Sevinc Vaqifqızı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sevinc Vaqifqızı
Sevinc Vaqifqızı 2023-cü ildə müsahibə verən zaman
Sevinc Vaqifqızı 2023-cü ildə müsahibə verən zaman
Doğum tarixi 5 iyul 1989(1989-07-05) (35 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist, reportyor
Fəaliyyət illəri 2009-cu ildən
Tanınır Korrupsiya araşdırmaları
Mükafatları "Nərgiz" mükafatı — 2023
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sevinc Vaqifqızı və ya Sevinc Vaqif qızı Abbasova (5 iyul 1989, Füzuli rayonu, Azərbaycan SSR) — azərbaycanlı reportyor, jurnalist və siyasi məhbus[1]; 15 ildən çox müstəqil və tənqidçi medialarda çalışıb.[1] 2022-ci ildən "AbzasMedia" müstəqil media platformasının baş redaktorudur.[1]

Jurnalist fəaliyyəti ərzində dəfələrlə təqiblər və təyziqlərlə, saxlanmalarla üzləşən, 5 il Azərbaycandan çıxışına qadağa qoyulan Sevinc Vaqifqızı 2023-cü il noyabrın 20-dən 21-nə ötən gecə İstanbuldan Azərbaycana qayıdan zaman aeroportda polislər tərəfindən saxlanılmış, barəsində "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılaraq həbs edilmişdir. Onun həbsi bir çox həbsi yerli və beynəlxalq hüquq müdafiəçiləri və qurumları tərəfindən sərt tənqid edilmişdir.

Hal-hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır.

Sevinc Vaqif qızı Abbasova 1989-cu il iyulun 5-də Füzuli rayonunda anadan olub.[1] 1993-cü ilin avqustunda Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun işğal edilməsindən sonra ailəsi ilə birgə qaçqın həyatı yaşamağa başlayıb.[1] 1995–2006-cı illərdə Binəqədi rayonunda E. Əliyev adına 297 nömrəli tam orta məktəbdə, 2006–2010-cu illərdə isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.[1]

Sevinc Vaqifqızı hələ tələbə olan illərdə müxtəlif qəzetlərlə çalışmağa başlayıb.[1] 2009–2013-cü illərdə "Bizim Yol" qəzetində, 2012–2013-cü illərdə isə "Azadlıq" qəzetində çalışan Sevinc Vaqifqızı 2013-cü ildən Meydan TV-də video reportyor olaraq işləməyə başlayıb.[1]

2015-ci il sentyabrın 20-də gecə saatlarında Kiyev şəhərində təlimdən qayıdan zaman Sevinc Vaqifqızı jurnalistlər Aytən Fərhadova və İzolda Ağayeva ilə birgə aeroportda polislər tərəfindən saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.[2] Meydan TV-yə qarşı açılan cinayət içi çərçivəsində Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dəfələrlə dindirilib.[3][4][5][6][7][8] Azərbaycan iqtidarı tərəfindən jurnalistlərə qarşı aparılan təqiblər həmin dövrdə Human Rights Watch tərəfindən tənqid edilib.[9] Cinayət işində şahid qismində dindirilməyinə baxmayaraq 2015–2019-cu illərdə Azərbaycandan çıxışına qadağa qoyulub.

Sevinc Vaqifqızı 2019-cu ilin yanvarında peşə fəaliyyətini yerinə yetirən zaman polislər tərəfindən saxlanılmış, 10 saatdan çox Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində saxlandıqdan sonra sərbəst buraxılmışdır.[1][10][11]

