Salamander

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Salamander
Ümumi məlumatlar
Sənaye yüngül sənaye[d]
Təsis tarixi 1885
Baş qərargahın yeri
Struktur
İşçi sayı
  • 1.700 nəf.
salamander.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şirkətin loqosu
Kornvesthaymdakı zavodu

"Salamander"Almaniyanın brend ayaqqabı şirkəti.[1]

Şirkət 1885-ci ildə yəhudi əsilli Yakob Siqle adlı başmaqçı tərəfindən yaradılıb. Öz ayaqqabı atelyesini yaradarkən onun cəmi 23 yaşı var idi. Buna baxmayaraq, çalışqan olan Siqle 6 il ərzində işini genişləndirməyi bacarır. O, 1891-cü ildə[2] Maksim Levi adlı miliyyətcə yəhudi olan dəri tacirini özünə biznes tərəfdaşı seçir. Onlar birlikdə "J. Sigle und Cie" adlı şirkət yaradırlar.[3][4]

1897-ci ildə siə artıq Siqlenin atelyesindən xatirələr qalır. Ortaqlar beşmərtəbəli binada fabrik quraraq, ştata 125 nəfər işçi qəbul edirlər. 1900-cü ildə şirkət ayaqqabı taciri, yəhudi əsilli Rudolf Moosadan böyük sifariş alır. 1905-ci ildə "Salamander-Schuhgesellschaft mbH" şirkəti, eləcə də "Salamander" brendi yaradılır. Moos da şirkətin bərabərhüquqlu sahibinə çevrilir. Yəni kapitalın 50 faizi ona, digər 50 faiz isə Siqleyə məxsus olur. Moosun investisiyası sayəsində yeni böyük fabrik tikilir. Məhsullarının effektiv satışını həyata keçirmək üçün filiallar yaradırlır. 1909-cu ildə şirkətin 26 dükanı açılır.[5]

1913-cü ildə artıq "Salamander" ən böyük alman ayaqqabı istehsalçısına çevrilir. Şirkətin ayaqqabıları Avropanın hər yerinə satılmağa başlayır. 1914-cü ildə müəssisə daha da böyüyərək işə 2880 əməkdaş cəlb edir, illik istehsal isə 2 milyon ayaqqabıya çatdırılır. Ortaqlar 1917-ci ildə Bavariyada böyük ərazi alırlar və orada ayaqqabı altlıqlarının hazırlanması məqsədilə zavod inşa edirlər.

Qeyri-rəsmi tarixçə

[redaktə | mənbəni redaktə et]

Alternativ mənbələrə görə, Levi və Siqle bizneslərinin gəlir gətirməsinə 13 il gərgin əmək sərf edirlər. Nəhayət, 1904-cü ildə onlar çəkmə istehsal etməyi qərara alırlar. Rəqiblərlə müqayisədə məhsullarını bazara 40% ucuz çıxarırlar. Həll etməli olduqları bir şey qalır: o da ayaqqabılara diqqətçəkən ad tapmaq. Beləcə, Siqle və Levin "Salamander" brendini qeydiyyatdan keçirirlər. Getdikcə onlar Avropanın ayaqqabı kralı hesab edilir, Almaniyanın ən önəmli sənayeçilərindən sayılırlar.

Lakin Almaniyada istər Siqleni, istərsə də Levini sevmirdilər. "Salamander"in fabrikində hər hansı ixtisar, maaşdan kəsilmə halı daha sərt qarşılanır, onlara etiraz edilirdi. Bunun da əsas səbəbi sahibkarlarının yəhudi əsilli olmaları idi.

Müharibənin faydası

[redaktə | mənbəni redaktə et]

Dünya iqtisadiyyatını sarsıdan Birinci dünya müharibəsi ortaqlara uğur gətirir. Müharibədən sonra alman hökuməti hərbi çəkmələr hazırlamaq üçün "Salamander"ə 6 fabrik verir. Bəzi mənbələrə görə isə, "Salamander" Rusiyaya da böyük partiya ilə ayaqqabı satır. Rusların brend çəkmələri ilə tanışlığı isə ölmüş alman əsgərlərindən başlayır. Bundan sonra çar hökuməti böyük partiya ilə ayaqqabı sifariş edir.

