Subtitr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Subtitrə nümunə

Subtitr (fr. sous-titres - imza) — videonu onun orijinal dilində və ya tərcümə olunmuş başqa dildə müşayiət edən alt yazı. Adətən eşitmə problemləri olan, yaxud başqa dildə çətin anlayan və ya heç anlamayan şəxslər üçün nəzərdə tutulur. Subtitrdə adətən kadrdakı personajların danışıqları və ya kadrarxası mətn, bəzən isə əlavə şərhlər göstərilir. Subtitr ekranın alt hissəsində orta ölçülü şriftlə yazılır.

Subtitr ilk olaraq səsli kinematoqrafda beynəlxalq film mübadiləsi üçün yaranıb. Subtitrin mətnində adətən xarici dildə ifa olunan mahnıların sözləri yer alırdı[1]. Bəzi hallarda subtitrlər filmin bütün səsləndirməsinin tərcüməsini göstərmək üçün istifadə edilirdi. Səssiz filmlərdəki ayrı-ayrı montaj olunmuş kadrlardan ibarət intertitrlərdən fərqli olaraq, subtitrlər ekranda təsvirlə eyni vaxtda görünməlidir. XX əsrin sonlarına qədər istifadə edilən klassik "optik" kino texnologiyasında subtitrlər hazır filmin yaradılması prosesini mürəkkəbləşdirirdi.[2][1][2]

Rəqəmsal formadakı subtitrlər

[redaktə | mənbəni redaktə et]
Elephants Dream cizgi filmində alman dilindəki subtitrlər

Kənar subtitrlərin populyar formatları

[redaktə | mənbəni redaktə et]

Perspektiv formatlar

[redaktə | mənbəni redaktə et]
  • Timed Text (TT) — W3C konsorsiumu tərəfindən yaradılan, XML əsaslı format.

Subtitr dəstəkli konteynerlər

[redaktə | mənbəni redaktə et]
  • ogm — Ogg Media, Ogg konteynerinin video və subtitr dəstəkli modifikasiyası. Adətən, srt kimi, söndürülə bilən öncədən qurulmuş proqram subtitrlərini ehtiva edir.
  • mkv — Matryoşka, srt, ass vobsub kimi video, audio və söndürülə bilən öncədən qurulmuş proqram subtitrlərini ehtiva edə bilən açıq konteyner.

Audiosubtitrlər

[redaktə | mənbəni redaktə et]
  • (#empty_citation)
  • (#empty_citation)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]