Purqaz
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Purqaz | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1239 |
Milliyyəti | erzyan |
Purqaz (inyazor Purqaz, rus salnamələrində Purqas kimi də qeyd olunur; v. 1239) — XIII əsrin ilk yarısında yaşamış erzyan hərbi və dövlət xadimi, Erzya şahzadəsi (inyazor, otsyazor)[1], erzyanların milli qəhrəmanı. Rus salnamələrinə görə, onun vaxtında mordovalıların bir hissəsinin "Purqas nahiyəsi"nin sərhədləri daxilində konsentrasiyası baş verirdi.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Erzyan şahzadəsi Purqaz rus knyazlıqlarına qarşı mübarizədə bulqar xanın dəstəyinə ümid bəsləyirdi[2] və şahzadə Yurinin müttəfiqi olan mokşa hökmdarı Pureş ilə daimi müharibədə idi.[3] XIII əsrin əvvəllərində Mokşa çayın aşağı axarı boyunca Oka və Temnikovo-Vod meşələri arasında Purqas nahiyəsi yarandı, burada mordvalar və feodal zülmündən qaçan rus kəndliləri (Purqas Rus dövləti) yaşayırdı.[4] Bu nahiyənin başında knyaz Purqaz dayanırdı; o, Mokşa çayın sağ sahilində, indiki Kadomdan az məsafədə, təxminən indiki Purqasovo kəndi ətrafında yaşayırdı.[5]
Purqaz onun torpaqlarına hücum edilməsinin qisasını Nijni Novqoroddan çıxmağa qərar verdi[6] və 1229-cu ilin aprel ayında "Mordoviya torpağındakı rus gücünün dayağınl" dağıtmağa çalışdı,[7] lakin ancaq şəhər posadını və ətraf kəndləri yandırmağı bacardı, qala alınmaz qaldı.[4][6]
Bir neçə ay sonra Purqaz Pureş torpaqlarına yürüş etdi, lakin cəhdi uğursuz alındı.
XIII əsrin ortalarında Purqasov nahiyəsi tatar-monqol əsarətinə düşdü.[4] Batı xanın qoşunları 1236-cı ildə yola çıxdı, ancaq işğal yalnız 1237-ci ilin yayında başladı.[8] 1237-ci ilin yayının sonunda Mordoviya diyarını ziyarət edən macar monarxı Yulian erzya şahzadəsi haqqında yazırdı: "...gücləri yetərsə müdafiə olunmaq üçün o, bir neçə nəfərlə olduqca möhkəmləndirilmiş yer yönəldi".[9] Ordaya knyazlıq yarlığı dalınca gələn tabe edilmiş knyazlar arasında Purqazın adı çəkilmir.
Ədəbiyyatda obrazları
[redaktə | mənbəni redaktə et]- 1978 — V. F, Yeqorovun "İntiqam" (rus. «Возмездие») poeması
- 1988 — erzya xalq yazıçısı Kuzma Abramovun "Purqaz" tarixi romanı.
- 1991 — Valeri Yurçenkovun "Xronoqraf və ya mordoviya xalqı və onun tarixi haqda hekayə"
- 2002 — Vladislav Romanovun "Ölüm xilas olunmaqdadır"
- Aleksandr Kizayev "Purqaz tsörıne" ("Пургаз цёрыне"; "Purqaz cavan oğlan")
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Е. М. Голубчик, С. С. Маркова. Всё о Мордовый: энциклопедический справочник. Мордовское книжное изд-во. 2005. 125.
- ↑ Юрчёнков В. А. Мордовский народ: вехи истории. Саранск. 2007. 97–98.
- ↑ Костомаров Н. И. Русская история в жизнеописаниях её главнейших деятелей.
- ↑ 1 2 3 Владимир Вольфович Богуславский. Славянская энциклопедия. Киевская Русь – Московия: в 2 т. Т.2 Н-Я. ОЛМА Медиа Групп. 2001. 219. ISBN 9785224022519.
- ↑ С. Д. Цуканова. Города и районы Рязанской области: историко-краеведческие очерки. Московский рабочий. 1990. 118.
- ↑ 1 2 Н. Храмцовский, А. В. Экземплярский. Краткий очерк истории и описание Нижнего Новгорода. Нижегородская ярмарка. 1998. 28.
- ↑ Павел Иванович Мельников. Очерки мордвы. Мордовское книжное издательство. 1981. 28.
- ↑ И. П. Должаев, А. С. Лузгин. Мордовский народ: что нас волнует. Мордовское кн. изд-во. 1991. 7.
- ↑ П. Д. Грузнов. История Мордовии в лицах: биографический сборник. Научно-иссл. ин-т языка, литературы, истории и экономики при Совете Министров--Правительстве Республики Мордовии. 1994. 160. ISBN 9785759510260.