Sulfamidlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Sulfamidlər — Poliaminlərin kənar amin qrupunda əvəzedilmiş funksional fraqment varsa, onda monosulfamid alınır. Doğrudan da kənar amin qrupunda alkil piridin fraqmenti olduqda monosulfamid alınır .

N-əvəzolunmuş diaminlə arilsulfoxloridlər arasındakı reaksiya vasitəsilə alınmışdır. Bu monosulfamidlər güclü antivirus xassəyə malikdirlər. Tədqiqatlar göstərmişdir ki, arilsulfoxloridlərlə dietilentriamin arasındakı reaksiya nəticəsində mono-və disulfamidlər alınır. Dietilentriamininin artıq miqdarı və sulfoxloridə görə molyar nisbəti 1:1,5-2 olduqda monosulfamidin çıxımı artır. Mis katalizatoru iştirakı ilə benzil C-H əlaqəni birli və ikili sulfonamidlərlə aminləşdirmək mümkün olduğu müəyyən edilmişdir. R1C6H4Me + R2NHSO2R3 +10 mol % [Me(CN)4 Cu(J)F6] 1,5 mol % 1,3-indandion. Bu qarışığa 2 ekv 3 CF3C6H4CO3Bu-1230C -də əlavə etdikdə sulfamidin N-alkil törəmələri alınır:

  • R1C6H4CH2NR2SO2R3

Aşağıdakı formulaya malik sulfamidi: ArCH=NSO2Py-2 1 – alkenil-1,1-borsink reagenti ilə allilamin törəməsi ArCH(NHSO2Py-2 Bpin)=CHR1 əmələ gətirir . Bu maddə oksidləşdirildikdə £-aminoketonlar əmələ gətirirlər:

  • ArCH(NHSO2Py-2) C (O) CH2R1

Bismut (III) katalizatoru [(BiCl3 və Bi(OTF)3] vasitəsi ilə karbon turşularının anhidridləri və xloranhidridləri vasitəsi ilə sulfamidləri N-asilləşdirmək çox asan olduğu müəyyən edilmişdir . Reaksiya heterogen mühitdə həlledicisiz aparılır. Sulfamidlərin N-alkilləşmə reaksiyası - Sulfamid birləşmələrin ən mühüm fərqli cəhəti onlarda sulfamid azotu yanındakı hidrogen azotunun çox mütəhərrik olmasıdır. Bunun əsas səbəbi sulfamid qrupunun induksiya effektidir; Belə ki, sulfamid qrupunda mənfi yük azot atomu ətrafına toplanmışdır və azot atomunun elektronları sp-2-yə uyğun hibridləşdiyi üçün S-N əlaqəsinin sərbəst enerjisinin artmasına səbəb olur. S-N-əlaqəsi ətrafında sərbəst aktivləşmə enerjisi ilə bir sıra N-əvəzolunmuş sulfamidlərdə sulfamid azotu yanındakı əvəzedici molekulun δでるた-sabiti asılılığının tədqiqi göstərmişdir ki, “visinal” sərbəst elektron cütü formal birli əlaqə olan S-N ətrafında yüksək fırlanma “çəpərin” əmələ gəlməsinə səbəb olur. Sulfamid azotu yanındakı hidrogen azotunun mütəhərrikliyi sulfamidlərin N-əvəzolunmuş törəmələrinin alınmasının yeni metodlarının işlənib hazırlanmasına kömək etmişdir. Hidrogen atomunun əvəz edilməsilə, başqa yolla alınması mümkün olmayan və tərkibində karbonil, nitril, amid, malonodinitril, efir və s. funksional qruplar olan yeni sulfamid törəmələrinin alınması mümkün olmuşdir. Bu cür polifunksional sulfamidlərin sintezinin aparılması sulfamid qrupu ilə digər yeni alınmış fraqmentlər arasındakı molekul daxili təsirinin öyrənilməsi yeni kimyəvi çevrilmələrin aparılmasına kömək etmiş və alınan nəticələr əsasında heterotsiklik sulfamidlər-piranlar, kumarinlər, pirimidinlər, pirazollar, piridintionlar, pirazolpiridinlər və başqa hetarilsulfamidlər almaq mümkün olmuşdur. reqioselektivlik edir və onların aldehidlərlə diasteroselektiv birləşməsinə kömək edərək yeganə virtual allil spirti əmələ gətirir. Fukuyama üsulu ilə aminlərin müxtəlif törəmələrinin alınması üçün əvvəlcə o-nitrobenzolsulfonamid N-alkilləşdirilir, sonra sulfonil qrupu parçalanaraq molekul tərkibindən çıxarılır. N-mühafizə olunmuş, kross-qovuşmuş sulfonimidamidlərin arilyodidlər və alkilbromidlərlə mis iştirakı ilə reaksiyasından N-əvəzolunmuş N-arilsulfonimidlər əmələ gəlir. Tərkibindəki alkildə funksional qrup olan alkilhalogenlərlə N-alkilləşmə xüsusi əhəmiyyət kəsb edir. Çünki funksional əvəzolunmuş sulfamidlər heterotsiklləşmə reaksiyasında sinton rolunu oynaya bilər. Asan alına bilən aminoturşular CS2CO3 iştirakı ilə dimetilformamid məhlulunda 2,4-dinitrobenzolsulfamidlə reaksiyaya girərək amidlər əmələ gətirirlər. Müəyyən edilmişdir ki, əgər sulfonamid aminoturşunun törəməsidirsə, onda bu metod peptid əlaqəsinin əmələ gəlməsinə kömək etmiş olur.

