Rayna Knyaqinya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rayna Knyaqinya
Doğum tarixi 18 yanvar 1856(1856-01-18)
Vəfat tarixi 29 iyul 1917(1917-07-29) (61 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Sofiya mərkəzi qəbiristanlığı[d]
Uşağı 6
Fəaliyyəti inqilabçı, müəllimə, midwife[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayna Popgeorgieva Futekova (bolq. Райна Попгеоргиева Футекова), daha çox tanınan adı ilə Rayna Knyaqinya (Райна Княгиня), yəni "Bolqarların Kraliçası" (18 yanvar 185629 iyul 1917, Sofiya, Bolqarıstan krallığı) ― bolqar müəllim və inqilabçı. O, 1876-cı il Aprel üsyanının bayrağını tikməsi ilə məşhur olub.[1][2]

Bayraq və üsyan

[redaktə | mənbəni redaktə et]
Rayna Knyaqinyanın doğulduğu Panaqyurşite şəhərindəki abidəsi

Rayna Futekova 20 yaşında ikən Panaqyurişte qızlar məktəbində baş müəllim işləyirdi. Bu dövrdə Georgi Benkovski ondan Aprel üsyanının bayrağını tikməyini istəyir və Futekova bunu qəbul edir. Bayraqdakı şir Bolqarıstanın İnqilab Mərkəzi Komitəsinin təşkilat planının üz qabığında çap olunmuş şir naxışına görə Stoyan Karalev tərəfindən, hərflər isə İvanço Zoqrafa tərəfindən çəkilib. Bayraqdakı "Свобода или смърт" (Azadlıq və ya ölüm) yazısının aşağısına Panaqyurişte inqilabi rayonunu ifadə edən "P" və "O" hərfləri də əlavə edilmişdir.

Aprelin 22-də, qonşu kəndlərin keşişləri tərəfindən bayrağın təqdis edildiyi gün Rayna gecədən hazırladığı qotazları bayrağa tikdi. Bayrağın ölçüsü 2×1,5 m idi, iki üzü var idi və qızıl krujeva zolağı ilə haşiyələnmişdi.

Üsyanın elan edildiyi gün bayrağı Georgi Benkovski ilə birlikdə Knyaqinya da dalğalandırıb. Üsyan Osmanlı qoşunları tərəfindən vəhşicəsinə dağıdıldıqdan sonra Kynaqinya əsir götürülmüş, daha sonra dəfələrlə təcavüzə məruz qalmış, döyülmüş və Plovdiv həbsxanasında bir aydan çox müddətə saxlanılaraq yalnız çörək və su ilə qidalanmağına icazə verilmişdir.[3]

Üsyanın 25-ci ildönümünü qeyd etmək üçün Rayna Knyaqinya orijinal bayrağın üç nüsxəsini hazırlamış, onlardan ikisi bu günə qədər gəlib çatsa da, biri II Dünya müharibəsində Sofiyanın bombalanması zamanı məhv olmuşdur.

Sonrakı həyatı

[redaktə | mənbəni redaktə et]
Rayna Futekovanın Sofia Mərkəzi Qəbiristanlığındakı məzarı (42°42′46″ şm. e. 023°19′53″ ş. u.HGYO)

Knyaqinya həbsxanadan çıxdıqdan sonra saxta pasportla İstanbuldan keçərək Moskvaya çata bilib. O burada üç il tibb təhsili almış və mama olmuşdur. O, Moskavada ikən öz avtobioqrafiyasını yazmışdır ki, bu kitab həm də Aprel üsyanı haqqında yazılmış ilk kitabdır. Kİtab birinci rus dilində nəşr olunub, daha sonra 1934-cü ildə bolqar dilinə tərcümə edilib. Moskvada olarkən o, qadın xeyriyyə komitəsi vasitəsilə kiçik qardaşı da daxil olmaqla, Panaqyuriştedən olan 32 yetim uşağın yetişdirilməsini təşkil edə bilmişdir.

Rayna Knyaqinya daha sonra Tırnovoda müəllim kimi işləməyə dəvət edilib. Üç il sonra o, şəhərin meri Vasil Dipçevlə evlənmək üçün Panaqyurişteyə qayıtmışdır. Onlar Plovdivə köçmüş, lakin həddindən artıq ruspərəst olan Dipçev burada mövcud rusofob hökumət səbəbi ilə iş tapa bilməmişdir.

Cütlüyün beş oğlu var idi— İvan, Georgi, Vladimir, Petar və Asen. Rayna həmçinin Cina adlı bir qız da övladlığa götürüb. Vasil Dipçev 1888-ci ildə Bolqarıstan Milli Məclisinə deputat seçilmiş və ailə Sofiyaya köçmüşdür. Dipçev 1898-ci ildə ölüb və Rayna ən böyüyü cəmi 13 yaşında olan altı uşaqla dul qalıb. O, Sofiyadakı Orlandovtsi və Malaşevtsi məhəllələrində işləmiş, 29 iyul 1917-ci ildə vəfat edənə qədər, Xristo Botevin ailəsi ilə əlaqələrini möhkəm saxlamışdır.

  1. MacGahan, Januarius A. Turkish Atrocities in Bulgaria, Letters of the Special Commissioner of the "Daily News," J.A. MacGahan, Esq.; with an Introduction and Mr. Schuyler's Preliminary Report. London: Bradbury Agnew and Co. 1876. 33–48. İstifadə tarixi: 9 July 2018 – Internet Archive vasitəsilə.
  2. Stoyanoff, Zachary. Pages from the Autobiography of a Bulgarian Insurgent. Potter, M.W. tərəfindən tərcümə olunub. London: Edward Arnold. 1913. səh. 118. İstifadə tarixi: 13 July 2018 – Internet Archive vasitəsilə.
  3. "Report by Mr. Baring on the Bulgarian Insurrection of 1876". The London Gazette. No. 24365. 19 September 1876. səh. 5130.
  4. Rayna Knyaginya Peak Arxivləşdirilib 2024-05-11 at the Wayback Machine SCAR Composite Gazetteer of Antarctica Arxivləşdirilib 2011-07-09 at the Wayback Machine