Pol Appel

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pol Appel
fr. Paul Émile Appell
Pol Appel 1921-ci ildə.
Pol Appel 1921-ci ildə.
Doğum tarixi
Doğum yeri Strasburq, Fransa
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Paris, Fransa
Vətəndaşlığı Fransa Fransa
Milliyyəti Fransız
Elm sahəsi Riyaziyyat
Elmi dərəcəsi professor
İş yerləri
Təhsili Paris Universiteti
Üzvlüyü
Mükafatları "Fəxri legion" ordeninin Böyük xaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Appel Pol Emil (fr. Paul Émile Appell) – fransız riyaziyyatçısı və mexaniki. Paris EA-nın üzvü (1892), Peterburq EA-nın əcnəbi m. üzvü (1911), SSRİ EA-nın əcnəbi fəxri üzvü (1925). 1885-ci ildə Paris Universitetinin professoru olmuşdur. Əsas elmi işləri mexanikaya, həndəsəyə, analitik funksiyalar nəzəriyyəsinə aiddir. Mexanika, elliptik, cəbri və hiper-həndəsə funksiyaları nəzəriyyəsinə dair fundamental dərsliklərin müəllifidir.[1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 579. ISBN 978-9952-441-02-4.