Oxu, tar (film, 1968)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Oxu, tar
Janr musiqili
Rejissor Nazim Abbas
Ssenari müəllifi Nazim Abbas
Operator Seyfulla Bədəlov
İstehsalçı Bakı Televiziya Studiyası
İlk baxış tarixi 1968
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Ölkə SSRİ SSRİ
İl 1968
Texniki məlumatlar 2 hissə
560 metr
35 mm

Film Azərbaycan çalğı alətləri haqqında kiçik bir sənədli poemadır.

Tar Azərbaycan xalqının qədim tarixindən xəbər verən bir mahnı kimi səslənir. Tar Azərbaycan xalqının kədərini, sevincini, mübarizəsini tərənnüm edən gözəl və zəngin musiqi alətidir. Kamança könüllərin ən incə hisslərini əks etdirən, qəlbimizin ən incə tellərinə toxunan sevimli çalğı alətidir. Xalq şənliklərinin daimi iştirakçısı, Azərbaycan xalqının döyüşkən ruhunu əks etdirən qara zurna, nağara vüsət, əzəmət, əmək coşğunluğunun ifadəsidir.

Filmdə bu gözəl alətlərdən hər biri barədə söhbət açılır.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • 1968-ci ildə Moskvada Ümumittifaq Televiziya Filmləri Festivalında bu film xüsusi qeyd olunmuşdur.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Nazim Abbas
Ssenari müəllifi: Nazim Abbas
Operator: Seyfulla Bədəlov
Səs rejissoru: Adil Bəbirov