Sabir Həşimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Həşimov Sabir Hacıbala oğlu
Sabir
Doğum tarixi
Doğum yeri Rəncbər, Hacıqabul rayon
Vəfat tarixi 2013-cü il 19 yanvar
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan vətəndaşı
Atası Hacıbala Həşim oğlu Həşimov
Milliyyəti Azərbaycanlı
İxtisası Hərbçi
Təhsili Ali

Sabir Həşimov (doğum 1939, Hacıqabul, Azərbaycan SSR - ölüm 2013) Azərbaycanlı hərbçi olmuşdur.

Sabir Hacıbala oğlu Həşimov 1939-cu ildə Hacıqabul rayonunun Rəncbər kəndində anadan olmuşdur. Orta təhsilini Hacıqabulda (o vaxtkı Qazıməmməd) 15 nömrəli orta məktəbdə almışdır.1957-1990-cı illərdə keçmiş SSRİ-də xidmət etmiş, həmin illərdə Tbilisi Hərbi Artilleriya Məktəbini (1962) on il sonra isə Leninqrad Hərbi Artilleriya Akademiyasını bitirib və raket-artilleriya silahları üzrə hərbi mühəndis ixtisasına yiyələnmişdir. 1975-1980-ci illərdə Macarıstanda məxfi hərbi hissədə Nüvə silahı üzrə mühəndis kimi fəaliyyət göstərmiş, 1992-1999-cu illər arası Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişdir. Həşimov Sabir 2013-cü il yanvar ayının 21-də vəfat etmişdir. İki oğlu və bir qızı var. Oğulları onun yolunu davam etdirir. Oğullarından biri polkovnik, digəri polkovnik-leytenantdır.

Azərbaycan Müdafiə Nazirliyinin, Milli Ordunun yaradılmasında rolu olmuşdur. Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim işləmişdir.Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında xidmət göstərmişdir. Cəbhə bölgəsi olan Ağdam rayonunda N saylı hərbi hissədə mütəxəssis kimi iştirak etmişdir. Təqaüdə çıxdıqdan sonra Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Elmi Tədqiqat Mərkəzində işləmişdir.

Gənclərin döyüş hazırlığına yiyələnməsi və təkmilləşməsi üçün döyüş texnikasının öyrənilməsi, o cümlədən artilleriya silahlarının öyrənilməsi üçün doğma ana dilimizdə vəsaitlərin olmamasını nəzərə alan Həşimov Azərbaycanda ilk dəfə olaraq hərbi kitabların tərcüməsinə başlamış və 32 adda kitab tərcümə etmişdir.Onun təşəbbüsü ilə hərbi məktəbdə hələ 1994-cü ildən artilleriya silahları haqqında fənnin Azərbaycan dilində tədrisinə başlanılmış, ilk dəfə olaraq artelleriya silahlarının quruluşu, taktiki-texniki xüsusiyyətləri və istismar qaydaları haqqında kitablar doğma dilimizdə nəşr olunmuşdur.

Sabir Həşimov Texniki Elmlər namizədi adını almaq üçün Texniki Elmlər doktoru, professor V. Şərifovun elmi rəhbərliyi ilə “Artelleriya silahlarının və döyüş sürsatlarının istismarına iqlim şəraitinin təsiri və ondan mühafizə tədbirləri” adlı disertasiyasını hazır etsədə ağır xəstəlik onu müdafiə etməyə imkan vermədi.

Öz xidmətləri ilə Azərbaycanın hərbi tarixində layiqli yer tutan Həşimov eyni zamanda doğma rayonunun da salnaməsinə daxil olmuşdur. Hazırda Hacıqabul rayon Tarix Diyarşünaslıq Muzeyində Sabir Həşimova aid eksponatlar və haqqında bəhs olunan dərsliklərdən nümunələr nümayiş olunur.

Tərcümə etdiyi kitablar

  1. "122 mm-lik Qaubitsa D 30(2A18) (I hissə)”, 162 səhifə, Bakı , 2000
  2. "100 mm-lik Tank Əleyhinə Top T 12”, 118 səhifə. B.2000
  3. "85 mm-lik Divizion Topu D-44”, 450 səhifə. B.2001
  4. "1938-ci il modelli 120 mm-lik Minaatan(I hissə), 128 səhifə. B.2004
  5. "85 mm-lik D-44 Topunun atış cədvəli”, 108 səhifə. B.2005
  6. "Atıcılıq təlimatı(7,62 mm-lik təkminlləşdirilmiş Kalaşnikov Avtomatı(AKM və AKMC)”, 116 səhifə. B.2005
  7. "BM-21 Döyüş Maşını”,300 səhifə. B.2005
  8. "122 mm-lik D-30 Qaubitsasının atış cədvəlləri”, 272 səhifə. B.2005
  9. “PDM-2(BMII-2) Piyada Döyüş Maşını silahları ilə əməliyyat və atış qaydaları üzrə təlimat”, 160 səhifə. B.2005
  10. "1938 və 1943-cü il nümunəli 120 mm-lik Minaatanların atış cədvəlləri”, 212 səhifə. B.2006
  11. "5,45 mm-lik Kalaşnikov Avtomatı və 5,45 mm-lik Kalaşnikov Pulemyotu üzrə təlimat”, 160 səhifə. B.2006
  12. “Atıcılıq Təlimatı(Əl Qumbaraları)”, 90 səhifə. B.2007
  13. "Avtomobilləri və Tırtıllı Dartıcı-Transportyorları idarəetmə kursu”, 208 səhifə. B.2007
  14. "Arsenallarda, baza və anbarlarda Döyüş Sursatlarına texniki baxış üzrə təlimat”, 84 səhifə . B.2007
  15. "Atıcılıq təlimatı(9 mm-lik Makarov Tapancası(IIM), Əl Qumbaraları)”, 240 səhifə. B.2008