Sədrlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sədrlər
Titul Seyid
Əcdadı Seyid Sədrəddin İsfahani
Mənşəyi İsfahan, Livan, Beyrut
Dini fəaliyyəti Ruhani


Sədrlər — şərqin tanınmış soylarından biri.

Soyun yaranması

[redaktə | mənbəni redaktə et]

İslam Peyğəmbərinin (s) nəslindən olan Sədrlər ailəsinin ilk tanınmış nümayəndəsi Seyid Sədrəddin təxminən 200 il əvvəl İranın İsfahan şəhərindən şiə elm mərkəzi olan Nəcəfə köçə­rək burada məskunlaşıb. Sonradan Sədrlər ailəsinin bir qolu Livanın cənubuna - Cəbəl Amil məntəqəsinə köçüb və orada yaşamağa başlayıb. Livanda İslam müqavimətinin liderlərin­dən olan şəhid Musa əs-Sədr də bu ailəyə mənsubdur. Nə­cəfdə məskunlaşan Sədrlər burada elmi fəaliyyətlə məşğul olublar.

İraqda Səddam Hüseyn hakimiyyəti ələ keçirəndən sonra şiə­lərə, xüsusən də ruhanilərə qarşı təqiblər başlayır. Çoxlu say­da məşhur şiə üləması həbsə atılır, bir çoxu qətlə yetirilir. Səddam qəti şəkildə şiə ruhanilərinin ölkədən çıxmasını tələb edir. Bu zaman Nəcəfin nüfuzlu alimlərindən olan Seyid Məhəm­mədbağır Sədr Səddam hakimiyyətinə qarşı açıq mübarizə­yə başlayır. O və bacısı, təhsilli ruhani qadın olan Bintul Hu­da diktatura rejimini ifşa edən çağırışlar edirlər. Səddam haki­miyyəti inqilabçı bacı-qardaşı qətlə yetirmək istəsə də xalqın kütləvi etirazından ehtiyat etdiyi üçün açıq qəsdlər edə bilmir. Ancaq İranda İslam inqilabı qələbə çaldıqdan sonra Sədda­mın narahatlığı artır. İraq hakimiyyəti inqilabın sərhədlərin bu tayına da nüfuz edəcəyindən ehtiyatlanmağa başlayır. Bu sə­bəbdən şiə ruhanilərinə qarşı təqiblər artır. Xüsusi fəallıq gös­tərən Baqir Sədri və bacısını məhv etmək barədə qərar verilir. Ancaq birinci dəfə Baqir Sədr oğurlandıqda iraqlılar ayağa qalxdığından hökumət onu azad etməyə məcbur olur. İkinci dəfə isə hökumət əvvəlcə Baqir Sədrin öldürülməsi barədə şa­yiə yayır və kütlənin mümkün çıxışlarını önlədikdən sonra Məhəmməd Baqir Sədr və bacısı qətlə yetirilir. Xalq kütlələri xain qətlə etiraz olaraq ayağa qalxır. Hökumətin silah işlədəcəyini görən Sədrlər kütləvi qırğınlardan yan keçmək üçün etirazları sakitləşdirir. Məhəmməd Sədr şəhid Baqir Sədrin cəsədini hökumətdən alaraq dəfn edir.

Amma bundan sonra vəziyyəti nəzarət altında saxlamaq Səddam hakimiyyəti üçün daha da çətinləşir. Şəhid Baqir Sədrin mübarizəsini onun ən yaxşı tələbəsi, həm də əmisi oğlu Məhəmməd Sadiq Sədr davam etdirir. Məhəmməd Sadiq Sədr əmisi oğlundan daha sərt şəkildə Səddama qarşı çıxırdı. Amma bu dövrdə Səddamın təqibləri və sərbəst fəaliyyət üçün im­kan olmaması üzündən Sadiq Sədr gizli fəaliyyət göstərirdi. 1991-ci ildə şiə aləminin böyük alimi Ayətullah-üzma Seyid Əbülqasim Xoyi vəfat etdikdən sonra Nəcəf elmi hövzəsinə M.S.Sədr rəhbərlik etməyə başlayır.

M.Sadiq Sədrin təşəbbüsü ilə tez bir zamanda Nəcəfdə, Kufədə və İraqın digər şəhərlərində cümə namazları bərpa olun­du. O zaman bir sıra alimlər hökumətin təxribatlarının olması təhlükəsindən çıxış edərək, eləcə də dini baxımdan 12-ci İma­mın (əc) qeybi dövründə cümə namazının vacib olmamasını əsas gətirərək buna qarşı çıxsalar da o, qətiyyət göstərir. Ey­ni zamanda Sadiq Sədrin təşəbbüsü ilə İraqın bütün şəhərlərində şəriət məhkəmələri bərpa olunur. İmam-camaat olduğu bütün namazlarda kafirləri, qəsbkarları, zalımları lənətləyən Ayətullah Sadiq Sədr Səddama açıq şəkildə meydan oxuyurdu. İlk dəfə o, şiə ruhanisi olaraq Səddamdan həbsdəki məhbusları azad etməyi tələb edir. Eyni zamanda hökumətin sui-qəsdi­ni hər an gözləyən İslam alimi daim çiynində kəfənlə gəzər, bununla da ölümə hər an hazır olduğunu nümayiş etdirərmiş.

