Portal:Anime və manqa
Anime (アニメ?) — yapon animasiyası. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzlər var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). "Anime" sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.
Manqa (
Yaponiyada bütün yaşdan olan insanlar manqa oxuyur, o həm təsviri incəsənət, həm də bədii ədəbiyyat nümunəsi kimi ehtiram göstərirlər, buna görə də ən müxtəlif janrlarda və müxtəlif mövzulara aid çoxlu sayda əsərlər mövcuddur: macəra, romantika, idman, tarix, yumor, elmi fantastika, dəhşət, erotika, biznes və s. 1950-ci ildən etibarən manqa yapon mətbəələri üçün böyük bir sahəyə çevrilir və dünyanın digər yerlərində də məşhurlaşır.
Charlotte (シャーロット, Shārotto?, azərb. Şarlotta) — Yoşiyuki Asayın rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı. Yaponiyada 5 iyuldan 27 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. 2016-cı ilin martında OVA seriyası buraxılmışdır. ASCII Media Works nəşriyyatının "Dengeki G's Comic" jurnalında iki manqa adaptasiyası nəşr olunur. Hadisələr alternativ reallıqda baş verir: uşaqların müəyyən hissəsi yetkinliyə çatana qədər supergüclərə malik olurlar. Hadisələrin əsas diqqət mərkəzində Yuu Otosaka adlı oğlandır. Yuu digər insanların bədənlərini 5 saniyəliyinə idarə etmək qabiliyyətinə malikdir. Bu, bunun kimi xüsusi güclərə malik olan uşaqlar üçün nəzərdə tutulmuş məktəbin şura prezidenti olan Nao Tomori adlı qızın diqqətini cəlb edir.
Anime serialının fikir müəllifi Cun Maedadır. Bununla yanaşı o, ssenarini yazmış, bəzi musiqiləri bəstələmiş, Na-Ga ilə personajları dizayn etmişdir.
Risa Oribe (
LiSA-nın mahnıları "Sword Art Online" və "Fate/Zero" kimi bir çox anime seriallarında səsləndirilmişdir. Onun sinqlları Oricon-un həftəlik sinqllar çartının ilk onluğunda yer almışdır. "Crossing Field" sinqlı Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən platin sertifikasiya, "Oath Sign" sinqlı isə qızıl sertifikasiya almışdır.
"Fullmetal Alchemist" manqası yapon manqaka Hiromu Arakava tərəfindən yazılmış və hazırlanmışdır. Manqa seriyasının yayımlanması 2001-ci ilin avqustunda "Square Enix"-in "Monthly Shonen Gangan" jurnalında başlanılmış, 2010-cu ilin iyulundakı nəşri ilə (2010-cu ilin iyununda nəşr olunmuşdur) başa çatmışdır. Bu müddətdə manqa seriyasının 108 fəsli nəşr olunmuşdur. Manqa Edvard və Alfons Elrik adlı iki əlkimyagər qardaşın başına gələn hadisələrdən bəhs edir. Onlar ölmüş analarını geri qaytarmağa çalışarkən itirdikləri bədən üzvlərini geri qaytarmaq üçün fəlsəfə daşının axtarışına çıxırlar. Edvard orduya qatılır və ordunun tərkibində ikən ordunun da daşın axtarışında olduğunu öyrənir.
"Square Enix" fəsilləri tankobon formatında cəmləşdirmişdir. İlk cild 22 yanvar 2002-ci ildə, sonuncu — 27-ci cild isə isə 22 noyabr 2010-cu ildə çap edilmişdir.
Spayk Şpigel (スパイク・スピーゲル, Supaiku Supīgeru?) — 1998-ci ildə yaranan Cowboy Bebop anime seriyasının əsas personajıdır. Spayk cinayət təşkilatı olan Qırmızı Əjdaha Sindikatının keçmiş üzvüdür, hansı ki, Culia adlı qadını sevəndən sonra öz ölümünü saxtalaşdırır. O, ilk olaraq Bebop kosmik gəmisinin kapitanı, Cet Blekin ortağı kimi təqdim olunur: hər ikisi leqallaşdırılmış kəllə ovçuları kimi cinayətkarları Günəş sistemində məskunlaşan aləmlərə səyahət edirlər. Bebopda idarə sərgüzəştləri ərzində, O, sindikat rəqibi olan Vişez ilə acı ədavət yaşayır, hansı ki, onu öldürmək istəyir.
Spayk Hacime Yatate istehsal müəssisənin hissəsi olaraq, Şiniciro Vatanabe və Toşihiro Kavamoto tərəfindən yaradılmışdır. Vatanabenin güzgü görüntüsü kimi yaradılan və Yusaku Matsudanın Tantei Montogarinin personajı üzərində qurulan Spayk, digərlərinin onun göstərişlərinin yerinə yetirməsi kimi yaradılmışdır.
- ... "One Piece" manqasının 2014-cü ilin dekabr ayına qədər 320 milyon 866 min nüsxəsinin satıldığını və tarixdə ən yaxşı satılan manqa olduğuna görə Ginnesin Rekordlar Kitabına düşdüyünü?
- ... ən uzun davam etmiş manqa seriyasının "Kochira Katsushika-ku Kameari Kōen-mae Hashutsujo" (197 cild, 1911 fəsil) olduğunu?
- ... ilk tammetrajlı anime olan "Momotarō: Umi no Shinpei" animesinin (şəkildə) 12 aprel 1945-ci ildə çəkildiyini?
- ... 1998-ci ildə Kanzas ştatının Topika şəhərinin meri Coan Ueqnonun bir günlük şəhəri "Topikaçu" adlandırdığını?
- ... Vikipediyanın qeyri-rəsmi talismanı olan Vikipe-tanın 2006-cı ildə Kasuga adlı istifadəçi tərəfindən yaradıldığını?
- ... Yaponiyanın ən böyük manqa nəşriyyatı Kodanshanın əsasının 1909-cu ilin noyabrında qoyulduğunu?
- Ümumi
Anime və manqa fanatları • Anime-festival • Anime sənayesi • Kospley • Docinşi • Anime tarixi • Manqa tarixi
- Auditoriyaya görə
Kodomo • Cosey • Seynen • Şonen • Şoco
- Janrlar
Eççi • Harem • Maho-şoco • Mexa • Yaoy • Yuri • Hentay
- Siyahılar
Anime şirkətləri • Anime-festivallar • Anime & manqa video oyunları • Bestseller manqalar • Ən uzun davam edən anime və manqa seriyaları • Manqa jurnalları
Seçilmiş məqalələr:
|
Seçilmiş siyahılar:
|
Yaxşı məqalələr:
|