40°06′33″ şm. e. 44°09′38″ ş. u.HGYO

Qamışlı (Sərdarabad)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Qamışlı
40°06′33″ şm. e. 44°09′38″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Sərdarabad mahalı
Rayon Sərdarabad rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 848 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.321 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qamışlı xəritədə
Qamışlı
Qamışlı

Qamışlıİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.[2]

1590-cı ilə aid mənbədə Rəvan əyalətinin Sürməli nahiyəsində Qamışlı kəndi qeyd olunur[3]. 1918-ci ildə kənddən əhali qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Tsartonk adlandırılmışdır. 1728-ci ilə aid mə'lumatda Kamişli kimidir[4] [5]. Həmin mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Kamişlu kəndinin də adı çəkilir [6] [7].

Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində[8] qeyd edilmişdir.

Toponim Azərbaycan dilində işlənən qamış bitki adına -lı şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nın 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zartonk qoyulmuşdur.

Toponimin mənşəyi haqqında üç fikir ola bilər.

  1. Toponim orta əsrərdə Şərqi Türkiyənin Kamis mahalından gəlmiş ailələrin özləri ilə gətirdikləri addır. [9] [10]
  2. Toponim Cənubi Azərbaycanın Komus əyalətindən gəlmiş ailələrin özləri ilə gətirdikləri addır.
  3. Qızılbaşların Qaradaqlı tayfasının Komuşlu (Komuşçu) tirəsinin adını əks etdirir.[11]
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633.
  4. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
  5. Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
  6. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
  7. Hüseynzadə Ə. Sabunçu toponiminin mənşəyi. S.M.Kirov adına ADU-nun “Elmi əsərləri” 1975, № 7.
  8. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.112
  9. . Симеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М., 1958.
  10. Мамедова Фарида. О некоторых вопросах исторической географии Албании I в. до н. э. - VIII в. “Историческая география Азербайджана”. Баку, 1987.
  11. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гамышлу // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 177.