2020-ci il fevralın 11-də parlament seçimlərinin nəticələrinə etiraz edən bir qrup deputatlığa namizəd və ictimai fəalların MSK-nın inzibati binası qarşısında oturaq etirazının polis tərəfindən güc tətbiq edilməsi nəticəsində dağıdılması zamanı peşə fəaliyyətini yerinə yetirən Sevinc Vaqifqızı polislər tərəfindən saxlanılmış, əl və üz nahiyəsindən ciddi xəsarət almışdır. Amerikanın Səsinə müsahibəsi zamanı Sevinc Vaqifqızı baş verən hadisə barədə bunları bildirdi: "Polis məni arxadan tutaraq qaldırdı və atdı ÇPA-nın avtobusunun içinə. Avtobusda da çox ağır söyüşlər söyürdülər, hər birimizi təhqir edirdilər, valideynlərimizi belə təhqir edirdilər. Daha sonra məndən telefonumu tələb elədilər. Onlara dedim əşyalarım maşında qalıb, gəlin ciblərimə baxın. Başladı üstümə qışqırmağa "telefonu ver". Sonra qolumu tutub burdu və havada qolumu fırlada-fırlada gedir. Burub və harada beş dəqiqə saxladı qolumu. Daha sonra digər polis gəldi və gözümün altına yumruq vurdu. 20 dəqiqə avtobusda saxladıqdan sonra Bayıl ərazisində bizi buraxdılar". Sevinc Vaqifqızı həm də hadisədən sonra tibbi müayinə üçün xəstəxanaya gələndə polislərin həkimlərə mane olduğunu, rentgen nəticələrinin ona verilməsi icazə verilmədiyini bildirdi.[12] Sevinc Vaqifqızı həmin hadisədə təqsiri olan şəxslərin müəyyən edilib, cəzalanması üçün Baş Prokurorluğa müraciət elədi.[13] Sərhədsiz Reportyorlar baş verən hadisəni sərt qınamış və Azərbaycan iqtidarının plüralizmi məhv elədiyini bildirmişdir.[14]

14 may 2020-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Sevinc Vaqifqızının Azərbaycandan çıxışına qadağa qoyulmasının qanunsuz olması ilə bağlı qərar çıxardı. Bu ərizə kommunikasiya edilən zaman, Azərbaycan tərəfi iddia olunan pozuntuları (2 saylı protokolun 4-cü maddəsi (hərəkət azadlığı) və Konvensiyanın 13-cü maddəsi) etiraf edib. Nəticədə ərizəçiyə 5 min avro təzminat ödəməyə hazır olduğunu ifadə edən Azərbaycan tərəfi AİHM-dən işin siyahıdan çıxarılmasını xahiş edib. AİHM Azərbaycan tərəfinin müraciətini əsaslı sayıb və ərizənin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib. Azərbaycan tərəfi bu işdə jurnalistə 5 min avro təzminat ödədi.[15]

Sevinc Vaqifqızı 2022-ci ilin sentyabrından "AbzasMedia"nın baş redaktorudur. "AbzasMedia" Azərbaycanda dövlət rəsmiləri və məmurlarının bizneslərini, o cümlədən 2020-ci ildən Qarabağda aparılan yenidənqurma işlərində iddia edilən korrupsiya halları ilə bağlı araşdırmalarla tanınan müstəqil media plaftormasıdır.

AbzasMedia tərəfindən 2022–2023-cü illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri[16], xarici işlər naziri Ceyhun Bayramov[17], Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi müavini Bəylər Eyyubov[18], DTX rəisi Əli Nağıyevlə[19] bağlı araşdırmalar, o cümlədən Heydər Əliyev FonduPAŞA Holdinga aid tenderlər barədə materiallar dərc olunmuşdur.[20][21][22] Həmçinin "Araşdırılmayan cinayətlər" seriyasında metropoliteninin sabiq rəisi Tağı Əhmədov[23], Slavyan Universitetinin sabiq rəhbəri Nurlana Əliyeva[24], sabiq Ordu Korpusunun Komandiri Hikmət Həsənov[25], sabiq mer Hacıbala Abutalıbov[26], sabiq deputat Elmira Axundova[27], sabiq nazir Hüseynqulu Bağırov[28] və hazırda maliyyə naziri olan Samir Şərifovun[29] adının hallandığı araşdırılmayan cinayətlər barədə də araşdırma materialları verilmişdir.