Çoxfunksiyalı sulfamid birləşmələr sahəsində çox geniş tədqiqat işlərinin aparılması, onların asan kimyəvi çevrilməsi və çox geniş tətbiq sahəsinə malik olması ilə əlaqədardır. Sulfamidlər dərman preparatları, herbisid, funqisid, antioksidant, sürtkü yağlarına aşqar, metalların korroziyasına inhibitor və s. kimi istifadə olunurlar. Tərkibindən asılı olaraq sulfamid birləşmələr müxtəlif xəstəliklərin müalicəsində də istifadə olunur. Sulfamid azotu yanında heterotsiklik fraqment olduqda süd vəzi şişinin müalicəsi üçün , başqa heterotsiklik fraqmenti olduqda isə neyrodegenerativlik qabiliyyətinə malik olub virus, diabet və qan-damar sistemi xəstəliklərinin müalicəsində də yüksək effektə malikdirlər . Sulfamidin tərkibindəki heterotsiklik fraqmentdə imidazol- [2,1-b]-1,3,4-tiodiazolsulfamid funksional qruplar olduqda mərkəzi və periferik sinir sistemlərinin neyrodegenerativ xəstəliklərinə qarşı daha effektli olurlar. Sulfamidlərin bəzi törəmələri ürək xəstəliklərinin müalicəsində də geniş istifadə olunur. Sulfanilaminokarbon turşusunun N-arilamidləri və onların fizioloji cəhətdən qəbul edilə biləcək duzları ürək-damar xəstəliklərinin profilaktikası və müalicəsi üçün, ateroskleroz, hipertenziya, endolik və diastolik disfunksiya, trombik stenokardiya, miokard infarkt şokunu, ağ ciyər hipertoniyası, bronxial astmanı, diabeti, qara ciyər sirrozunun müalicəsində istifadə oluna bilər. Piperidinsulfonil karbamid və tiokarbamid arasındakı reaksiyadan alınan piperidinsulfonil karbamid və -tiokarbamid kardioloji xəstəliklərdə, artritdə və ürək çatışmamazlığında istifadə üçün təklif olunur. Sulfamid qrupu olan aromatik həlqədə sinxonin turşusu olduqda və pirimidin fraqmentində isə təkcə iki metil qrupu olduqda belə yüksək effektli ağrıkəsici təsirə malik olub, soyuqdəyməyə qarşı tətbiq oluna bilər . Müəyyən edilmişdir ki, N-metil-etil –amino karbonil -4- [N-metilfenil-amino]-3-pirimidil-sulfamid dekstrin və ammonium kompleksi ilə düzəltdikdə alınan preparat nəinki diabeti, hətta ürək-damar xəstəliklərini, hipertiniya, işemiya və stenokardiyanın müalicəsində yüksək effektə malikdir . Sulfo- xloridlə N-əvəzolunmuş aminlərlə reaksiya nəticəsində alınmış sulfamid . Diabetin, piylənmənin, hipertoniyanın, aterosklerozun və s. müalicəsində istifadə olunur. (Burada R1=1, alkil, alkenil, heteroalkil və R3=CN, NO2, SR, COR, COOH) Onurğa sütunu və onurğa-beyin mayesinin zədələnmələri zamanı müalicə edilməsi üçün tərkibində N-(2-arilprorionil) sulfonamid olan inyeksiya üçün yeni kompozisiya patentləşdirilmişdir və gündəlik dozası 1-150 mq-dir. Preparatın terapevtik effektini artırmaq üçün ona (R)-urofenmetansulfonamid və R-2[(4-trifluormetansulfoniloksi)] –N-metansulfonilpropionamid əlavə edilir. Sübut edilmişdir ki, tərkibində qlükozid, amin, fenol, keton və heterotsiklik qrupları olan sulfamidlər çox güclü tuberkulyoz əleyhinə təsirə malikdirlər . Xinozolin fraqmenti isə sulfamidlərə prostat vəzinin müalicəsində yüksək effektlik verir . Burada aktiv inqredient kimi 4-amino-6,7-dimetoksi-2-[5-metansulfonamodozolin] və onun duzu istifadə olunur. Sulfamidlərin bəzi törəmələri herbisid, funqisid, insektoakarisid, pestisid və s. kimi xassələrə malikdirlər. Ekoloji cəhətdən qorxusuz herbisid almaq məqsədi ilə sidikcövhərinin iki yeni sulfamid törəmələri: N-(4-əvəzolunmuş pirimidin-2-il) –N- [2-metoksikarbonil-5-(əvəzolunmuş benzamido] fenilsulfonil karbamoil sintez olunmuşdur . “Flufenset” və “metasulan”-adlanan tərkibində sulfamid törəməsi olan trifluormetiltiadiazol törəmələri və N-fosfanolmetilqlitsin(qlifosfat) kompozisiyası hal-hazırda herbisid kimi geniş tətbiq olunur. Müəyyən edilmişdir ki, sulfamid birləşmələrin tərkibində karboamid qrupu olduqda onlar insektoakarisid aktivliyə malik olub, gəmiricilərə, bitlərə və birələrə qarşı güclü təsir edir . Piridil-pirimidin fraqmentləri olduqda isə qara-ciyər sorucusu Facciola Hepatika tamamilə məhv etmək effektliyi yaranır. Xərçəng zamanı , genetik faktorların təsiri ilə, yara olduqda, şok zamanı və s. iştah pozulduqda onu artırmaq üçün aktiv inqredient kimi dərman qarışığına sulfamidlərin törəmələri, məsələn, N-alkilbenzolsulfamid qatılır.