Sədrlərin əsas ideyası

[redaktə | mənbəni redaktə et]

Sədrlərin başlıca ideyası İslam hakimiyyəti qurmaq deyil, ilk növbədə bu hakimiyyətin qurulması və ən əsası qeybdə olan 12-ci İmamın (əc) zühuruna hazır olan cəmiyyət formalaşdırmaq idi. Əlbəttə, burada İslam şəriətinə əsaslanan hökumət qurmaq ideyası da vardı, ancaq bu, sonrakı hədəf idi. Həm Baqir Sədr, həm də Sadiq Sədrin əsas hədəfi iraq cəmiyyətini yeni mərhələ üçün hazırlamaq idi. M.S.Sədr qeyd edirdi ki, İraq cəmiyyətini hazırlamamışdan əvvəl İslam dövləti qurmaq böyük faciələrə yol aça bilər. Çünki düşmən həmişə güclüdür və köməyi var. Formalaşmamış cəmiyyətdə qurulan İslam dövləti tez bir zamanda böyük faciələr yaşaya bilər.

Sadiq Sədr çıxışlarında qeyd edirdi ki, İraq cəmiyyətinin indiki (o zamanki) vəziyyətə düşməsinin, zalım hakimiyyətin əsarəti altında olmasının əsas səbəbi insanların Allahdan, onun Peyğəmbəri (s) və İmamlardan (ə) kənar düşməsidir. Çünki həd­siz ədalət sahibi olan Allahın insanları səbəbsiz yerə cəzalandırması mümkün deyil. Deməli, ilk nəvbədə cəmiyyətin xəstə­liklərini, yəni səbəbi aradan qaldırmaq lazımdır. Bundan sonra vasitəni, yəni diktatura hakimiyyətini aradan qaldırmaq çətin olmayacaq. Ancaq əksinə olarsa, yıxılan bir diktaturanın yerini daha qəddarı tuta bilər. Təbii ki, Sədrlərin bu təbliğat və ideyaları nəticəsiz qalmırdı. Bu isə ona qarşı hakimiyyətin qəzəbini daha da artırırdı. Belə­liklə, diktatorların yeganə mübarizə vasitəsi olan zor işə salındı. 1999-cu il fevralın 19-da Kufə məscidində cümə namazı qıldıqdan sonra növbəti dəfə dərs deməyə gedən Sadiq Sədrə Kufə ilə Nəcəf arasındakı Hənnan yolunda sui-qəsd olundu. Evinin yaxınlığında pusquya salınan Sadiq Sədrlə yanaşı oğlanları - avtomobili idarə edən Muəmmal və atası ilə yanaşı əy­ləşmiş Mustafa (Sadiq Sədrin 4 oğlundan 2-i) qətlə yetirildi. Müsəlmanların qəzəbi sonsuz idi. Hakimiyyət qətldə əli olması ilə bağlı ittihamları qəti şəkildə rədd etdi. Rejimi qətldə ittiham edənlər isə ağır cəzalandırıldı.

Mühəmməd Sadiq Sədrin şəhadətindən sonra mübarizəyə rəhbərlik nəslin daha gənc nümayəndəsi Müqtəda Sədrə keçir. Amma Səddamın devrilməsinə qədər olan 4 ildə Müqtəda Sədrin fəaliyyəti o qədər də açıq hiss olunmur. Ruhani təhsili al­mış Müqtəda Sədr hələ atasının sağlığında Sədrlər İslam Universitetinə rəhbərlik edib. Müqtəda bu dövrdə daha çox icti­mai, cini təbliğat işləri ilə məşğul olub.

Ancaq İraq işğalından sonra Müqtəda Sədr Amerika işğalına qarşı silahlı müqavimətə rəhbərlik edir. Sədr tərəfdarları Mehdi Ordusu yaradırlar. 2003-2004-cü illərdə davam edən iki savaşdan sonra İraqın nüfuzlu dini lideri Ayətullah Seyyid Sistaninin işə qarışmasından sonra atəşkəs elan olunub.

Hazırda Sədrin İranda ali dini dərslər oxuyur. Sıdr qrupu ötən il keçirilən seçkilərdə də fəal olub. Qrupun bir neçə üzvü deputat mandatı alıb. Hazırda Sədr qrupu hakimiyyət koalisiyasının üzvüdür.


Soyun məşhur nümayəndələri

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]