Qo Şoutsin
Qo Şoutsin | |
---|---|
çin. | |
Doğum tarixi | 1231[1] |
Vəfat tarixi | 1316[2] |
Vəfat yeri | |
Fəaliyyəti | riyaziyyatçı, astronom, astroloq, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Qo Şoutsin (çin.
1231-ci ildə Çinin Hebei əyalətində kasıb ailədə anadan olmuşdur.[5] Əsasən babası Qo Yon tərəfindən böyüdülmüşdür. Babası Beş klassik, astronomiya, riyaziyyat və hidravlika kimi sahələrdə olan bilikləri ilə tanınan bir mütəxəssis idi. Şoutsin balaca yaşlarından intelektual bacarığını göstərməyə başlamışdı. Yeniyetmə olanda babasının üzərində işlədiyi su saatının eskizini tapmış və onun işləmə mexanizmini dərk etmişdir. O, su saatının bir növünün dizaynını inkişaf etmişdir. Bu cür su saatları hazırlamaqda ustalaşdıqdan sonra 16 yaşında riyaziyyat öyrənməyə başlamışdır. Riyaziyyatdan sonra hidravlika və astronomiyanı da anlamağa başlamışdır.
20 yaşında o, hidravlika mühəndisi olmuşdur. 1251-ci ildə bir dövlət rəsmisi kimi Dahuoquan çayı üzərində körpünün bərpa edilməsinə kömək etmişdir. 1250-ci illərdə Kubilay xan Çinin hakimi olmuşdur. O, hidravlik mühəndisliyin və su nəqliyyatının əhəmiyyətini anlamış, Quonu Dadu (indiki Pekin) ilə Sarı çay arasındakı ərazini nəzərdən keçirməyə göndərmişdir. Dadunun yeni su mənbəyi üçün Quo Böyük Kanal layihəsi başlatmışdır. Layihənin uğurundan sonra Kubilay xan Quonu bənzər layihələri idarə etməsi üçün imperiyanın müxtəlif yerlərinə göndərmişdir. Quo xanın hidravlika, riyaziyyat və astronomiya mövzularında baş məsləhətçisi olmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 http://id.loc.gov/authorities/names/n81081227.html.
- ↑ Morris Rossabi. From Yuan to Modern China and Mongolia: The Writings of Morris Rossabi. BRILL. 28 November 2014. 282–. ISBN 978-90-04-28529-3. 4 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2020.
- ↑ Engelfriet, 72.
- ↑ O'Connor.