7°09′ c. e. 36°49′ q. u.HGYO

Paraiba

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Paraiba
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

7°09′ c. e. 36°49′ q. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1889
Sahəsi
  • 56.584,6 km²
Hündürlük
496 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.974.687 nəf. (2022)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu BR-PB
Rəsmi sayt
Paraiba xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paraiba (port. Paraíba) — Braziliyanın şərqində yerləşən ştat. Şimaldan Riu-Qrandi-du-Norti, qərbdən Seara, cənubdan isə Pernambuku ştatı ilə sərhədlənir[2]. İnzibati mərkəzi Juana-Peson şəhəridir.

Paraiba Braziliyanın ucqar şərqində qərarlaşır. Kabu-Branku burnu Braziliyanın ucqar şərq nöqtəsini təşkil edir[3].

Ştat ərazisinin böyük qismi Braziliya alçaqdağlığında yerləşir. Mərkəzi təpəlik hisdələrdə qumluqlar yayılmışdır. Ştat ərazidində üç tip bitki örtüyünə rast gəlinir. Sahil düzənlik ərazilərində tropik meşələr, yarımquraq ərazilərdə kaktus və kol tipli bitkilər bitir. Bu iki ərazi arasında yerləşən bölgədə qarışıq tip yayılmışdır[4].

Ştatın ərazisini ilk dəfə XVI əsrdə fransızlar ziyarət etmişlər. Onların portuqallardan fərqi yerli əhali ilə ticarə əlaqələrin qurulması olmuşdur. Fransızlar hinduların dəstəyi ilə bütün XVI əsr boyunca portuqallarla müharibə aparmışlar. 4 noyabr 1585-ci ildə portuqallar Paraibada ilk kəndi salırlar. Sonrakı dönəmlərdə fransızlar Paraiba qovularaq çıxarılır.

Bir müddət əraziyə hollandlar müdaxilə etmişlər. Onların ilk müdaxilələri 1624-cü ilə təsadüf edir. Ancaq bu müdaxilə yerli əhali tərəfindən geri oturdulur. Bununla belə növbəti dəfə 1624-cü ildə holladlar Paraibanı yenidən işğal edə bilirlər. Onların bölgədən çıxarılması 1654-cü[5] ilə təsadüf edir.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

İnzibati cəhətdən ştat 4 mezoregiona və 23 mikroregiona bölünür.

Ştat ərazisində kənd təsərrüfatı inkişaf etdirilmişdir. Burada qarğıdalı, çəltik, şəkər qamışı, tütün, banan, pambıq, kofe və kauçuk ağacı yetişdirilir.

Gözəl şəhərlər turistləri ştat ərazisinə cəlb edir.

  1. https://censo2022.ibge.gov.br/panorama/.
  2. Paraiba Arxivləşdirilib 2021-07-25 at the Wayback Machine.
  3. Paraiba ştatı Arxivləşdirilib 2012-02-08 at the Wayback Machine russobras.com. saytı
  4. "Paraiba coğrafiyası". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-28.
  5. "Paraiba tarixi". 2021-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-28.