Otto Ştrandman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Otto Ştrandman
est. Otto August Strandman
Doğum tarixi 30 noyabr 1875(1875-11-30)
Vəfat tarixi 5 fevral 1941(1941-02-05) (65 yaşında)
Vəfat səbəbi güllə yarası[d]
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat, hüquqşünas, vəkil, hakim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Otto Ştrandman (est. Otto August Strandman)[1] — Estoniyalı dövlət xadimi.

Sankt-Peterburq Universitetinin hüquq fakültəsində oxumuş (1899-1901)[2], Yuryev Universitetinin hüquq fakültəsini bitirmişdir (1903).

1918-ci ilə qədərki fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Universitetə daxil olmamışdan əvvəl Dövlət Bankının revel ofisində işləyib. 1903-1905-ci illərdə Narva və Reveldə hüquqşünas olaraq fəaliyyət göstərmişdir. 1904-1905-ci illərdə və 1917-ci ildə Revel şəhər dumasının üzvü idi. 1905-ci il inqilabi hadisələrində iştirak etmiş, 1905-1909-cu illərdə İsveçrədə sürgündə yaşamışdır. 1909-1917-ci illərdə Reveldə vəkillik etmişdir. 1917-ci ildə Fevral inqilabından sonra Rusiya Müvəqqəti Hökuməti tərəfindən Revel rayon məhkəməsinin prokuroru təyin edilir. 1917-1918-ci illərdə Estland Qubernatorluğunun Müvəqqəti Zemstvo Şurasının sədri olur.

Müstəqil Estoniyanın siyasətçisi və diplomatı kimi

[redaktə | mənbəni redaktə et]

1918-ci ildə - Ədliyyə Naziri.

1918-1919-cu illərdə Estoniya Müvəqqəti Hökumətində kənd təsərrüfatı naziri olub. 1918-ci ildə alman işğalçı qüvvələri tərəfindən həbs edilir. 1919-cu il mayın 9-dan 1919-cu il noyabrın 18-dək baş nazir və hərbi nazir olur.

1920-1921-ci illərdə Xarici İşlər Naziri işləyir.

1921-ci ildə Riyqikoqunun (Parlament) sədri olur. O, birinci və beşinci çağırışların Riyqikogu üzvü idi.

1924-cü ildə Xarici İşlər Naziri, sonra Maliyyə Naziri işləyir.

1927-1929-cu illərdə Estoniyanın Polşa, Çexoslovakiya və Rumıniyadakı səfiri olmuşdur.

1929-cu il iyulun 9-dan 1931-ci il fevralın 12-dək Dövlət başçısı olur.

1933-1939-cu illərdə Estoniyanın Fransa, Belçika, İspaniya və Vatikanda səfiri işləyir.

O, Estoniya İşçi Partiyasının liderlərindən biri olmuşdur.

Tartu Universitetinin (1928) və Varşava Universitetinin (1930) fəxri hüquq doktoru olur.

1939-cu ildə vətənə qayıdır və Kadrinadakı fermasında yaşayır. 1941-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığına çağırış alır. Bu qaçılmaz həbs demək idi və bundan sonra özünü güllələyir.

Birinci dərəcəli üçüncü kateqoriya Azadlıq Xaçı - mülki xidmətlərinə görə.

Estoniya bioqrafik lüğəti. - Tallinn, 2002.

  1. "Otto Strandmani sünd" (eston). Histrodamus. 21 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2013.
  2. "Heads of State of the Republic of Estonia – Otto Strandman". 2005-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-23.