Simon Leviev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Simon Leviev
ivr.סיימון לבייב‏‎
Doğum tarixi 27 sentyabr 1990(1990-09-27)[1] (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Tanınır Tinder fırıldaqçısı sənədli filmi
Cinayət cəzası

3 il Finlandiya həbsxanasında;

15 ay İsrail həbsxanasında, 150.000 şekel təzminat, 20.000 şekel pul cəzası
Cinayət statusu azad olundu, amma hələ də bir neçə ölkə tərəfindən axtarılır
Tutulma tarixi Finlandiya (2015), İsrail (2019)
simonleviev.online

Simon Leviev (ivr.סיימון לבייב‏‎; doğum adı: Şimon Hayut, 27 sentyabr 1990[1], Ramat-Elçanan[d], Təl-Əviv dairəsi[2]) — oğurluq, saxta sənəd istifadəsi və fırıldaqçılıqda ittiham olunan israilli fırıldaqçıdır.[4][5] The Times of Israel-ə görə Leviev 2017–2019-cu illər aralığında ponzi sistemi ilə Avropanın müxtəlif yerlərindən olan qurbanlarından təxminən 800 milyon ABŞ dolları alaraq aldatmışdır.[6][7]

Hayut 2011-ci ildə çek oğurluğuna görə saxtakarlıq və oğurluq səbəbi ilə ittiham olundu. Çekləri dayəlik etdiyi ailədən və usta olaraq getdiyi şəxsin evindən oğurlamışdır. Hayut heç bir məhkəməyə getmədən, Mordeçai Nizim Tapiro adlı saxta şəxsiyyət vəsiqəsi ilə İsraildən İordaniyaya qaçdı. Daha sonra isə Avropaya getdi. 2015-ci ildə bir qadına qarşı etdiyi fırıldaqçılığa görə Finlandiyada 3 il məhbus həyatı yaşadı. Həbs olunduqda 1978-ci ildə anadan olan İsrail vətəndaşı olduğunu dedi. Üstündə iki saxta İsrail pasportu, üç saxta İsrail sürücülük vəsiqəsi, iki saxta İsrail uçuş icazə sənədi və beş ədəd saxta American Express kartı var idi.[8]

Avropada məhkumluğu bitdikdən sonra yenidən mühakimə edilmək üçün İsrailə geri qayıtdı. 2017-ci ildə etdiyi cinayətlərə görə həbs cəzası aldı. The Times of Israel-in xəbərinə görə, Hayut şəxsiyyət vəsiqəsindəki adını Simon Leviev olaraq dəyişdirdi. Avropanın bir neçə ölkəsində fərqli adlarla yaşamışdır. Almaniyada bir neçə qadını Mişel Bilton adı ilə aldatdı.

Həmçinin Tinder adlı tanışlıq proqramında özünü almaz kralı olaraq tanınan Rusiya yəhudisi Lev Levievin oğlu olaraq təqdim etdi.[9] Tinder-də tanış olduğu qadınları şam yeməyinə aparıb onlara müxtəlif hədiyyələr alaraq özünü həqiqətən almaz kralının oğlu olduğuna inandırdı. Hətta qadınları şəxsi təyyarələrlə tətilə apardı. Möhtəşəm həyata sahib imiş kimi davranan Hayut tanış olduğu bütün qadınlara onu öldürmək istəyən düşmənləri olduğundan bəhs etdi. Qadınlara söhbət tətbiqləri vasitəsi ilə mühafizəçisinin düşmənləri tərəfindən yaralandığına dair saxta şəkillər göndərdi. Təhlükəsizlik məqsədi ilə öz kartından pul xərcləyə bilmədiyini və bu səbəblə geri qaytarmaq şərti ilə qadınlardan kart və nağd pul aldı. Bu üsulu bütün qurbanlarında istifadə etdi. Bir qadından aldığı pulu digər qadına xərcləyərək ponzi sistemi qurdu.[10] Qurbanlarından təxminən 10 milyon dollar pul aldığı təxmin edilir.

2019-cu ildə İnterpol tərəfindən Yunanıstanda saxta pasport istifadə etdiyi üçün tutuldu. Minlərlə qadını aldadan Yahut İsraildə sadəcə 15 aylıq həbs cəzası aldı, amma COVID-19 pandemiyası səbəbi ilə cəzasının sadəcə 5 ayını çəkdi.[11]

Bütün bunlardan sonra Yahut İsraildə "biznes məsləhətçisi" oldu. 2020-ci ildə isə COVID-19 peyvəndini tez etmək üçün özünü səhiyyə işçisi olaraq göstərdi.[12]

Yahut 2022-ci ildə özü haqqında çəkilən Tinder fırıldaqçısı adlı Netflix sənədli filminə görə Netflix-i sosial media hesabı vasitəsi ilə tənqid etdi. Həmçinin həmin filmdə yer alması üçün ona edilən müraciətə, "Bunların hamısı yalandır və buna görə sizə qarşı etirazımı məhkəməyə bildirəcəm." deyə qarşılıq verdi.

Yahut hal-hazırda İsraildə yaşayır. Maddi vəziyyətinin isə sosial media hesabında paylaşdıqlarına görə pis olmadığı görünür. İsrailli maneken sevgilisi var.

  1. 1 2 https://www.themarker.com/law/1.7422157.
  2. 1 2 https://www.mako.co.il/men-weekend/Article-70d11f419bb0961006.htm.
  3. 1 2 https://www.vg.no/spesial/2019/tindersvindleren/english/.
  4. https://web.archive.org/web/20220208194403/https://www.independent.co.uk/arts-entertainment/tv/reviews/tinder-swindler-simon-leviev-netflix-lld-diamonds-b2008325.html
  5. https://web.archive.org/web/20220208194815/https://variety.com/2022/tv/news/tinder-swindler-simon-leviev-banned-netflix-1235172495/
  6. https://web.archive.org/web/20220208195316/https://www.esquire.com/entertainment/tv/a38955743/tinder-swindler-simon-leviev-true-story-where-is-he-now/
  7. https://web.archive.org/web/20220207174127/https://www.timesofisrael.com/tinder-swindler-extradited-back-to-israel-to-face-charges/
  8. "Arxivlənmiş surət". 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-21.
  9. "Arxivlənmiş surət". 2022-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-21.
  10. "Arxivlənmiş surət". 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-21.
  11. "Arxivlənmiş surət". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-21.
  12. "Arxivlənmiş surət". 2020-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-21.