1925-ci ildə Maks Levi vəfat edir. Amma onun vəfatı şirkətin işinə təsir göstərmir. 1927-ci ildə "Salamander" 123 dövlətdə qeydiyyatdan keçir. 1930-cu ildə Siqle bütün müəssisələrini "Salamander AG" adı altında birləşdirir. 5 il sonra isə 75 yaşında ikən Yakob Siqle də vəfat edir.

Qadın ayaqqabısı

Birinci dünya müharibəsindən fərqli olaraq İkinci dünya müharibəsi brendə zərbə vurur. Şirkət istehsalının təxminən 26%-ni, ticarət missiyalarının 50%-ni itirir. Pis günlər cəmi bir il davam edir. 1946-cı ildə şirkət batan biznesini dirçəltməyi bacarır. Böyük depressiyanı, iki dünya müharibəsini yaşayan "Salamander" təkcə kişilər üçün deyil, qadınlar və uşaqlar üçün də ayaqqabı istehsal edir. Dünyada məşhur olan uşaq ayaqqabılarını - "Lurchi"ni buraxır.

"Salamander" ayaqqabı fabriki, 1954-cü il.[6]

1960-cı ildə şirkətin rəhbərliyi satış assortimentini artıraraq dünya bazarına çıxmağı qərara alır. Həmin ildə brendin dükanları Fransada, 1969-cu ildə Avstriyada fəaliyyətə başlayır.

Artıq 1967-ci ildə şirkətin 17 800 əməkdaşı vardı və 13,5 milyon cüt ayaqqabı istehsal edirdi.

1980-ci ildə Şərqi AvropaBirləşmiş Ərəb Əmirliklərində şirkətin törəmə müəssisələri açılır. Eləcə də Rusiya, Polşa, Çexiya, Slovakiya, İtaliyanın Venesiya şəhərində firma dükanları yaradılır. İstehsalın dövriyyəsi 8 milyon cüt ayaqqabıya yüksəlir, satış həcmi isə 700 milyon dollara, xalis gəlir 6 milyon dollara çatır. Lakin 1980-ci illərin sonlarında şirkətin işləri yaxşı getmir. Hətta rəhbərlik Sankt-Peterburqdakı ayaqqabı fabriklərindən birində baza yaradır. Amma bazanın fəaliyyəti uzun çəkmir.

Müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]
Maynsda "Salamander" dükanı

Hazırda "Salamander" 11 zavoda malikdir. Bunun da səkkizi Almaniyada yerləşir. Həmçinin konserinin törəmə müəssisəsi olan "Salamander Bonded Leather"də ayaqqabılar üçün xammal məhsulları hazırlanır.

2000-ci ildə şirkət "EnBW AG" tərəfindən satın alınır. "EnBW AG" isə öz növbəsində "Salamander"i "Garant Schuh + Mode AG"-ya satır. 2004-cü ilin sentyabrında "Garant Schuh + Mode AG" özünü müflis elan edir. Və nəticədə "Salamander"i bu dəfə də "EganaGoldpfeil Group" satın alır. Beləliklə, brendin ayaqqabılarının keyfiyyəti yüksəlir. Onlar daha bahalı dəridən hazırlanmağa başlayırlar. 2009-cu ildə "Salamander" aparıcı ayaqqabı istehsalçısı "Ara Shoes AG"yə (Almaniya) keçir.

Son rəqəmlərə əsasən, şirkətlər qrupu bütün dünyada 8 min əməkdaşa sahibdir. Satışın həcmi 500 milyon avrodur. "Salamander" 2011-ci ildə beynəlxalq pərakəndə ayaqqabı bazarına çıxıb.

  1. Retailerul german Salamander se extinde pe piata locala Arxivləşdirilib 2016-03-17 at the Wayback Machine, 17.12.2007, zf.ro, accesat la 8 aprilie 2010  (rum.)
  2. Salamander AG Arxivləşdirilib 2015-09-26 at the Wayback Machine auf wabw.uni-hohenheim.de
  3. Medi-Check Deutschland GmbH: Salamander-Aktie über 1000 Mark, Mai 1942 Arxivləşdirilib 2014-02-01 at the Wayback Machine
  4. Mittelständische Unternehmer im Nationalsozialismus Arxivləşdirilib 2016-04-13 at the Wayback Machine Oldenbourg Wissenschaftsverlag
  5. "Salamander-Historie: Gründung". 2011-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-29.
  6. B 145 Bild-P008144[ölü keçid]  (alm.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]