Rafael Əsədov (rəssam)
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rafael Əsədov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Masallı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Mükafatları |
Rafael Hüseyn oğlu Əsədov (19 iyul 1944, Masallı) — kino və televizya rəssamı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2001).
Həyatı
[redaktə | mənbəni redaktə et]19 iyul 1944-cü ildə Masallı şəhərində anadan olub
1961–1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb.
1969–1977-ci illərdə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsndə təhsil alıb.
1968-ci ildən AzTV-də əmək fəaliyyətinə başlamışdır. 40 ildən artıq müddətdə baş rəssam vəzifəsini daşımaqla Televiziyanın qızıl fondunda saxlanılan onlarla televiziya tamaşaları və filmlərinin quruluşçu rəssamı olmuşdur.
1997-ci ildə "Topal Teymur", "Ac həriflər", "Nigarançılıq"televiziya tamaşalarının bədii həllinə görə rejissor Ramiz Mirzəyev və operator Eldar Məmmədovla birlikdə "Humay" mükafatına layiq görülmüşdür.
2012–2015-ci illərdə "SPACE" telekanalında baş rəssam çalışıb.
2017-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri Sənət Kafedrasında müəllim vəzifəsində çalışır.
1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
2013-cü ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.
2001-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.
1968-ci ildən başlayaraq "Yazıçı", "Gənclik", "Maaraf"və s. nəşriyyat orqanlarında , 2Pioner", "Ulduz" jurnallarında Azərbaycan və Dünya ədəbiyyatı nümunələrinə yüzlərlə illüstrasiyalar hazırlamışdır ki, bu illüstrasiyaiarın bir qismi Respublika Muzeylərinin eksponatıdır.
Rafael Əsədov Respublika rəssamları sərgilərinin daimi iştirakçısıdır.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Mehmanxana sahibəsi (1978, tammetrajlı film-tamaşa) – rəssam
- Ötən ilin son gecəsi (film, 1978) – rəssam
- Alov (film, 1979) – rəssam
- Evləri köndələn yar (film, 1982) – rəssam
- Bağışla (film, 1983) – rəssam
- Balıq günü (film, 1983) – rəssam
- Topal Teymur (film, 1983)– rəssam
- Səndən xəbərsiz (film, 1985)– rəssam
- Astana (film, 1986) – rəssam
- Ağ atlar üçün vals – rəssam
- Ordan-burdan (film, 1987) – rəssam
- Sən həmişə mənimləsən (film, 1987) – rəssam
- Yaşıl eynəkli adam (film, 1987)– rəssam
- Dəfn edilməmiş ölülər (1988, tammetrajlı film-tamaşa) – rəssam
- Qonşu qonşu olsa... (film, 1989) – rəssam
- Yad qızı (1990, tammetrajlı film-tamaşa) – rəssam
- Ac həriflər (film, 1993) – rəssam
- İtkin gəlin (film, 1994) (1994, bədii serial) – rəssam
- Yurd yeri – rəssam
- Bala-başa bəla! (film, 1995) (1995, tammetrajlı film-tamaşa) – rəssam
- Duel (1995, tammetrajlı film-tamaşa) – rəssam
- Muğam (II) (1995, tammetrajlı film-tamaşa) – rəssam
- Cəza (1996, tammetrajlı film-tamaşa) – rəssam
- Fatehlərin divanı – rəssam
- Yurd yeri 2 – rəssam
- Nigarançılıq (film, 1998) – rəssam
- Dirsə xanın oğlu Buğacın boyu (2000, tammetrajlı film-tamaşa) – rəssam
- Başmaq (2001, qısametrajlı bədii film) – rəssam
- Salur Qazanın evi talandığı boy (film, 2001) – rəssam
- Güllələnmiş heykəllər (film, 2002) – rəssam
- Dəvətnamə (film, 2003) – rəssam
- Sara Qədimova (2003, qısametrajlı sənədli televiziya filmi) – rəssam
- Tilsim (film, 2005) – rəssam
- Bəylik dərsi və ya keçmişdən gülməcələr... (film, 2007) – rəssam
- Bir ovuc torpaq (film, 2009) – rəssam
- Bir rəngin min çaları (2010, qısametrajlı sənədli televiziya filmi) – rəssam
- Ləyaqət hücrəsi (film, 2011) – rəssam
- Mürafiə vəkillərinin hekayəti (film, 2011) – rəssam
- Tək olanda qorxma... (teleserial, 2013) – rəssam