57°12′08″ şm. e. 33°04′00″ ş. u.HGYO

Qorodomlya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qorodomlya
Ümumi məlumatlar
Sahəsi
  • 314 km²
Yerləşməsi
57°12′08″ şm. e. 33°04′00″ ş. u.HGYO
Ölkə
Qorodomlya xəritədə
Qorodomlya
Qorodomlya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qorodomlya(20-ci əsrin əvvəllərinə qədər ədəbiyyatda və xəritələrdə adətən Qorodovnya, daha az Qradovnya, Qradomlya adlanırdı[1]) — Xaçin adasından sonra Seliger gölündəki ikinci ən böyük adadır. Tver vilayətində, Ostaşkovdan 4 kilometr şimalda yerləşir. İynəyarpaqlı meşələrlə örtülmüşdür. Adada, iki kiçik adası olan daxili Divnoe gölü var.

Y.P. Vişnyakov Seliger gölündəki Qorodovnya adası (Nil Stolbensk monastırına məxsusdur). 1890-cı il.

Çaxmaqdaşı məhsullarına aid tapıntılar burada Neolit ​​və ya erkən Eneolit ​​dövrünə aid yaşayış məskənlərinin olduğunu göstərir[2].

XVI əsrdə Qorodomlya adası görkəmli dövlət xadimi və hərbi lider Boqdan Yakovleviç Belskinin mülkiyyətində idi[3].

1608-ci ildə Belski, bəzi yaxın göllər və adalarla birlikdə Qorodomlyanı Medvejiy brod döyüşündə[rus.] pan Lisovskini məğlub etdiyi üçün boyar Boris Mixayloviç Lıkova bağışladı[3].

1629-cu ildə Qorodomlya Lıkov tərəfindən Nilo-Stolobenskaya[rus.] kişi monastırına bağışlandı[4].

1890-cı ilin mayında hərbçi və fotoqraf Yevgeni Petroviç Vişnyakov və böyük rus rəssamı İvan İvanoviç Şişkin adanı ziyarət etmişdilər[5][6].

Y.P. Vişnyakov "Volqanın mənbəyi" adlı kitabında adaya səfəri barədə bunları yazmışdır:

19-cu əsrin sonunda burada rahiblərin və ağsaqqalların yaşadığı Gefsiman sketi (zahidliyi) quruldu.

Sergey Prokudin Qorski Gefsiman sketində Yeni məbəd. 1910-cu il.
Sergey Prokudin Qorski Rahiblər iş başında. Kartof əkini. 1910-cu il.

Sovet hakimiyyəti illərində

[redaktə | mənbəni redaktə et]

Sovet hakimiyyəti qurulduqdan sonra isə ada sirli bir məkana çevirilib, xüsusi mühafizə altında saxlanılıb. Qorodomlya adası Tver vilayətinin ərazisində, Ostaşkov şəhərindən 4 kilometr aralıda, Seliqer gölündə yerləşir. 1920-ci illərin sonlarında SSRİ-də ilk yolxucu xəstəliklər institutunun yaradılması ilə bağlı müzakirələr aparılanda ölkə rəhbərliyi onun tam qapalı bir yerdə yerləşməsini palnlaşdırıblar. İki il davam edən müzakirələrdən sonra qərara alınıb ki, institut Qorodomlya adasında fəaliyyət göstərsin. Beləliklə, 1930–1932-ci illərdə adada Aleksandr Skomoroxovun başçılığı ilə institut inşa edilib, onun ilk direktoru da Skomoroxovun özü olub.

İnstitutun əsas fəaliyyəti zoonozlar infeksiyasının (heyvanlardan keçən xəstəlik, ağız və burun boşluqlarında, barmaqlar arasında yaraların əmələ gəlməsi) öyrənilməsi və onlara qarşı peyvəndlərin hazırlanmasından ibarət olub. Bununla yanaşı, institut rəhbərliyinin qarşısına yolxucu xəstəliklərdən bioloji silah kimi istifadənin öyrənilməsi vəzifəsi də qoyulub.

1937-ci ildə Qorodomlya adasında daha bir qapalı müəssisə — Biotexniki institut fəaliyyətə başlayıb. Bu institutun qarşısında duran əsas vəzifələrdən biri bioloji silahların hazırlanması və bioloji silahlara qarşı mübarizə vasitələrinin yaradılması, öyrənilməsi və tətbiqi olib.

1935–1938-ci illərdə Sibir xorası, xolera və bu kimi təhlükəli, yolxucu xəstəliklər daşıyanları məhz bu adada saxlayıblar. Qorodomlya adasında əczaçılıq laboratoriyaları da fəaliyyət göstərib. 1936-cı ildə adı hamıya yaxşı tanış olan penisillin ilk dəfə bu adada hazırlanıb.

Qapalı müəssisələrin yerləşdiyi Qorodomlya adası iki sıra tikanlı məftillərlə əhatə olunub. Ada hərbiləşdirilmiş mühafizə dəstəsi tərəfindən qorunub. Bununla yanaşı, "NKVD"-nin 50-dən artıq əməkdaşı adanı xüsusi nəzarətdə saxlayıb.

