Qara amur
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qara amur | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qara amur |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Qara amur[2][3] və ya Çin külməsi (lat. Mylopharyngodon piceus) — Çəkikimilər dəstəsindən balıq növü. Öz cinsinin yeganə nümanyəndəsidir.
Təsvir
[redaktə | mənbəni redaktə et]Rusiyada nadir növ sayılır və sayları getdikcə azalır. Çində isə sənaye əhəmiyyətli balıq növüdür. 1972-ci ildən SSRi ərazisində Amur çayının hövzəsində ovlanması qadağan edilmişdir. Növ Amur çayı hövzəsindən Çinin cənubuna qədər ərazilərdə yayılmışdır. Bədəni uzadılmış formadadır və iri pulcuqlarla örtülmüşdür. Xarici görünüş baxımından ağ amura bənzəyir ancaq rənginin tündlüyünə görə ondan seçilir. Qara amurlar molyusklar, həmcinin həşərat sürfələri və digər orqanizmlərlə qidalanır. 4 illik Qara amurlar 1,4–1,8 kq molyusk yeyir. Böyük sürülər əmələ gətirmirlər. Qara amurlar 7–9 illiyində və 70 sm uzunluğa çatdıqda yetkinləşir. Arealının cənubunda daha tez böyüyür və 5 illiyində 55 sm çatır.
Əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Çinin su hövzələrində aktiv şəkildə yetişdirilir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Huckstorf, V. "Mylopharyngodon piceus". The IUCN Red List of Threatened Species. 2012. 2012: e.T166112A1112111. doi:10.2305/IUCN.UK.2012-1.RLTS.T166112A1112111.en.
- ↑ Froese, Rainer, and Daniel Pauly, eds. (2011). "Mylopharyngodon piceus" FishBase saytında. August 2011 version.