15°21′ şm. e. 44°12′ ş. u.HGYO

Səna

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Paytaxt
Səna
صنعاء
15°21′ şm. e. 44°12′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 3.450 ± 1 km²
Mərkəzin hündürlüyü 2.150 ± 1 m, 2.253 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.957.000 nəf. (2015)
Digər
sanaacity.com
Xəritəni göstər/gizlə
Səna xəritədə
Səna
Səna
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtıdır.

Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir.

Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir.

Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir.

Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir.

Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir.

Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var. Paytaxtda milli ənənələrə, incəsənətə çox böyük qayğı ilə yanaşırlar. Sənanın ən milli koloritli yeri- Köhnə şəhərdir. Köhnə şəhər YUNESKO-nun qərarına əsasən memarlıq abidəsi kimi qorunur.[2]

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. Soltanova H. B., Məmmədov C. A. "Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası" (dərslik). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2008, s. 267

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]