Prenit
Prenit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Strunz təsnifatı | VIII/D*.03[1] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | rombik[d][2] |
Vikianbarda əlaqəli mediafayllar |
Prenit — rombik sinqoniya.
Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Xassələri
[redaktə | mənbəni redaktə et]Rəng – ağ, boz, açıq-sarı, bozumtul- və otu-yaşıl, qırmızımtıl, bəzən rəngsiz;
Mineralın cizgisinin rəngi – ağ;
Parıltı – şüşədən sədəfiyədək;
Şəffaflıq – yarımşəffaf;
Sıxlıq – 2,8–3; Sərtlik – 6–6,5;
Sınıqlar – qeyri-hamar;
Ayrılma – {001} üzrə orta;
Morfologiya – kristallar: nadir hallarda qısasütunvari və nazik lövhə şəkilli;
İkiləşmə: polisintetik;
Mineral aqreqatları: böyrək-, vərəq- və daraqvari, radial-şüalı, dənəvər, kürəvi, qaysaq şəkilli əmələgəlmələr, druzalar.
Mənşəyi və yayılması
[redaktə | mənbəni redaktə et]Tipik hidrotermal mineral olub, tez-tez hidrotermal dəyişilmiş əsasi süxurlarda–qabbro və diabazlarda əsasi plagioklazların parçalanma məhsulu kimi qeyd edilir. Habelə əsasi effuziv süxurların–bazalt və andezitlərin badamvari boşluqlarında rast gəlir. Kontakt-metasomatik əmələgəlmələrdə, adətən, endoskarnlarda rast gələn prenit epidot, piroksen və qranat üzrə inkişaf edir. Mineralın tapıldığı yerlər: Arendal, Kraqeryo (Norveç); Falun (İsveç); Ural, Qafqaz (Rusiya); Zakarpatye (Ukrayna). Azərbaycanda Kiçik Qafqazın ofiolit qurşağının hiperbazitlərində, Daşkəsən və Gədəbəy rayonlarının skarnlarında, Ağcakənd çökəkliyinin vulkanogen əmələgəlmələrində, Talışın subqələvi bazaltoid formasiyasının süxurlarında, Şimali-Daşkəsən kobalt yatağında qeyd edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.