Rodonit
Rodonit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Mn²⁺SiO₃ |
Strunz təsnifatı | VIII/D.13[1] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Rodonit CaMn4 [Si5O15] —(yunanca "rodon" qızılgün deməkdir) Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Növ müxtəliflikləri
[redaktə | mənbəni redaktə et]Faulerit (5-8 %-dək ZnO, 3-9 %-dək FeO, 6-7%-dək CaO), sixutsunit–maqneziumlu rodonit.
Xassələri
[redaktə | mənbəni redaktə et]Rəng – səciyyəvi cəhrayıdan tünd- və qəhvəyimtil-qırmızıyadək; bu fonda çox vaxt törəmə Mn hidroksidlərinin qara ləkələri, damarcıq və dendritləri müşahidə edilir; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, sədəfi, donuq; Şəffaflıq – qeyri-şəffafdan yarımşəffafadək, bəzən şəffaf; Sıxlıq – 3,67-3,76; Sərtlik – 5,5-6,5; Ayrılma – {110} üzrə 92° bucaq altında mükəmməl, {010} üzrə – orta; Sınıqlar – dənəvərlik dərəcəsindən asılı olaraq hamar, qabıqvarı, pilləri; Morfologiya – kristallar: nadir hallarda izometrik lövhə şəkilli, bəzən prizmatik; Mineral aqreqatları: bütöv sıx və dənəvər kütlələr, tək-tək hallarda–nodullar.
Mənşəyi və yayılması
[redaktə | mənbəni redaktə et]Əsasən metamorfik yolla əmələ gəlir. Çökmə manqan filizlərinin regional və kontakt metamorfizmi nəticəsində meydana çıxır, gilli və kristallik şistlərdə, habelə bəzi başqa metamorfik süxurlarda rast gəlir. Kontakt-metasomatik yolla da əmələ gəlir. Manqanla zəngin ətraf süxurları assimilyasiya etmiş qranit peqmatitlərində qeyd edilir. Bəzən mineralın hidrotermal əmələgəlmələrinə də rast gəlinir. Birlikdə rast gəldiyi minerallar: braunit, manqanit, tefroit, franklinit, bustamit, Mn – qranat, kalsit, kvars və b. Mineralın tapıldığı yerlər : Sverdlovsk (monolitləri 47 tonadək) və Maqnitoqorsk şəhərləri yaxınlığında, Primorsk ölkəsi (Rusiya); Kapnits, Rozia Montana (Rumıniya); Devonşir, Kornuoll (Böyük Britaniya); Boriyeva, Qradişşe (Bolqarıstan); Lonqban (İsveç); Bxandra (Hindistan); Broken-Xill (Avstraliya); Xonsyu ad. (Yaponiya); Ksonotla (Meksika) və b. Azərbaycanda mineralın kiçik yığınları Dəlidağ qranitoid intruzivinin endokontakt zonasında Qaranlıq sahəsində aşkar edilmişdir.
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Yaxşı məmulat daşıdır. Rodonitin oksidləşmə məhsullarının mühüm yığınlarından manqan filizi kimi qara metallurgiyada istifadə edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.