Skudetto
Skudetto (it. scudetto) — İtalyancadan tərcümədə "kiçik qalxan" mənasını verən "skudetto", İtaliyada əvvəlki mövsümdə öz idman növü üzrə çempion olmuş idman klublarının formalarında daşıdığı kiçik emblemdir.
"Skudetto" 1920-ci illərdə İtaliya Milli Futbol Assosiasiya tərəfndən, futbol liqasının qalibinin şərəfinə yaradılıb. Onu formasına əlavə edən ilk komanda, 1924-cü ildə Cenoa klubu olub. Daha sonra İtaliyada digər idman növləri üzrə komandalar tərəfindəndə qəbul edilir. Skudetto sözü A Seriyasının kubokunu göstərmək üçün də istifadə olunur. "Skudetto qazanmaq" "A Seriyasında qalib gəlmək" sözünün sinonimidir.
Mənşəyi
[redaktə | mənbəni redaktə et]Mənbələrin ortaq qənaətinə görə, "skudetto"nun ixtiraçısı italyan şairi və dramaturqu Qabriele D'Annunziodur. Gəncliyində D'Annunzio futbol həvəskarı idi və doğma Peskara çimərliyində dostları ilə futbol oynayamaqdan ötru 1887-ci ildə Londonda Futbol Liqasını topla təmin edən eyni istehsalçıdan bir dəri top alır.[1] 1920-ci ildə keçmiş Avstriya-Macarıstanın Fiume şəhəri (indiki Xorvatiyanın Riyeka şəhəri) İtaliyaya birləşdirilir və D'Annunzio yerli futbol komandasını yaşıl, ağ və qırmızı rəngli üçrəngli qalxan taxaraq, şəhər üzərində İtaliyanın suverenliyinə dəstək olmağa dəvət edir.[2]
1924-cü ildə İtaliya Futbol Federasiyası, çempion olmuş komandalara öz formalarında "Skudetto" ilə bəzəməyə icazə verməklə onlara xüsusi şərəf verilməsi qərarını təsdiqləyir. O vaxtdan başkayaraq zamanla "Skudetto" İtaliyanın bütün idman liqalarının mövcud çempionlarının simvoluna çevrilir.
1928-ci ildə başlayan İtaliya Reqbi Çempionatı da titulun sahibi olan komandanı göstərən "Skudetto"dan istifadə etməyə başlayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Paolo Pierangelodate=8 April 2013. "150 anni di D'Annunzio, l'ideatore dello scudetto sulle maglie da gioco" [D'Annunzio's 150th Birthday: He Was the Inventor of the scudetto on Sports Jerseys] (italyan). Milan. 24 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2016.
- ↑ Roberto Graziosi. "Chi ha inventato lo Scudetto?" [Who Invented the scudetto?]. Focus. 25 Aprel 2016. 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 Dekabr 2016.