Qabil Hüseynli
Qabil Hüseynli | |
---|---|
? – 4 yanvar 2011 | |
Başqan | İsa Qəmbər |
1993 – 1995 | |
1993 – 1994 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Mübariz Qurbanlı Vaqif Kərimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 noyabr 1953 (71 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | politologiya |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
Qabil İsmixan oğlu Hüseynli və ya Qabil İsmixan oğlu Hüseynov (10 noyabr 1953, Seydimli, Mirbəşir rayonu) — Müsavat Partiyası başqanının sabiq müavini, Azərbaycanın sabiq dövlət müşaviri, Azərbaycan Demokratik İstiqlal Partiyasının sabiq sədri, fəlsəfə elmləri doktoru, professor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Qabil Hüseynli 10 noyabr 1953-cü ildə Mirbəşir rayonunun Seydimli kəndində anadan olmuşdur. Seydimli kənd orta məktəbində təhsil almışdır. 7-ci sinifdən etibarən Tərtər rayonunda nəşr olunan "Qızıl bayraq" qəzetinin Seydimli kəndi üzrə müxbiri olmuşdur. 9–10-cu sinifləri Cəmilli kəndindəki tam orta məktəbdə oxumuşdur. Qabil Hüseynli ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda almışdır.[1]
Qabil Hüseynli 1977-ci ildən Azərbaycan Politexnik İnstitutunun fəlsəfə və politologiya kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildə fəlsəfə elmləri namizədi, 1991-ci ildə isə fəlsəfə elmləri doktoru elmi adını almışdır.[2]
Qabil Hüseynli və Heydər Əliyev arasında səmimi dostluq münasibəti olmuşdur.[3]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Atası İsmixan Hüseynov İkinci Dünya müharibəsi iştirakçısı, baş serjant olmuşdur. Ailədə 8 uşaq — 2 qız, 6 oğlan olmuşdurlar. Qabil Hüseynli ailənin 5-ci uşağı olmuşdur. O, 6-cı sinifdə oxuyarkən atası ölmüşdür.[1]
Qabil Hüseynli ailəlidir. Bir qızı, bir oğlu var. Oğlu Toğrul Hüseynli musiqiçidir.[4] Qızı Könül Atakişiyeva (Hüseynli) də musiqiçidir.[5] Könül Atakişiyeva pilot Rəşad Atakişiyevin həyat yoldaşı olmuşdur.
İctimai-siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Qabil Hüseynli 1988-ci ildən etibarən aktiv siyasi fəaliyyətə başlamışdır. O, siyasi fəaliyyətlə yanaşı jurnalis fəaliyyəti də göstəmişdir.
Qabil Hüseynli Azərbaycan Xalq Cəbhəsi üzvü olmuş və Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilmişdir. O, həmçinin Ali Məclis yanında Qaçqınlar Komissiyasının da sədri olmuşdur.[6]
1990-cı ildə Azərbaycan Xalq Cəbhəsi daxilində ilk fikir ayrılıqları yaranmış, Qabil Hüseynli və Fəzail Ağamalı qurumdan ayrılaraq Ana Vətən Partiyasının qurulması üçün Təşkilat Komitəsi təsis etmişdirlər.[3] Lakin partiya qurulmadan Qabil Hüseynli burada fəaliyyətinə son vermişdir.[6]
Qabil Hüseynli 1992-ci ildən Azərbaycan Milli İstiqlal Partiyası üzvü olmuşdur. O, partiyanın Siyasi Şurasının üzvü olmuşdur. O, həmin dövrdə Azərbaycan Televiziyasında siyasi verilişə aparıcılıq edirdi.
