Setor

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Setor (tac. сетор) — Tacikistanın şərq bölgələrində, Pamir mədəniyyəti daxilində çalınan simli musiqi aləti. Bu, İran setarından xeyli böyükdür, daha çox Özbəkistan tənburu və ya Hindistan sitarına bənzəyir. Setorun metal simləri var və barmaq mizrabı ilə çalınır.

Setorun gövdəsi dütar kimi hazırlanır, qabırğaları ayrıdır. Səs lövhəsi yumşaq ağacdan hazırlanmışdır, içərisinə səs dəlikləri qazılmışdır. Ümumiyyətlə 10 metal simi var. Lövhələr neylon və ya bağırsaqa sarılmışdır.[1]

  1. "Music and Poetry from the Pamir Mountains Musical instruments". The Institute of Ismaili Studies. 1 September 2010. 14 December 2013 tarixində arxivləşdirilib.