Tərkibində pirimidin fraqmenti olan sulfamidlə yüksək effektli dərman maddələri olduğu təsdiq edilmişdir. Onların dərman maddəsi kimi tətbiq sahəsi onların tərkibindəki funksional qrupların tərkibi və quruluşundan çox asılı olur. Müəyyən edilmişdir ki, sulfamidlərdə iki pirimidin qrupu bir-biri ilə etilenqlikolla birləşmiş olduqda qipertenziya, diabet, ürək-damar çatışmamazlığında , stenokardiyada istifadə oluna bilər.

  • Zhang Zhimei, Chen Pong, Xing Ronge, Chen Xinolin, Liu Song, Guo Zhanyang, Jixia, Vahg Lin, Li Pengeheng. Синтез и противогрибковые свойства сульфониламидных производных химозина// Carbohidr. Res. 2007, 342, № 16. с. 2390-2395. РЖХим 09.16-19Е.68
  • Леонидов Н.Б., Селезнев Н.Г. Состав капсулы. // Пат. России 2363452. Заявл. 24.12.1996, Опубл. 10.08.2009. РЖХим. 10.06-19О223П
  • Herziqova P., Klimesova V., Palat Karel, Kaustova J., Dahse H., Mollmann U. Получение и оценка invitro 4-бензилсульфонил
  • Пиридин -2-карбоксигидра-зиды в качестве потенциальных противотуберкулезных агентов// Arch. Pharm. 2009, 342, № 7,

с. 394-404. РЖХим 2010. 17-19О.63

  • В.М.,Мамедов С.А., Шахгельдиева Л.М., Ладохина Н.П. Арилсульфонилгуанидины в синтезе пиримидинсульфамида// Азерб. Хим. ж. 2001, № 1, с. 7-9
  • Фарзалиев В.М., Мамедов С.А., Шахгельдиева Л.М., Ладохина Н.П. Арилсульфонилгуанидины в синтезе арилсульфонилпиримидинов// Азерб. Хим. ж. 2001, № 2, с. 20-22
  • Новиков М.В., Михалев А.И., Коньшин М.И., Василюк М.М., Котегов В.П., Вахрин М.И. Изопропилоамид 2-[4-(4,6-диметил-2-пиримидилсульфамил) анилино] цинхониновой кислоты, проявляющий противо-воспалительную и анальгетическую активность// Пат. Россия 2364594. Заявл. 09.01.2008. Опубл. 20.08.2009; РЖХим-2010.21-19О.102П