4 iyun Gəncə qiyamı sonrasında hakimiyyət dəyişikliyi baş vermiş və Yeni Azərbaycan Partiyası sədri Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri və prezidentin səlahiyyətlərini müvəqqəti icra edən seçilmişdir. Bu hakimiyyət dəyişikliyi Azərbaycan Milli İstiqlal Partiyası daxilində müzakirələrə səbəb olmuş, Heydər Əliyev isə qeyri-rəsmi olaraq partiya üzvlərinə hakimiyyətdə təmsil olunmağı təklif etmişdir. Partiya daxili müzakirələr nəticəsində təmsil olunmağı dəstəkləyənlər — Babək Hüseynoğlu, Vaqif Kərimov, Qabil Hüseynli, Mübariz Qurbanlı, Gündüz Cəlilov, Vilayət Quliyev, Eldar Salayev, Elçin Əfəndiyev və başqaları partiyadan istefa verərək Azərbaycan Demokratik İstiqlal Partiyasını təsis etmişdir.[7]
1993-cü ildə Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin fərmanı ilə Qabil Hüseynli Azərbaycan Respublikasının dövlət müşaviri vəzifəsinə təyin olunmuşdur. 1995-ci ilədək bu vəzifədə çalışan Qabil Hüseynli 1995-ci ildə həm dövlət müşaviri, həm də Azərbaycan Demokratik İstiqlal Partiyasının sədri postundan istefa vermişdir.[7] İstefa verdikdən sonra Türkiyəyə köçən Qabil Hüseynli burada Azadlıq Radiosunun Türkiyə təmsilçisi kimi fəaliyyət göstərmişdir.[6]
Daha sonra Azərbaycana dönən Qabil Hüseynli 1999-cu ildə Müsavat Partiyasına üzv olmuşdur.[6] Qabil Hüseynli Müsavat Partiyası başqanının müavini vəzifəsində çalışmışdır.
Müsavat Partiyası başqanının müavini, Divan üzvü Qabil Hüseynli və Divan üzvü Adil Qeybulla 4 yanvar 2011-ci ildə Müsavat Partiyası sıralarından istefa vermişdirlər.[8][9]
Seçkilərdə
[redaktə | mənbəni redaktə et]Qabil Hüseynli 2000-ci il parlament seçkilərində Müsavat Partiyasının proporsional seçki üzrə vahid siyahısında 17-ci sırada olmuşdur. Lakin Müsavat Partiyası 140 546 (4.85%) səs toplayaraq 6%-lik seçki sərhəddini keçə bilmədiyi üçün vahid siyahıdan heç bir namizəd deputat seçilə bilməmişdir.[10]
Qabil Hüseynli 2003-cü il prezident seçkilərində Bizim Azərbaycan Blokunun prezidentliyə vahid namizədi İsa Qəmbəri dəstəkləmişdir.[7][11]
Qabil Hüseynli 2005-ci il parlament seçkilərində Azadlıq Blokunun 33 saylı Xətai birinci seçki dairəsi üzrə deputatlığa vahid namizədi olmuşdur. Lakin seçkilər nəticəsində o deputat seçilə bilməmiş, seçki nəticələrinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirmişdir.[12]
Qabil Hüseynli 2009-cu il konstitusiya referendumu üçün yaradılmış "Respublikaçılar" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi olmuşdur.[13]
Mükafatları
[redaktə | mənbəni redaktə et]31 dekabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə tətlif olunub.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
- ↑ "Arxivlənmiş surət". 2020-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
- ↑ "Arxivlənmiş surət". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
- ↑ "Arxivlənmiş surət". 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
- ↑ 1 2 3 4 "Arxivlənmiş surət". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
- ↑ "Arxivlənmiş surət". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
- ↑ "Arxivlənmiş surət". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
- ↑ "Arxivlənmiş surət". 2018-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
- ↑ "Arxivlənmiş surət". 2009-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
- ↑ "Arxivlənmiş surət". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
- ↑ "Arxivlənmiş surət". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
- 10 noyabrda doğulanlar
- 1953-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Tərtər rayonunda doğulanlar
- Müsavat Partiyasının üzvləri
- Azərbaycan Demokratik İstiqlal Partiyasının üzvləri
- Azərbaycan Milli İstiqlal Partiyasının üzvləri
- Azərbaycan Xalq Cəbhəsi üzvləri
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları
- Fəlsəfə elmləri doktorları
- 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanın dövlət müşavirləri
- Azərbaycan Demokratik İstiqlal Partiyasının sədrləri
- Müsavat Partiyasının başqan müavinləri
- Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvləri
- Azərbaycan Milli İstiqlal Partiyası Ali Məclisinin üzvləri
- Müsavat Partiyası Divanının üzvləri