Sevinc Vaqifqızı 2023-cü ilin fevralında Media haqqında Qanunun, xüsusilə onun vahid reyestrin yaradılması ilə bağlı müddəalarının media, ifadə azadlığını məhdudlaşdırmağa geniş şərait yaratdığını bildirmiş və Azərbaycanın müstəqil jurnalistləri və media mütəxəssisləri tərəfindən hazırlanan mövqe sənədinə imza atan 40 jurnalistdən biri oldu.[30]

Həbs edilməsi

[redaktə | mənbəni redaktə et]

2023-cü il noyabrın 20-də "AbzasMedia"nın baş direktoru Ülvi Həsənli xarici dövlətə səfər məqsədilə evdən aeroporta gedən zaman evinin yaxınlığında saxlanıldı.[31] Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılan Həsənlinin həm evində, həm də "AbzasMedia"nın ofisində axtarışlar aparıldı. Həsənlinin hüquqlarını müdafiə edən Zibeydə Sadıqovanın sözlərinə görə ofisdə 5 saat davam edən axtarış zamanı polislər tərəfindən guya 40 min avro məbləğində pul tapıldı. "AbzasMedia" isə bu ittihamları rədd elədi və bunu "Ülvi Həsənliyə qarşı ittihamın irəli sürülməsi üçün qurulan ssenari" olduğunu bildirdi.[32] Ülvi Həsənli polis idarəsində ona verilən sualların Abzas Media-nın apardığı araşdırmalarla əlaqəli olduğunu bildirdi.[33] Nəticədə Ülvi Həsənli barəsində "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılaraq həbs edildi.

Noyabrın 20-dən 21-nə ötən gecə "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı həbs olunacağını bildiyi halda İstanbuldan Azərbaycana qayıtdı. Sevinc Vaqifqızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında polislər tərəfindən saxlanıldı. Elə həmin gün onun mənzilində axtarış apardıldı. Sevinc Vaqifqızının hüquqlarını müdafiə edən Elçin Sadıqov axtarış zamanı heç bir qanunsuz əşyanın tapılmadığını bildirdi. Bununla belə onun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açıldı. Noyabrın 21-də Xətai Rayon Məhkəməsində Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçildi.

Sevinc Vaqifqızının həbsi beynəlxalq insan haqları və azad media qurumları — Amnesty International[34][35], Human Rights Watch[36][37][38], Sərhədsiz Reportyorlar (RSF)[39][40], Jurnalistləri Müdafiə Komitəsi (CPJ)[41][42], Avropa Jurnalistlər Federasiyası (EFJ)[43][44], Norveç Helsinki Komitəsi[45][46][47][48], Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi[49][50] Freedom Now[51][52] tərəfindən sərt qınanmış və onun dərhal azadlığa buraxılması üçün Azərbaycan iqtidarına çağırışlar olmuşdur.

