Qarabağ xanlarının siyahısı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qarabağ xanlarının siyahısı — Qarabağ xanlığında 1748-ci ildən 1822-ci ilə qədər hakimiyyətdə olmuş xanlar nəzərdə tutulur. Ümumilikdə, xanlıqda 4 xan hakimiyyətdə olmuşdur.[1][2]

Foto Adı Tam adı Doğum yeri və tarixi Hakimiyyət müddəti Ölüm tarixi və yeri Qeydlər
Pənahəli xan Pənahəli xan Cavanşir 1693
Alaqarğu, Arazbar, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti
1748 – 1760 1763
Şiraz, İran
Qarabağ xanlığının əsasını qoymuşdur..[3][4] 1763-cü ilə qədər hakimiyyətdə qalmış, həmin ildə Kərim xan Zənd tərəfindən Şiraza fəxri sürgünə aparılmışdır.[5]
Mehrəli bəy Mehrəli bəy Sarıcalı-Cavanşir 1735
Sarıcalı, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti
1759 – 1760 1785
Şamaxı, Şirvan xanlığı
İbrahimxəlil xanın Zəndlər tərəfindən Qarabağa göndərilməsinə qədər Qarabağın de-fakto lideri olmuşdur. Hakimiyyəti qısamüddətli olmuşdur.
İbrahimxəlil xan İbrahimxəlil xan Cavanşir 1732
Alaqarğu, Arazbar, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti
1763 – 12 iyun 1806 12 iyun 1806
Xankəndi, Qarabağ xanlığı
Qardaşı Mehralı bəyi məğlub etmiş və xan olmuşdur.[6] Avar xanlığının müttəfiqi kimi Quba xanlığına qarşı döyüşmüşdür. 1805-ci ildə Rusiyadan asılılığı qəbul etmiş və elə onlar tərəfindən də qətlə yetirilmişdir.[7]
Mehdiqulu xan Mehdiqulu xan Cavanşir 1763 və ya 1772
Şuşa
13 sentyabr 1806–1822 14 may 1845
Ağdam, Rusiya İmperiyası
1806-cı ildə taxta çıxan Mehdiqulu xan 1822-ci ildə xanlığı tərk etmişdir. 1845-ci ildə Ağdamda vəfat etmişdir. Məşhur şairə Xurşudbanu Natavanın atasıdır.[8]
  1. "Encyclopædia Britannica Online: History of Azerbaijan". 2008-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-16.
  2. Gammer, Moshe. Muslim resistance to the tsar. Routledge. 1992. 6. ISBN 0-7146-3431-X. In 1805 the khans of Qarabagh, Shirvan and Sheki swore allegiance to Russia.
  3. "History of Azerbaijan" Arxivləşdirilib 2008-11-18 at the Wayback Machine Encyclopædia Britannica Online:
  4. "Abbas-gulu Aga Bakikhanov. Golestan-i Iram". 2017-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-16.
  5. Javanshir, Ăḣmădbăi̐. О политическом существовании Карабахского ханства: с 1747 по 1805 год (rus). Азәрбајҹан ССР Елмләр Академијасы Нәшријјаты. 1961. 60. 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-16.
  6. Ismayilov, Eldar. "The Khans of Karabakh: The Elder Line by Generations". The Caucasus & Globalization (ingilis). 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-16.
  7. Atkin, Muriel. "The Strange Death of Ibrahim Khalil Khan of Qarabagh". Iranian Studies. 12 (1/2). Winter–Spring 1979: 79–107. doi:10.1080/00210867908701551. JSTOR 4310310.
  8. Qarabaghi, Jamal Javanshir; Qarābāghī, Jamāl Javānshīr; Bournoutian, George A. A History of Qarabagh: An Annotated Translation of Mirza Jamal Javanshir Qarabaghi's Tarikh-e Qarabagh (ingilis). Mazda Publishers. 1994. 104. ISBN 978-1-56859-011-0. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-16.