur adlandırılırdı[1] İslambay oğlu; 1899, Göktoğay[d], Tzin sülaləsi29 aprel 1951, Urumçi) — Şərqi Türkistanda fəaliyyət göstərmiş inqilabçı.

Osman Batur müstəqillik mücadiləsinə 1911-ci ildə 22 yaşında başlayıb. Əsl adı Osman İslamoğludur və Qazax türküdür. 1899-cu ildə Altayın Göktoğay bölgəsində dünyaya gəlib. Kiçikkən babasından dini təhsil alıb. Hələ 12 yaşında ikən at minməsi, silah tutmasıyla diqqətləri çəkib. O dönəmin qəhrəmanlarından olan Böke Batur onu dəstəsinə götürüb.

II dünya müharibəsi dönəmində çinlilər Şərqi Türkistana təzyiqlərini artırıblar. Məscidlərə hücum edib, insanları haqsız yerə küçələrdə güllələyiblər. Etiraz edənlərə min cür işgəncə veriblər. Uyğurların inadını qırmaq üçün evlərə hücum edib, silahları toplayıb, günahsız insanları həbsxanalara atıblar.

Osman Batur bütün bu haqsızlıqları gözləri ilə gördükdən sonra silaha sarılıb. "Bu gün silahlarımızı alanlar sabah da canımızı istəyəcəklər" deyərək silahını təhvil verməyib, dağlara çıxıb. Çox keçmədən onun dəstəsinə haqsızlıqla qarşılaşmış digər türklər də qoşulur və çinlilərə hücum etməyə başlayırlar. Vur-qaç taktikasıyla bütün Altayı çinlilərdən təmizləyiblər. Çox qısa zamanda Osman Baturun dəstəsindəkilərin sayı 30 minə çatır. 22 iyul 1943-cü ildə Osman Batur Bulğun şəhərində Qazax türklərinin xanı elan edilir. O, usanmadan, yorulmadan düşmənə qarşı mübarizəsini davam etdirir. Bir müddət sonra isə Müvəqqəti Altay Xalq Cümhuriyyətinin prezidenti seçilir.

Çində iqtidara gələn komunnistlər zəngin qızıl yataqlarını ələ keçirmək üçün Şərqi Türkistana təzyiqi artırırlar. Bölgəyə müasir silahlarla təchiz edilmiş minlərlə əsgər göndərirlər.

Osman Batur və əsgərləri 1949-cu ildə dar bir dağlıq bölgəyə sıxışdırılır. Yanında 3–4 min adamı qalır. Çinlilər 1951-ci ildə hücum edərək Osman Baturun qızı Azpayla birlikdə qadınları əsir alırlar. Osman Batur Kamambal dağı ətrafında çox az bir qüvvə ilə çinlilərə hücum etsə də, silahları qutardığından əsir düşür. Onu Tunk Huanq şəhərinə aparırlar. Düşmən o qədər alçaqdır ki, igidliklə müstəqillik mübarizəsi aparan bir xalqın liderinə hörmət göstərmir, Osman Batura işgəncə verərək şəhərdə gəzdirirlər. 29 aprel 1951-ci ildə əvvəllcə qollarını və qulağını kəsir, sonra edam edirlər.

Bununla da iş bitmir. Yeganə qardaşı Dəlixan İslamoğlu, həyat yoldaşı, 18 yaşlı qızı, 14 yaşlı oğlu, anaları Mamey xatunun gözləri qarşısında doğranaraq öldürülürlər.

Şərqi türkistanlılar 29 apreli — Osman Baturun şəhid olduğu günü "Günəşin söndüyü gün" adlandırırlar.

Həqiqətən də bir millətin azadlıqdan məhrum olunması günəşinin sönməsi kimi bir şeydir, amma Osman Batur kimi igidlər yetişdirən bir millətin günəşi sönməyəcək və müstəqillik arzusu əsla bitməyəcək.

  1. Hsiao-ting Lin. Modern China's ethnic frontiers: a journey to the west. Volume 67 of Routledge studies in the modern history of Asia (illustrated). Taylor & Francis. 2010. səh. 126. ISBN 978-0-415-58264-3. 2016-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-27. Osman Bator がらす斯滿
  • Dr. Ömər Kul "On ilə sığan əfsanəvi ömür" İstanbul, 2011, 192 səh. İSBN 978-605-61751-3-8
  • Şərqi Türkistan və Osman Batur [ölü keçid]
  • Godfrey Lias, Kazak Exodus, London: Evan Brothers Limited (1956)
  • Justin Jacobs, "The many deaths of a Kazak unaligned", American Historical Review 115.5 (2010), pp. 1291–1314.
  • Linda K. Benson and Ingvar Svanberg, China's Last Nomads: The History and Culture of China's Kazaks, New York: M. E. Sharpe (1998), pp. 72–87.
  • Halife Altay, Anayurttan Anadoluʹya, Ankara: Kültür Bakanlığı, 1981 (Turkish)
  • Halife Altay, Kazak Türklerine aid şecere, Istanbul, 1997 (Turkish)
  • Gülçin Çandarlıoğlu, Özgürlük Yolu, Nurgocay Batur'un Anılarıyla Osman Batur, Istanbul: Doğu Kütüphanesi, 2006 (Turkish)
  • Zordun Sabir, Anayurt, Almaty: Nash Mir, 2006 (Uyghur)
  • Hızır Bek Gayretullah, Osman Batur, (Turkish)
  • Hızır Bek Gayretullah, Altaylarda Kanlı Günler, 1977 (Turkish)