Rauf Munçayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rauf Munçayev
Rauf Məhəmməd oğlu Munçayev
Doğum tarixi
Doğum yeri Zaqatala, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (92 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahələri tarix, arxeologiya
Elmi dərəcələri professor, fəxri doktor
Elmi adı
İş yeri
  • REA Arxeologiya İnstitutu[d]
Təhsili
Elmi rəhbərləri Yevgeni Krupnov
Mükafatları "Şərəf" ordeni "Dostluq" ordeni
RSFSR əməkdar elm xadimi

Rauf Məhəmməd oğlu Munçayev (23 sentyabr 1928[1], Zaqatala, Azərbaycan SSR, SSRİ4 iyul 2021, Moskva) — tarixçi-alim, 2000-ci ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru, QafqazYaxın Şərqin qədim mədəniyyəti və tarixi, arxeologiyası üzrə mütəxəssis, 1991–2003-cü illərdə Arxeologiya İnstitutunun direktoru, Rusiya EA-nın müşaviri, tarix elmləri doktoru, professor.[2]

  • 1928-ci il 23 sentyabr tarixində Zaqatala şəhərində anadan olub.
  • 1953–1955-ci illərdə SSRİ EA-nın Dağıstan filialının Ədəbiyyat, Dil və Tarix İnstitutunda işləyib.
  • 1960–1964-cü illərdə "Sovet Arxeologiyası" jurnalının məsul katibi olub.
  • 1968–1991-ci illərdə SSRİ EA-nın Arxeologiya İnstitutunun əməkdaşı kimi kiçik elmi işçi, böyük elmi işçi və direktor müavini vəzifələrini icra edib.
  • 1971-ci ildən tarix elmləri doktorudur.
  • 1985–1999-cu illərdə tarix elmləri üzrə AAK-nın ekspert şurasının üzvü olub.
  • 1985-ci ildən Alman Arxeoloji İnstitutunun müxbir üzvüdür.
  • 1986-cı ildə professor elmi adını almışdır.
  • 1987–1999-cu illərdə tarixə qədərki dövrün tarixçilərin beynəlxalq ittifaqının icraedici komitəsinin və daimi şurasının üzvüdür.
  • 1990-ci ildən Afrika və Şərq İtalyan İnstitutunun müxbir üzvüdür.
  • 1991–2003-cü illərdə Arxeologiya İnstitutunun direktoru vəzifəsini icra edib.
  • 1994-cü ildən İctimai və humanitar elmlər üzrə Rusiya EA-nın Koordinasiya Şurasının üzvüdür.
  • 1995–2006-cı illərdə Rusiya EA-nın Tarix Elmləri (sonralar Tarix və Filologiya elmləri) Bölməsininin Büro üzvü olub.
  • 2000-ci il 26 may tarixindən Rusiya Elmlər Akademiyasının Tarix üzrə (Ümumi Tarix) müxbir üzvüdür.
  • 2003-cü ildən Rusiya EA-nın müşaviridir.
  • Rusiya EA-nın Arxeologiya İnstitutunun Dissertasiya Şurasının sədridir.
  • 2004-cü ildən tarix, arxeologiyaetnoqrafiya üzrə Rusiya Humanitar Elmləri Fondunun ekspertlər şurasının sədridir.
  • 2009-cu ildə Qafqaz Arxeologiyasının tədqiqi üzrə qrupun rəhbəri olub.
  • 2009-cu ildən Dağıstan Dövlət Universitetinin fəxri professorudur.
  • "Arxeologiya SSSR" çoxcildliyi nəşrinin redaksiya şurasının sədri, baş redaktor müavinidir.
  • Müxtəlif vaxtlarda "Vorld Arxeoloci", "Sovetskaya Etnoqrafiya", "Rossiyskaya arxeologiya", "Vestnik drevney istoriyi", "Problemı İstoriyi, Filologiyi i kulturı" və "Obşestvennıe i qumanitarnıye nauki. Seriya. "İstoriya" jurnallarının redaktorlar kollegiyasının və şurasının tərkibinə daxil olumuşdur.
  • Rauf Munçayev Qafqazın neolit, eneolit və erkən tunc dövrlərinin, o cümlədən də dolmen mədəniyyətinin tədqiqatçısı, Əfqanıstanda, Bolqarıstanda, Stavropol diyarında və Yaxın Şərqdə kompleks arxeoloji tədqiqatların rəhbəri kimi tanınır.
  • 2015-ci il oktyabr ayının 27-də Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb.[2]
  • 2021-ci il iyul ayının 6-da Rusiyanın paytaxtı Moskvada 93 yaşında dünyasını dəyişib

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]