Sultan Əhməd xan Qubalı
Sultan Əhməd xan Qubalı | |
---|---|
Sonrakı | Hacı Davud Müşkürlü |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ~1700 |
Doğum yeri | Quba, Quba xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Quba, Quba xanlığı |
Atası | Əhməd xan |
Uşağı | Hüseynəli xan |
Dini | Şiə, İslam |
Sultan Əhməd xan Qubalı — tam müstəqil olmayan Quba xanlığının xanı. 1726–1758-ci illərdə hakimiyyətdə olmuş Quba xanı Hüseynəli xanın atasıdır.
Haqqında
[redaktə | mənbəni redaktə et]XVIII əsrin birinci onilliyində ölmüş Əhməd xanı, hakimiyyətdə azyaşlı oğlu Sultan Əhməd xan əvəz etdi.
A.Bakıxanov yazır ki, üsyan qaldıraraq Şirvanda Qacar ağalığını ləğv edən Hacı Davud, Xudatı zəbt etmiş, bu zaman Hacı Qərib və qardaşı oğlu Nəzirin təhriki ilə Sultan Əhməd xan öz yaxın adamları ilə öldürülmüşdür. Digər məlumatlarda isə Sultan Əhmədin öz qayınatasının təhriki ilə öldürüldüyü təsdiq edilir. Bu hadisələrin, Sultan Əhmədin ölümü bir çox mənbədə 1718-ci ildə baş verdiyi qeyd olunur. Tarixçi A. Lopuxin Şamaxıdan quru yolu ilə şimala doğru hərəkət etmişdi. Lopuxin 1718-ci ilin mart ayında Quba şəhərinə gəlmişdi. O, bu şəhərə böyük maraq göstərərək icmalının “Quba haqqında məlumat” adlı hissəsində yazır: “İndiki Sultan Əhməd irsi olaraq hakimiyyətə yetişmişdir. Onun 14 yaşı vardır. Hakimiyyəti altında başqa şəhər yoxdur. Kəndlərinin də sayı azdır”.
1718-ci ildə Sultan Əhməd xan öldürülmüş, xanlığın ərazisi Hacı Davudun hakimiyyəti altına keçmişdi. 1722-ci ildə rus qoşunlarının Xəzərboyu əyalətlərə yürüşü zamanı Quba xanlığının ilk növbədə dənizə yaxın hissəsi,o cümlədən Xudat ruslar tərəfindən tutulmuşdu. Qubanın özü də daxil olmaqla dağlıq və dağətəyi rayonlar Hacı Davudun hakimiyyəti altında qalmışdı. Məhz buna görə tərəfdarları dağlarda gizlədilən azyaşlı Hüseynəlini rusların nəzarəti altında olan Xudata gətirmiş, Rusiyanın himayəsinə keçmək yolu ilə xanlığı bərba etmək istəmişdilər.
1726-cı ilin sonu 1727-ci ilin əvvəllərində Quba xanlığı Rusiyanın tərkibinə daxil oldu və 1718-ci ildə öldürülmüş Sultan Əhməd xanın oğlu kiçik yaşlı oğlu Hüseynəli bəy Quba xanı elan edildi.
Tarixdə qalan yeganə fərmanı
[redaktə | mənbəni redaktə et]Sultan Əhməd xanın 1710-cu il 28 iyul-25 avqust arasındakı tarixlərdə verdiyi fərmanda Xudat çamaatının kollektiv şəkildə vergilərdən maaf olduğu təsdiq edilirdi. Fərmanda göstərilir ki, mərhum Əhməd xanın (atası) fərmanı ilə Xudat qəsəbəsi vergilərdən maafdır, bundan sonra da maaf olaraq qalır: Fərmanda qeyd olunub ki, Xudata gəlib orada yaşayan kəndlilərdən vergi yığılmalıdır. Sonralar, 1727-ci il iyul-avqust aylarında verilən fərmanla Hüseynəli xan da Xudat camaatının maaflıq hüququnu təsdiq etdi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Mustafazadə Tofiq. Quba xanlığı. Bakı, Elm; 2005, 480 səh.. + 1 xəritə
- İsgəndər bəy Hacınski. Qubalı Fətəli xanın həyatı (PDF). Bakı: "Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı". 1959. 228 səh. 2020-09-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-08-14.