Adaya giriş-çıxışa tam məhdud şəkildə icazə verilib. Hətta SSRİ Səhiyyə Komissarlığının yüksək vəzifəli işçilərinin adaya girişi mümkün olmayıb. Xüsusi icazə vərəqəsini vermək səlahiyyəti yalnız səhiyyə komissarına və "NKVD" başçısına verilib[7].

Müharibədən sonrakı illər

[redaktə | mənbəni redaktə et]

Qorodomlya adasının sirli və müəmmalı həyatı müharibədən sonrakı dövrdə başlayıb. 1946-cı ildə SSRİ-yə "işləyən" raket və nüvə üzrə alman mütəxəssiləri məhz bu adada fəaliyyət göstərməyə başlayıblar. Onların sayı təxminən 100 nəfərdən yuxarı olub.

Adada Mərkəzi Elmi Tədqiqat Maşınqayırma İnstitutunun 1 nömrəli filialı yaradılıb. Alman mütəxəssislərinə dünyanda tanınmış mühəndis Helmut Qrettrup başçılıq edib. O, adada ballistik raketlərin idarəetmə sistemini yaradıb. Bununla yanaşı, alman mütəxəssisləri hava hücumundan müdafiə qüvvələri üçün yeni raketlərin hazırlanmasını və sınağını da bu adada keçiriblər.

Alman mütəxəssisləri ilə əsasən məşhur sovet alimi, raket və kosmik sistemlərin konstruktoru Sergey Korolyov işləyib. O, hər həftənin bir gününü məhz bu adada keçirib.

Müharibədən sonrakı dövrdə yaranmış qıtlığa baxmayaraq, alman mütəxəssislərinin təminatı yüksək səviyyədə olub. Onlar ən keyfiyyətli ərzaq məhsulları, geyim və gündəlik tələbat malları ilə təmin ediliblər. Həmin dövrdə eyni fəaliyyəti göstərən sovet mühəndisləri 2–3 min rubl əmək haqqı aldıqları halda, alman mühəndisləri 4–6 min rubl maaş alıblar. Hər həftənin şənbə və bazar günləri almanların Moskvaya səfəri təşkil olunub. Teatra, kinoteatrlara, sirklərə getmək, alış-veriş etmək üçün onlara bütün şərait yaradılıb.

1951-ci ildə institutun filialında 166 alman mühəndisi, 450 sovet vətəndaşı olan əməkdaşlar çalışıb. Həmin il adada "Ulduz" zavodunun inşası da başa çatıb.

1953-cü ildə alman mütəxəssisləri Almaniyaya qayıdıblar. Filial və zavod isə fəaliyyətini davam etdirib. Qeyd edək ki, Mərkəzi Komitə, şəxsən İosif Stalin alman mütəxəssislərinin işindən və fəaliyyətindən tam razı qalıb. Bütövlükdə Qorodomlya adasında yerləşən qapalı müəssisələrə Lavrenti Beriya nəzarət edib.

Müasir dövrdə

[redaktə | mənbəni redaktə et]

Müasir dövrdə də Qorodomlya adasında qapalı müəssisələr fəaliyyət göstərir. Meşəliyin içərisində olan adada yaşayış binaları, məktəblər, səhiyyə və mədəniyyət ocaqları, ictimai iaşə obyektləri, parklar salınıb. Bu ada turistlər üçün də maraqlı məkanlardan biri sayılır[7].

Adada "Akademik N.A. Pilyugin adına Avtomatlaşdırma və Alətləndirm Elmi-İstehsalat Mərkəzi" Federal Dövlət Unitar Müəssisəsinin filialı — "Zvezda" zavodu və onun istirahət evi var. Hal-hazırda "Zvezda" zavodu sayəsində yaranmış Solneçnıy qapalı şəhəri yerləşir[8].

  1. Энциклопедический словарь Брокгауза и Ефрона.
  2. Иванов В.Ф. Топонимический словарь Селигерского края. Тверь. 2003.
  3. 1 2 Успенский В. П. (см. стр. 5) // Историческое описание Ниловой Столобенской пустыни Тверской епархии Осташковского уезда. Издание Ниловой Столбенской Пустыни. Типография Губернского Правления. 1886.
  4. Савва (Тихомиров). (см. стр. 488) // Хроника моей жизни: Автобиографические записки Высокопреосвященного Саввы, архиепископа Тверского и Кашинского. 6. Типография Св.-Тр. Сергиевой Лавры. 1906. "Архивированная копия". 2017-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-02.
  5. 1 2 Вишняков Е.П. Истоки Волги. С.-Петербург. 1893.
  6. Рыбаков Л. Лесной богатырь-художник.
  7. 1 2 ""NKVD"-nin nəzarətində saxlanılan Qorodomlya haqda bilinməyənlər…". 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.
  8. ""Звезда"". 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]