  1. 1 2 3 4 5 6 7 8 9 "Sevinc Vaqifqızı: təzyiq, zorakılıq, saxlanmalarla "zəngin" jurnalist". arqument.az. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2023.
  2. "Meydan TV saytı ilə əməkdaşlıq edən 3 jurnalist saxlanıb və azad buraxılıb [Video] (Yenilənib)". Amerikanın Səsi (az.). 20 sentyabr 2015. 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  3. "Meydan TV-nin müxbiri Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb" (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  4. "3 jurnalist Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib" (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  5. "Jurnalistlər yenidən istintaqa çağrılıblar [Video]" (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  6. "Meydan TV-nin müxbiri dindirilib" (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  7. "Jurnalistlər Şahvələd Çobanoğlu və Sevinc Vaqifqızı istintaqa çağırılıb" (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  8. "Sevinc Vaqifqızı 2 saat ifadə verib" (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  9. "Human Rights Watch: Azərbaycan iqtidarının məqsədi müstəqil KİV-i susmağa çalışmaqdır" (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  10. ""Mehman Hüseynova azadlıq!" şüarı ilə yürüş baş tutub" (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  11. ""Mehman Hüseynova azadlıq!" şüarı ilə baş tutan yürüşdə saxlanılanlar sərbəst buraxılıb" (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  12. Pərvanə Bayramova / Voice of America (VOA). "Sevinc Vaqifqızı: Çox ağır söyüşlər söyürdülər. Hər birimizi təhqir edirdilər. Valideynlərimizi belə təhqir edirdilər" (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  13. Tapdıq Fərhadoğlu. "Jurnalistlər Baş Prokurorluğa müraciət edib". Amerikanın Səsi (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  14. Tapdıq Fərhadoğlu. "Sərhədsiz Reportyorlar: Azərbaycan iqtidarı plüralizmi məhv edir". Amerikanın Səsi (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  15. European Court of Human Rights. "FIFTH SECTION / DECISION / Applications nos. 62383/17 and 6508/18 / Georgi NIKOLOV against Azerbaijan and Sevinj ABBASOVA against Azerbaijan". www.hudoc.echr.coe.int (ing.)). 22 noyabr 2023. İstifadə tarixi: 22 noyabr 2023.
  16. "İlham Əliyevin kürəkəninə görə köçürülən kənd [Araşdırma]". AbzasMedia (az.). 22 noyabr 2023. 2023-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  17. "Xarici işlər nazirinin ailə sərvəti". AbzasMedia (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  18. "Bəylər Eyyubovun ailə üzvünün şübhəli sərvəti". AbzasMedia (az.). 22 noyabr 2023. 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  19. "Naxçıvanın yeni sahibi – Əli Nağıyev". AbzasMedia (az.). 22 noyabr 2023. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  20. "Prezidentin ailə üzvlərinə məxsus PASHA Holding Ağdamda ev inşa edir". AbzasMedia (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  21. "Yeni araşdırma: Heydər Əliyev Fondunun Şuşanın "satınalma"sında rolu". AbzasMedia (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  22. "ARAŞDIRMA: Prezidentin ailə üzvlərinə məxsus PASHA Holding Qarabağda biçinlə məşğul olur". AbzasMedia (az.). 22 noyabr 2023. 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  23. ""Araşdırılmayan cinayətlər" seriyası: Metropoliteninin sabiq rəisi Tağı Əhmədov". AbzasMedia (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  24. "200 min manatlıq yeyintidə adı hallanan sabiq rektor..." AbzasMedia (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  25. "İşgəncədə ittiham olunan vaxt təltif edilən general Həsənov". AbzasMedia (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  26. "Hacıbala Abutalıbov Ramiz Mehdiyevdən niyə üzr istəyib?". AbzasMedia (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  27. "Əfv Komissiyasının üzvü olan deputatın adı cinayət işində hallanır". AbzasMedia (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  28. "Keçmiş nazir "ölü canlar"a maaş yazmaqda ittiham olunub". AbzasMedia (az.). 22 noyabr 2023. 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  29. ""Samir Şərifov da məhkəmədə mənim yanımda oturmalıdır"". AbzasMedia (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  30. Jurnalist Araşdırmaları Mərjəzi (JAMAZ). "Media nümayəndələri Media Reyestri ilə bağlı qanunun dəyişdirilməsi tələb edirlər". www.jamaz.info (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  31. Qafqazinfo.az xəbər saytı. "Ülvi Həsənli saxlanıldı". www.qafqazinfo.az (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  32. Gözətçi – Siyasi Hüquqlara dair Məlumat Portalı. "Ülvi Həsənlinin evində axtarış aparılır, ofisdən 40 min avro "tapılıb"". www.gozetci.az (az.). 22 noyabr 2023. 2024-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  33. Turan İnformasiya Agentliyi. "Abzas Media Ülvi Həsənlinin həbsinin araşdırmaları ilə bağlı olduğunu bildirir". www.turan.az (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  34. Abzas Media müstəqil media plaftorması. "Amnesty International "Abzas Media" rəhbərliyinin dərhal azad edilməsinə çağırıb". www.abzas.org (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  35. Amnesty International. "Арест журналистов «Абзас Медиа» следует устоявшейся схеме использования ложных обвинений против критиков правительства в Азербайджане – Amnesty International". www.eurasia.amnesty.org (rus.)). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  36. Abzas Media müstəqil media plaftorması. "Human Rights Watch Azərbaycanda müstəqil mediaya qarşı repressiyalarla bağlı bəyanat yayıb". www.abzas.org (az.). 22 noyabr 2023. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  37. Azadlıq Radiosunun Azərbaycan Xidməti. ""Human Rights Watch" jurnalistləri azad etməyə çağırır". www.azadliq.org (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  38. Human Rights Watch (HRW). "Azerbaijan: Crackdown on Independent Media". www.hrw.org (ing.)). 22 noyabr 2023. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  39. Abzas Media müstəqil media plaftorması. ""Azərbaycanda Korrupsioner elita əvəzinə jurnalistlər həbsxanaya düşür"". www.abzas.org (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  40. Sərhədsiz Reportyorlar (RSF). "Journalists jailed instead of corrupt elites in Azerbaijan". www.rsf.org (ing.)). 22 noyabr 2023. 2023-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  41. Abzas Media müstəqil media plaftorması. "Jurnalistləri Müdafiə Komitəsi "Abzas Media" rəhbərliyinin azad edilməsinə çağırır". www.abzas.org (az.). 22 noyabr 2023. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  42. Committee to Protect Journalists. "Azerbaijani anti-corruption journalists Ulvi Hasanli and Sevinj Vagifgizi detained for 4 months". www.cpj.org (ing.)). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  43. Abzas Media müstəqil media plaftorması. "EFJ "Abzas Media" rəhbərliyini azad etməyə çağıran IFJ-ə qoşulub". www.abzas.org (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  44. Avropa Jurnalistlər Federasiyası (EFJ). "Azerbaijan: journalists Ulvi Hasanli and Sevinj Vagifgizi detained for 4 months". www.europeanjournalists.org (ing.)). 22 noyabr 2023. İstifadə tarixi: 22 noyabr 2023.
  45. Abzas Media müstəqil media plaftorması. "Norveç Helsinki Komitəsi "Abzas Media"nın jurnalistlərini dərhal azad etməyə çağırıb". www.abzas.org (az.). 22 noyabr 2023. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  46. Turan İnformasiya Agentliyi. "Norveç Helsinki Komitəsi Abzas Media jurnalistlərini dərhal azad etməyə çağırıb". www.turan.az (ing.)). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  47. Turan İnformasiya Agentliyi. "The Norwegian Helsinki Committee called for the immediate release of "Abzas Media" journalists". www.turan.az (ing.)). 22 noyabr 2023. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  48. Norwegian Helsinki Committee. "The Norwegian Helsinki Committee calls on #Azerbaijan to end the ongoing crackdown on independent media and immediately release @AbzasMedia journalists detained over the last days.". www.twitter.com (ing.)). 22 noyabr 2023. İstifadə tarixi: 22 noyabr 2023.
  49. Abzas Media müstəqil media plaftorması. "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi Azərbaycanda mediaya və vətəndaş cəmiyyətinə qarşı repressiyaları pisləyib". www.abzas.org (az.). 22 noyabr 2023. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  50. Ülviyyə Quliyeva / Voice of America (VOA). "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi Azərbaycanda media və vətəndaş cəmiyyətinə qarşı repressiyaları pisləyib" (az.). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  51. Abzas Media müstəqil media plaftorması. ""Freedom Now" "Abzas Media" rəhbərliyinin həbsi ilə bağlı bəyanat yayıb". www.abzas.org (az.). 22 noyabr 2023. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
  52. Freedom Now. "Spate of Arrests In Azerbaijan Hint at Mounting Crackdown on Independent Activists and Groups". www.freedom-now.org (ing.)). 22 noyabr 2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.